Qarabag Media
Haqqımızda Əlaqə

Elmar Həsənov: `Kənardan Borçalıya müdaxilə etməyin özü siyasi təxribatdır`


Tarix:26-01-2017, 07:22 Kateqoriya:Manşet / Türk dünyası

Elmar Həsənov: `Kənardan Borçalıya müdaxilə etməyin özü siyasi təxribatdır`

"Son zamanlar Gürcüstanda yaşayan türkdilli vətəndaşların problemləri ilə bağlı mütəmadi olaraq Bakıda və İstambulda tədbirlər keçirilir, guya bizim problemlərin həllinə çalışırlar. Bu əslində Gürcüstanın daxili işinə qarışmaqdır."

Karabakhmedia.az xəbər verir ki, bu barədə bəyanatla Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov çıxış edib. O, bildirib ki, bəli Gürcüstanda türkdilli vətəndaşların bir çox sahələrdə ciddi problemləri mövcuddur, bu problemlər təkcə Gürcüstanda deyil, digər postsovet ölkələrində də kəskinliyi ilə seçilir. Gürcüstanın tükrlər yaşayan Borçalı (Kvemo Kartli), Kaxeti bölgələrində, həmçinin Tbilisdə yaşayan türkdilli vətəndaşların təhsil, sosial, mədəni, iqtisadi-ticarət və məişət problemləri var. Ancaq bu problemləri Bakıda tədbir keçirməklə, İstambulda qeyri-korrektiv siyasi bəyanat verməklə həll etmək mümkün deyil. Birdəfəlik hamı anlamalıdır ki, Gürcüstan müstəqil dövlətdir və burada yaşayan türklər Gürcüstanın tam hüquqlu vətəndaşlarıdırlar.

Gürcüstanda yaşayan türklərin bütün problemlərinin həlli paytaxt Tbilisidə həyata keçirilməlidir. Vətəndaşlar da bəzən öz problemləri ilə bağlı Azərbaycana və Türkiyəyə üz tuturlar. Mən onlara müraciət edirəm: Sizin Prezident və hökümət Tbilisdə yerləşir və sizin problemləri həll etmək məhz onların səlahiyyətindədir və vəzifə borclarıdır. Bunun üçün hüquqi baza Gürcüstan Kostitusiyası, milli azlıqlarla bağlı çoxsaylı benəlxalq konvensiyalardır. Gürcüstan dövlət orqanları hər bir müraciətə effektiv reaksiya verir. Digər tərəfdən Gürcüstan Parlamentində iki majoritar millət vəkilimiz, Ruslan Hacıyev və Savalan Mirzəyev var. Bu şəxslər vətəndaşlarla daima əlaqə saxlayırlar, sosial şəbəkələrdən istifadə edirlər, qəbullarına düşmək və onlarla görüşmək çox asandır. Gürcüstanın türkdilli vətəndaşları, o cümlədən Borçalı sakinləri problemlərlə bağlı, millət vəkillərimizə rəsmi müraciət ünvanlasalar daha effektiv olar. Kənardan Gürcüstana, Borçalıya müdaxilə etməyin özü elə siyasi təxribatdır. Hər bir problemin həlli ancaq hüquqi müstəvidən və qanuni yollardan keçir.

Hamıya aydın olmalıdır ki. Gürcüstan və Azərbaycan dövlətləri yaxın qonşu, strateji müttəfig və iqtisadi partnyordurlar. Gürcüstanla Azərbaycanın dövlətlərarası əlaqələri və dostluğu daima olacaqdır, çünki bu geosiyasi aksiomadır.

Gürcüstanda yaşayan türklər hələ Çar Qurucu David zamanından Gürcüstan dövlətinin ərazi bütovlüyünün və milli suverenliyinin qarantı olmuşlar. Gürcüstan dövləti Çar Qurucu David, Çarıça Turandoxt və Artık xanın biz nəsillərə qoyduqları tarixi yadıgardır. Biz hər zaman gürcüstanın milli suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırıq.

Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov həmçinin qeyd edib ki, Borçalıyı siyasi provakasiyalara çəkmək, Gürcüstanda türkdilli vətəndaşlara ciddi problemlər yardır, mən bu məsələlərə son qoymağı tələb edirəm.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"