Qarabag Media
Haqqımızda Əlaqə

“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” - EKSPERT


Tarix:11-01-2017, 17:10 Baxış Sayı:886 Kateqoriya:Manşet, Gündəm

“Dövlət evləri sökülənlərə kompensasiya verməyəcək” - EKSPERT

"Bakıda köhnə binaların sökülərək yerində yeni binaların tikilməsi prosesi artıq başlayıb”.

Bunu BakıPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı Bakının daxmalardan, "naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcəyi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib. Vüqar Bayramovun sözlərinə görə, yeni sistemlə əhaliyə söküləcək binanın yerində tikiləcək binadan mənzil veriləcək: "Bu ildən prosesə start verilib. Nəzərə alsaq ki, Bakının bir sıra mərkəzi rayonlarında, xüsusən də "Sovetski”yə yaxın ərazilərdə sökülən binaların yeni tikilərlə əvəz olunması prosesi artıq başlayıb. Uzun müddət idi ki, bununla bağlı müzakirələr gedirdi. Amma bu proses zamanı yanaşma tamam fərqli olacaq. Əgər əvvəllər "Sovetski”də dövlət ərazi torpaqlarını və ya binalarını alırdısa, həmin binaların müqabilində vətəndaşa kompensasiya ödəyirdi. Artıq yeni yanaşmada binaların alınması fonunda kompensasiyanın ödənilməsi yoxdur. Yeni yanaşma həmin ərazidə yeni tikililərin inşa edilməsi və yeni binalarda o ərazidə yaşayan vətəndaşlara mənzillərin təklif edilməsi formasında olacaq”.

İqtisadçı qeyd edib ki, dövlət prosesə özəl sektoru cəlb edəcək: "Bu büdcə vəsaitlərinə qənaət edilməsi deməkdir. Yeni yanaşma imkan verəcək ki, inşaat sektorunu stimullaşdırmaq mümkün olsun. Burda əhəmiyyətli məqam ondan ibarətdir ki, əvvəl kompensasiya məbləği ilə bağlı vətəndaşla dövlət qurumu arasında narazılıq və ya anlaşılmazlıq olurdu. Eləcə də kompensasiya məbləği ilə vətəndaş həmin ərazidə mənzil tapa bilmirdi. Çünki mənzillərin sahələri kiçik idi. İndi isə bu narazılıq olmayacaq. Yeni tikili inşa edildiyi müddətdə həmin binada yaşayanlara şirkət tərəfindən aylıq olaraq kirayə pulu ödəniləcək. Bina inşa edildikdən sonra isə həmin tikilidə təmirli mənzillər köhnə binada yaşayan ailələrin otaqlarının sayına uyğun olaraq verilir. Məsələn, ailənin köhnə binada 3 otaqlı mənzili varsa, yeni tikilidə ona eyni otaqlı mənzil təklif olunur. Bu o baxımdan vacibdir ki, vətəndaş yaşadığı ərazidən uzaqlaşmır, daha böyük sahəli mənzillə təmin olunur”.

Vüqar Bayramov vurğulayıb ki, 2017-2020-ci illərdə şəhərin müxtəlif yerlərində bu prosesdən istifadə olunacaq: "Növbəti illərdə bu proses davam edəcək. Çünki artıq şəhərin mərkəzi deyil, yaxın rayonlarda da bu proses aparılacaq. 2017-ci ildə köhnə binanın yeni tikili ilə əvəz olunması mexanizmi davam etdiriləcək”.

Sevinc Yasinqızı




loading...




SON XƏBƏRLƏR
Şairə Sevinc Qəribin yeni kitabı işıq üzü görüb
“Qəbələ” səfərdə məğlub oldu
Türk toplumunda qadının yeri və dəyəri - ARAŞDIRMA
Xristofor Kolumbmu, yoxsa türklərmi?! – Əli bəy Hüseynzadə
Nəsimi ilə Füzulinin nəşləri Azərbaycana gətirilə bilərmi?
Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib
Putin Ermənistanla vahid ordu razılaşmasını imzaladı
Azərbaycana sadiq qəhrəman – Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür - VİDEO
Türkiyədən Suriyaya uzanan tunel tapıldı
Türklərdə bayraqlar, sancaqlar və tuğlar – ARAŞDIRMA
SDU-nun kafedra müdiri vəfat edib
İranlı rejissorun Qarabağla bağlı filmi təqdim olundu
Fransa televiziyasında Qarabağın işğalından danışılıb - VİDEO
“Oyunun gedişində bizim də bir neçə variantımız olacaq" - Qurban Qurbanov
Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi
Kikboksçumuz Böyük Britaniyada Azərbaycan bayrağını dalğalandırdı-VİDEO
Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
Araşdırma: Bakı milyonçusunun Türkiyədə mühacirətdə olan nəvəsi haqqında yeni bilgilər əldə olunub - FOTOLAR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək