Azərbaycan Milli Məclisinin yaz sessiyasında soyqırımı, bununla bağlı məsuliyyətlər barədə bir neçə qanuna dəyişikliklərlə bağlı layihələr, o cümlədən yeni qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur.
Karabakhmedia.az-ınn APA-ya istinadən verdiyi məlumata görə, yeni “Soyqırımı cinayətləri və onların məsuliyyəti haqqında” qanun layihəsinin hazırlığı artıq başa çatmaq üzrədir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli isə modern.az-a bildirib ki, ola bilsin “Soyqırımı cinayətlərinin məsuliyyəti haqqında” qanun Konsitutsiya qanunu səviyyəsində də olsun: "Yaz sessiyasında soyqırımı cinayətləri ilə bağlı bir neçə sənəd olacaq. Cinayət, inzibati və digər məcəllələrdə də dəyişikliklər ola bilər. Hətta Xocalı abidəsinin yerinin 20 Yanvar şəhidləri olan yerə də dəyişdirilməsi və “Vahid abidə kompleksi”nin yaradılması haqqında təkliflər də var. Mən də təklif irəli sürmüşəm ki, Xocalı soyqırımına birbaşa olaraq genosid deyilsin. Biz bunun qanun və qərar şəklində qəbul olunmasını gözləyirik”.
Layihənin parlamentin yaz sessiyasında ilk iclaslarından birində müzakirəyə çıxarılması nəzərdə tutulur.
Bundan başqa, yeni qanun layihəsindən irəli gələrək bir sıra qanunvericilik sənədlərinə də dəyişiklik edilməsi üçün layihələr hazırlanıb və müzakirə ediləcək.
Karabakhmedia.az