Qarabag Media
Haqqımızda Əlaqə

Hippokrata hörmət qalmayıb...


Tarix:15-01-2017, 00:45 Kateqoriya:Manşet / Tibb

Hippokrata hörmət qalmayıb...

Həkimlər kasıb xəstələri saymırlar

Tibb sahəsinin inkişafına, tətbiq olunan yeniliklərə baxmayaraq, həkimlərin peşə etikasını gözləməməsi, həkim səhlənkarlığı ilə bağlı iradlar və faktlar mətbuat və cəmiyyətdə yer almaqdadır. Cəmiyyətdə belə fikir formalaşıb ki, “həkimin cibinə pul basmasan, üzünə də baxmayacaq”. Bir sözlə, pasiyentlər hüquqlarının pozulmasından, tibb işçilərinin diqqətsizliyindən daim şikayətçidir.

Qeyd edək ki, Azərbaycanda “Pasiyentlərin hüquqlarının qorunması haqqında” yeni qanun layihəsi hazırlana bilər. Bu haqda məlumat verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyevin dediyinə görə, icbari tibbi sığortanın tətbiqinə artıq start verilib: “”Pasiyentlərin hüquqlarının qorunması haqqında” qanun icbari tibbi sığorta ilə sıx bağlı olacaq bir qanundur. Hesab edirəm ki, biz komitə olaraq yaz sessiyasında bunun da üzərində işlərə başlaya bilərik”.

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Hüseyn Mehdiyevin “Ekspress”ə bildirdiyinə görə, bu gün pasiyentlərin hüquqları kobud şəkildə pozulur: “Bu,, həm həkimlərin xəstələrlə davranışında, diqqətsiz və qayğısız yanaşmasında, eləcə də, tibb müəssisələrinin müxtəlif tibbi xidmətlərə görə qeyri-real, şişirdilmiş qiymətləri qoymasında özünü göstərir. Ümumiyyətlə, bizim insanlar öz hüquqlarını bilmirlər. Çoxumuz necə müdafiə olunmağımızı, nə vaxt hüquqlarımızın pozulduğunu bilmirik. Azəraycanda bununla bağlı maarifləndirmə çox zəifdir. Hüquqlarımızı qoruya bilməmək bizim üçün artıq adi haldır”.

Ekspert əlavə edib ki, həkimlər peşə etikasına riayət etmir: “Bu ya bilməzlikdən, ya da cəzasızlıqdan irəli gəlir. Bəzən həkimlər həddindən artıq emosiyalara qapanır, hətta özünün həkim olduğunu və pasiyentin qarşısında dayandığını unudur”.

Mehdiyev bildirib ki, pasiyentlə düzgün davranış qaydalarına əməl etməyən həkimlər az deyil: “Həkim pasiyentin otağına necə daxil olmasından tutmuş pasiyentə onun xəstəliyi barədə necə məlumat verməyinə, dərman vasitələrini necə qəbul etməli olduğunu başa salmağına, danışıq və səs tonuna qədər fikir verməlidir. Peşə etikasına əməl olunmalı, həkimlə xəstə arasında normal sağlam münasibət qurulmalıdır. Həkim xəstəyə xırdalıqları elə başa salmalıdır ki, xəstə başa düşsün. Həkimin pasiyentin salamını almağından tutmuş xəstə ilə özünü aparmağı çox vacibdir. Bəzən həkimlər pasiyentlə o qədər laqeyd davranır ki, xəstədə ona qarşı inam da itir. Bəzən özümüz də xəstə oluruq. Hansısa həkimin yanına gedir və onun tərəfindən laqeyd, soyuq münasibət görürüksə, düşünürük ki, biz həkim olduğumuz halda bizimlə belə davranılırsa, gör başqaları ilə necə davranılır!”

