Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanın işğal olunmuş ərazilərinə 180 əcnəbi jurnalist gedib

Tarix:11-01-2017, 15:48 Baxış Sayı:180 Kateqoriya:Manşet, Siyasət

Azərbaycanın işğal olunmuş ərazilərinə 180 əcnəbi jurnalist gedib

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən 180 əcnəbi jurnalist Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən jurnalistlər daha çox MDB məkanını əhatə edib. MDB ölkələrindən Rusiya və Ukraynadan olan jurnalistlər çoxluq təşkil edib.

XİN rəsmisi qeyd edib ki, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə əlaqədar, ümumilikdə, nazirliyin “qara siyahı”sına 623 nəfər daxil edilib. 2016-cı ildə onlardan 20-yə yaxını rəsmi şəkildə üzr istədiyinə görə XİN-in arzuolunmaz şəxslər siyahısından çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər də var. Daha çox Rusiya, Almaniya, Fransa, İtaliya, ABŞ-dan olan əcnəbilər Azərbaycanın işğal olunmuş ərazilərinə səfər ediblər.

Araşdırmalar zamanı məlum olub ki, 2016-cı ildə ötən illərdə olduğu kimi, Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların böyük əksəriyyəti aldadılıb.

Qeyd edək ki, Azərbaycanın işğal altında olan ərazilərinə yalnız Azərbaycan dövlətinin rəsmi icazəsi ilə səfər etmək olar. Əks halda həmin vətəndaşlar XİN-in arzuolunmaz şəxslər siyahısına salınır və onların Azərbaycana girişinə qadağa qoyulur.

Karabakhmedia.az

SON XƏBƏRLƏR
Məhkəmə Əli İnsanovun vəsatətini təmin etməyib
Rusiya ordusunun Xocalı töhfəsi
"Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb" - Elmar Həsənov
`Ermənilərin istənilən hərəkətlərinə cavab verilir və itkiləri daha çox olur` - MÜSAHİBƏ
`Qaçqın` statusunun verilməsi qaydası dəyişdi
Turan İmperiyasının tarixi və mahiyyəti - II Yazı
`Ərim leykoz olduğumu bilən kimi məni atdı` - 30 YAŞLI GÜNELİN DRAMI
Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür
İrəvanın Rusiyadan nə qədər “İsgəndər” aldığı bilindi
Şəhid əsgərimiz dəfn edildi
”Xocalı soyqırımını Belçika Parlamentində müzakirəyə çıxarmaq mümkündür” - Belçikalı deputat
Azərbaycan Respublikasının Müstəqillik yolu: geoiqtisadi müstəvidən baxış
Cəbiş müəllimin qeyrətini çəkənlər
Ermənilər Laçın rayonunu minalardan təmizləyir - VİDEO
Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov
Ermənistan Müdafiə Nazirliyində insident
Erməni əsgər öldürülüb
Türk pilotlar terrorçuların başına od yağdırdı: 56 ölü
İRANDA REPRESSİYA - 4 güneyli soydaşımız ana dilinə görə həbs edildi
Boris Nemtsovun qızı verdiyi suallarla erməni naziri çaş-baş saldı
Generallar cəbhəyə getdi - Foto
Cəbhə xəttində gərginlik davam edir
Ötən ildə dünya ticarətinin artım tempi son 8 ilin minimal səviyyəsində olub
Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq
Tiflisdə Xocalı soyqırımına həsr olunan filmin təqdimatı keçirilib
“Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verməlidir” - Enes İbrahim
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi
Ermənilər artilleriyadan atəş açdı: əsgərimiz şəhid oldu
"Kaş ki, türklərlə birlikdə Cənubi Avropanı ələ keçirsəydik." - Jirinovski
Lavrov və Tillerson ikitərəfli münasibətləri müzakirə ediblər