Qarabag Media
Haqqımızda Əlaqə

Lənkəranda bacısını öldürməkdə təqsirləndirilən şəxs sərbəst buraxıldı

Tarix:11-01-2017, 15:07 Baxış Sayı:351 Kateqoriya:Manşet, Hadisə

Lənkəranda bacısını öldürməkdə təqsirləndirilən şəxs sərbəst buraxıldı

Lənkəranda 4 il əvvəl itkin düşən bacısını öldürməkdə təqsirləndirilən şəxs həbsdən buraxılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2012-ci ildə itkin düşən 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın meyitinin tapılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Qızın öldürülməsində şübhəli bilinərək saxlanılan qardaşı Fuad Ağayev isə meyit tapılanadək ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb. O, bu müddət ərzində polis nəzarətində olacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını daşla döyərək öldürdüyünü və meyitini qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb.

Lakin cinayəti törətmiş şəxsin göstərdiyi yerdən T. Ağayevanın meyiti aşkarlanmayıb.

F. Ağayev daha sonra ifadəsində meyitin qalıqlarını dənizə atdığını deyib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Karabakhmedia.az

SON XƏBƏRLƏR
Məhkəmə Əli İnsanovun vəsatətini təmin etməyib
Rusiya ordusunun Xocalı töhfəsi
"Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yaranıb" - Elmar Həsənov
`Ermənilərin istənilən hərəkətlərinə cavab verilir və itkiləri daha çox olur` - MÜSAHİBƏ
`Qaçqın` statusunun verilməsi qaydası dəyişdi
Turan İmperiyasının tarixi və mahiyyəti - II Yazı
`Ərim leykoz olduğumu bilən kimi məni atdı` - 30 YAŞLI GÜNELİN DRAMI
Milli Qəhrəman Ərəstun Mahmudovun doğum günüdür
İrəvanın Rusiyadan nə qədər “İsgəndər” aldığı bilindi
Şəhid əsgərimiz dəfn edildi
”Xocalı soyqırımını Belçika Parlamentində müzakirəyə çıxarmaq mümkündür” - Belçikalı deputat
Azərbaycan Respublikasının Müstəqillik yolu: geoiqtisadi müstəvidən baxış
Cəbiş müəllimin qeyrətini çəkənlər
Ermənilər Laçın rayonunu minalardan təmizləyir - VİDEO
Ürəklərdə əbədi yaşayan şəhid-qəhrəman Rasim Şahsuvarov
Ermənistan Müdafiə Nazirliyində insident
Erməni əsgər öldürülüb
Türk pilotlar terrorçuların başına od yağdırdı: 56 ölü
İRANDA REPRESSİYA - 4 güneyli soydaşımız ana dilinə görə həbs edildi
Boris Nemtsovun qızı verdiyi suallarla erməni naziri çaş-baş saldı
Generallar cəbhəyə getdi - Foto
Cəbhə xəttində gərginlik davam edir
Ötən ildə dünya ticarətinin artım tempi son 8 ilin minimal səviyyəsində olub
Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq
Tiflisdə Xocalı soyqırımına həsr olunan filmin təqdimatı keçirilib
“Dünya birliyi Xocalı soyqırımına hüquqi qiymət verməlidir” - Enes İbrahim
Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi
Ermənilər artilleriyadan atəş açdı: əsgərimiz şəhid oldu
"Kaş ki, türklərlə birlikdə Cənubi Avropanı ələ keçirsəydik." - Jirinovski
Lavrov və Tillerson ikitərəfli münasibətləri müzakirə ediblər