Dediyinə görə, bəzi həkimlərin özündən razılıq səviyyəsi o qədər yüksək olur ki, o qədər tərif eşidir, rüşvət alırlar ki, kasıb xəstələri saymırlar.
Ekspert bildirib ki, bununla belə xəstələrin həkimlərin hüquqlarını pozması halları da çox olur: “Pasiyentlər arasında həkimləri təhqir edən, döyən, hədələyənlər də var. Çox vaxt pasiyentlər əsassız olaraq həkimləri təhqir edir, amma buna qarşı heç bir tədbir görülmür. Dəfələrlə, mətbuatda da xəbərlər çıxır ki, həkimi bıçaqlayıblar, döyüblər. Buna qarşı ölçü götürən yoxdur. Elə xəstələr var ki, həkimlə elə davranır ki, elə bil həkimin onun dədəsinə borcu var. Müəyyən ixtisas sahibi həkimdən başqa tibbi sahəni, prosedurları da bilməyi tələb edirlər. “Həkimsən, bilməlisən!” kimi fikirlər deyirlər. Pasiyentlərin həkimləri hədələdiyi faktlar da olur. Məsələn, hansısa çağırışa 10 dəqiqəyə gəlmisənsə, xəstələrin yaxınları bıçaqla həkimi hədələyir, üstünə qışqırır ki, bir saatdır gözləyirik, gəlmirsiniz”.

Onun sözlərinə görə, pasiyent öldükdə də çox vaxt həkimləri günahlandırırlar: “Amma elə vəziyyətlər və xəstəliklər olur ki, hamı bilir, artıq öləcək. Öldükdə isə hədələyirlər ki, düzgün müalicə, əməliyyat və s. etməmisən, vaxtında gəlməmisən, ölüb. Əsassız olaraq həkimlərlə bu cür rəftar etmək düzgün deyil. Xəstələr qaydaları həkimlərdən daha çox pozur”.

Pasiyentin ağır xəstəliyi varsa, həkimin bu haqda xəstəyə deməsinin vacibliyini vurğulayan Mehdiyevə görə, bizdə sovet vaxtından qalıb ki, bəd xəbəri çox vaxt xəstənin özünə yox, yaxınlarına deyirlər: “Avropada, xarici ölkələrdə olanlar özləri də görüb ki, həkimlər xəstəyə hansı xəstəliyə tutulduğunu izah edir. Onlara vəziyyətin kritikliyini anladırlar. Xəstə xəstəliyinin dəqiq nə olduğunu bilməlidir. Lakin bunun demək tərzi var. Həkim bu haqda xəstəyə elə deməlidir ki, o, ümidsizliyə qapılmasın. Bəzi həkimlərimiz var ki, ağır xəstəliyi olan pasiyent onların yanına müayinəyə gələndə həkim, “sən hələ sağsan, sən çoxdan ölməli idin” deyir. Bu tərzdə kobud pasiyentlərlə danışanlara qarşı cəza tədbirləri görülməli, cərimələr və ya töhmətlər müəyyən olunmalıdır”.

Tibb sahəsi üzrə ekspert Adil Qeybullanın qəzetimizə dediyinə görə, pasiyentlərin hüquqlarının müdafiəsi məsələsinin gündəmə gəlməsi həkimlərlə xəstələr arasında inamsızlıq, mübahisəli mühit yarada bilər: “Həkimlərin də sosial mühitinin yaxşılaşıdırılması istiqamətində addımlar atılmalıdır. Burada məsələyə kompleks yanaşılmalıdır. Elə bir qanun layihəsi hazırlanmalıdır ki, burada pasiyentlərlə yanaşı həkimlərin də hüququ qorunsun, onların da arasındakı münasibətlər hüquqi baxımdan tənzimlənsin”.

A.Qeybulla hesab edir ki, həkim etikası kodeksi yaradılmalıdır: “Dünyanın hər yerində bu kodeks tətbiq olunur. “Həkim etikası kodeksi” tibb işçilərinin öz aralarındakı və pasiyentlərlə münasibətini tənzimləyir. Bizdə mənəvi məna daşıyan “Hippokrat andı” var. Bu, insanları nəyəsə məcbur edə bilməz. Onun hüquqi qüvvəsi yoxdur, aktuallığını itirib”.

Aynurə MƏMMƏDOVA










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"