Qarabag Media
Haqqımızda Əlaqə

Əbədiyyətə qovuşan ömür

Tarix:11-01-2017, 22:33 Baxış Sayı:1206 Kateqoriya:Manşet, Laçın yurdu

Əbədiyyətə qovuşan ömür 1968-ci ildə Laçın rayonunun gözəl guşələrindən biri olan Şəlvə kəndində dünyaya göz açan Şahverdiyev Ənvər Şahverdi oğlu 1992-ci ilin mart ayında Laçın rayon polis batalyonunun tərkibində silaha sarılıb torpaqlarımızın müdafiəsinə qalxdı.

Ənvər ömrünün gənc çağlarında çox ağır döyüşlərdə qəhrəmanlıq göstərərək komandirlərin hörmətini qazandı. Vətən üçün canını belə əsirgəməyən Ənvər ölümün gözünə dik baxıb “Öncə Vətəndir” - deyə dəfələrlə ağır döyüşlərə atıldı.

Təəssüflər olsun ki, 1992-ci il 18 may tarixində Laçın rayonunun 120-dən çox kəndi ilə birlikdə Şəlvə də işğal edildi. 1992-ci ilin iyun ayında Laçın rayon polis batalyonu o vaxtkı Daxili İşlər naziri İsgəndər Həmidovun əmri ilə Kəlbəcər istiqamətindən Laçının bir neçə kəndini azad etmək üçün döyüşə başladı. O döyüşlərdə Laçın polis batalyonu Laçının bir çox kəndlərini düşməndən azad etdi.

1992-ci il iyulun 21-də Ənvərə komandanlıq tərəfindən kəşfiyyata getmək əmri verildi, bu, Ənvərin son döyüşü oldu. Yağı düşmən Ənvərin çiçəklənən ömrünü yarımçıq qoydu. Mən onun döyüşçü yoldaşı kimi deyə bilərəm ki, Ənvər kimi oğullarımız heç vaxt unudulmayacaq və biz belə oğullarımızla həmişə fəxr etməliyik.

Ruhun şad olsun, döyüşçü qardaş!

Saleh ŞİRİNOV

"Laçın yurdu" jurnalı - №2(2), 2011

SON XƏBƏRLƏR
Sarkisyanın müharibə bəyanatına Ramaldanovdan cavab
Türk düşüncə və gələnəyində Dağlar – Elçin İbrahimov
Сənubi Koreya ballistik raketin sınağını keçirib
Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
Türkiyəli deputat: “Beynəlxalq birlik Qarabağ məsələsində ikiüzlülük göstərir”
Bakıda xüsusi zolaqlardan istifadə ilə bağlı sərəncam verildi
“Dəli şeytan” azadlığın özüdür…
Gəncədə qatar 58 yaşlı kişinin üstündən keçdi - VİDEO
Daşkəsən polisi mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb
Şabranın ən ağır seyidi haqqında bilinməyənlər (II HİSSƏ)
“DÇ-2018-də video hakim funksiyasından istifadə olunacaq”
Peşəkar kikboksçu: "Ölkəmizin uğurları idmançılara böyük stimuldur"
Bakı şəhərinə yeni prokuror təyin edilib
Cəbhədə vəziyyət gərgindir - Nazirlik məlumat yaydı
Artıq texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq
Camaatın beynini gəmirən beş sual
AVRO-2017-də beş medal qazanan Azərbaycan cüdo yığması Vətənə dönüb
Rusiya XİN Dilqəm Əsgərovun girov götürülməsinə münasibət bildirdi
II Dünya müharibəsi iştirakçılarına 1000 manat birdəfəlik maddi yardım veriləcək
Kəlbəcər girovları ilə görüş olacaq
Taliblərin hərbi bazaya hücumunda ölənlərin sayı 200-ə çatır
Azərbaycan yığmasının futbolçusu Slovakiya çempionu olub
Azərbaycanda ən çox heykəl ucaldılan rayon
Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda TNT və TNT4 telekanallarının yayımı dayandırıldı
Mirzə Bala Məmmədzadə və Türk dünyası
“Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı olub
Müsəlman geriliyinin 5 səbəbi – Qulu Məhərrəmli yazır
Kamal Xudaverdiyevin anım günüdür
Ermənistanda rusiyalı hərbçi qətlə yetirilib - VİDEO