Qarabag Media
Haqqımızda Əlaqə

Maaş və pensiya artımı kimlərə şamil olunacaq? - AÇIQLAMA

Tarix:11-01-2017, 15:58 Baxış Sayı:1581 Kateqoriya:Manşet, Gündəm

Maaş və pensiya artımı kimlərə şamil olunacaq? - AÇIQLAMA

Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunan prezident, maaş və pensiyaların artacağı anonsunu da verib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a açıqlamasında prezidentin sosial müavinətlərin artırılması ilə bağlı çıxışını şərh edib. O, bildirib ki, maaş və pensiyaların artırılması bütün növ kateqoriya insanlarına şamil olunacaq.

“Hələ ki, bununla bağlı yeni bir məlumat yoxdur. Cənab prezident dünən bir çox məsələləri açıqladı. Bu da onu açıq şəkildə göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişaf dövrünə qədəm qoyub. Bununla bağlı sərəncamlar imzalandı. Protokol komitələri təsdiq olundu. Onların işə düşməsi ilə əlaqədar olaraq Nazirlər Komitəsində müvafiq işlər gedir.

Prezident həmçinin, manatın devalvasiyasına uyğun olaraq maaşların, pensiyaların, sosial müavinətlərin artırılması proqnozunu verdi. Hesab edirəm ki, bu, bütün növ kateqoriya insanlarına şamil olunacaq.

Yaşayış minimumuna uyğun olaraq pensiya və əmək haqları da artacaq. İlk növbədə bu, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərə aid olacaq. Ona uyğun olaraq özəl sektor da öz maaşlarında müvafiq işlər aparacaqlar. Yaxın vaxtlarda əmək haqlarının artırılması ilə bağlı məsələləri cənab prezidentin ayrı-ayrı sərəncamlarında görəcəyik”.

Deputat prezidentin digər məsələlərlə bağlı çıxışını da dəyərləndirib.

“Heç şübhəsiz ki, prezidentin dünənki çıxışında bir sıra sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər çox əhəmiyyətlidir. Cənab prezident bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini deyib. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsini, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayıb”.

Namidə BİNGÖL

SON XƏBƏRLƏR
Tramp Səudiyyə Ərəbistanına yola düşüb
Yasəmən - ayrılığın adı
Boksçularımız İslamiadanı 7 medalla başa vurdu
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar
Mirşahinin qardaşı həbs edildi
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar
Azərbaycanın futbol üzrə milli komandası finala yüksəlib
25 ildir Laçını yuxularda görürük...
Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO
Laçının işğalından 25 il ötür
Ölümün ən gözəli də sənin oldu - Şəhid Milli Qəhrəmanımız yubiley yaşında...
Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
And içdik ki, komandiri güllələyək
Ötərxan Eltac: TƏCİLİ ŞUŞANI QAYTAR, YOXSA...
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”
Prezident İlham Əliyev AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı
Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan
Azərbaycanı xaricdə necə tanıtmalı?
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik" – Politoloq
Şəhid Məzahir Bayramovun doğum günüdür
İdmançımız dördüncü qızıl medalını qazandı
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO
Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)
Yetimliyimizin 25 ili tamam olur!
Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçiriləcək
QHT İmişlidə Qarabağ müharibəsi iştirakçılarının iştirakı ilə tədbir keçirdi - FOTOLAR