Qarabag Media
Haqqımızda Əlaqə

QIRMIZI İMPERİYANIN QARA ƏMƏLLƏRİ


Tarix:11-01-2017, 23:29 Baxış Sayı:335 Kateqoriya:Manşet / Cəmiyyət

QIRMIZI İMPERİYANIN QARA ƏMƏLLƏRİ

(1905-ci il 9 Yanvar “Qanlı bazaar” günü və 1990-cı il 20 Yanvar “Qanlı şənbə” günü)

Deyirlər, tarix təkrar olunur. Hər bir dövrün müəyyən inkişaf mərhələsində müxtəlif ölkələrdə baş verən ictimai-siyasi xarakterli hadisələr nə vaxtsa onu doğuran mühit və şərait yarandıqda yenidən təkrarlanır. Lakin həmin hadisələr arasında cox fərqli cəhətlər də özünü göstərir.

Müqayisə üçün çox da uzaq olmayan keçmişə nəzər salmağımız fikrimizə aydınlıq gətirə bilər. Sovetlər dönəmində orta məktəbdə oxuyarkən, “SSRİ tarixi” dərsliyində belə bir mövzu var idi: “9 yanvar qanlı bazaar günü”. Burada belə yazılmışdı: Çar hökuməti zamanında Rusiyada haqsızlıq, ədalətsizlik, hüquqsuzluq, zülm və istibdad hökm sürürdü. Hakim sinfin qəddarlığı, çar məmurlarının ğzbaşınalığı, aclıq, səfalət və xəstəliklər minlərlə insanın həyatına son qoyurdu, savadsızlıq, nadanlıq və cəhalət ölkəni başdan-başa bürümüşdü. Müharibələr, üsyanlar ölkəni taqətdən salmış, həyat, demık olar ki, iflic vəziyyətə düşmüşdü.

Hökumətdən, onun mürtəce suyasətindən, müharibələrin ağır nəticələrindən, həyat və məişətin dözülməzliyindən cana doyan xalq kütlələrinin mütləqiyyətə qarşı nifrəti və qəzəbi getdikcə artır, üsyanlar baş verir, azadlıq və demokratiya uğrunda mübarizə hərəkatına çevrilirdi.

1905-ci il birinci rus inqilabı, Rus-yapon müharibəsində Rusiyanın məğlubiyyəti, genişlənən inqilabi azadlıq hərəkatı mütləqiyyətin süqutunu tezləşdirdi. Bundan qorxuya düşən çarizm hakimiyyətini saxlamaq üçün ən dəhşətli tədbirlərə əl atmaqdan çəkinmirdi. Hər gün minlərlə günahsız insanın qanı axıdılır, yüzlərlə adam edam olunur və güllələnirdi. Bütün cəza tədbirlərinin nəticəsiz qaldığını görən çar o zaman xalqı qorxutmaq üçün daha dəhşətli bir tədbirə əl atdı:1905-ci il yanvar ayının 9-da bazaar günü keşiş Qaponun yalançı vədi əsasında Peterburq meydanına axışan və çara inanan on minlərlə insan -- qoca, cavan, böyük, kiçik, xəstə, sağlam və xırda uşaqlar böyüklərə qoşularaq çardan mərhəmət gözləməyə başladılar. Onlar Allaha dualar oxuyurdular.

Elə bu zaman keşiş Qaponun əmri ilə meydanı hər tərəfdən mühasirəyə almış çar ordusunun silahlı dəstələri əliyalın, silahsız insanları gülləbaran etməyə başladılar. Meydan qan gölünə döndü. Heç bir insanlığa sığmayan bu hadisə “9 yanvar qanlı Bazar günü” adı ilə tarixin səhifələrinə düşdü.

Bəs gülləbaran edilən insanların günahı nə idi? - Zülm və istismarın olmadığı azad bir cəmiyyətdə, ədalət və haqqın hökm sürdüyü bir quruluşda yaşamaq , sərbəst nəfəs almaq istəyi! Bu, Tanrının öz bəndələrinə bəxş etdiyi ən böyük hüquqdur. Bu hüququ onun əlindən almağa heç kimin ixtiyuarı yoxdur!
O zaman sovet tarixçiləri həmin hadisələri şagirdlərə və tələbələrə bəlağət və fəsahətlə təbliğ edirdilər. Məqsəd də bu idi: qoy hamı bilsin ki, sovet höluməti, Kommunist partiyası nə qədər humanist, nə qədər insanpərvərdir, ədalət və haqqın keşikçisi, sülhün, demokratiyanın və azadlığın müdafiəçisidir, onun dayağıdır. Sovet ordusu sovet xalqlarının qoruyucusu və mənafelərinin təminatçısıdır.

Lakin tarix irəlilədikcə, illər bir-birini əvəz etdikcə, məlum oldu ki, bu, qara maskaya bürünmüş yalançı və saxta bir siyasət, xalqın başını qarışdırmaq , gözündən pərdə asmaq üçün təşkil olunmuş bir oyun imiş. Baş verən müxtəlif məzmunlu hadisələr nəticəsində əllərindəki qırmızı bayrağın və üzlərində ki qara maskanın rəngləri solmağa, altında gizlədilmiş sirlər aydın görünməyə başladı. Məsələn, Leninin “Xalqların öz müqəddəratını təyin etməsi və lazım gələrsə, ayrılaraq müstəqil dövlət yaratmaq hüququna malik olması” haqqındakı bəyanatına bolşeviklərin münasibəti bunu aydın göstərdi. İnqilabdan sonrakı illərdə sovet hökuməti bu bəyanatdan üz döndərdi və qeyd etdi ki, onun həyata keçirilməsi gələcəkdə ən ağır nəticələr doğura bilərə.

Həmin fakt sovet hökumətinin və Kommunist partiyasının yeritdiyi siyasətin maskalanmış, hiyləgər bir siyasət olduğunu göstərən ilk əlamət idi. Lakin biz buna əhəmiyyət vermədik. Axı bu, təkcə bizə aid deyildi, aid olsaydı da, heç nə edə bilməzdik! Ona görə də sovet hökumətinin daxili və xarici siyasətini “bəyəndik”, onu canımızla, qanımızla qoruyacağımıza and da içdik!

Təsəvvürümüzə belə gətirə bilməzdik ki, sovet hökuməti, Kommunist partiyası tərkibindəki respublikalara ikili standartla yanaşa bilər, birinə doğma, digərinə ögey münasibət göstərər. Düzdür, böyüdükcə, ağlımız kəsdikcə hadisələrin mahiyyətini az-çox anlamağa başlayırdıq, dərk etmək isə qadağan idi. Qadağaya riayət etməyənləri çox uzaqlara – gedər-gəlməz səfərlərə yola salırdılar.

1948 və 1988-ci illərdə sovet hökuməti və kommunist partiyasının yeritdiyi ikili siyasətinin ağır nəticələrinin şahidi olduq. Erməniləri özünə doğma, azərbaycanlıları ögey hesab edən qırmızı sovet imperiyası, nəhayət, öz çirkin simasını açıb göstərdi. Bir milyondan çox azərbaycanlı zorla, silah gücünə doğma ata-baba yurdlarından deportasiya edildi, qovuldu, torpaqlarımızın, doğma yurdumuzun 20 faizi ermənilərə verildi.

Azərbaycan xalqı artıq bu ikiüzlü və hiyləgər siyasətlə barışa bilmədi. Sovet hökuməti və onun partiyasının mürtəce siyasətinə öz etiraz səsini ucaltdı, sovet hökumətini, onun dayağı olan yerli rəhbərləri bu iyrənc təhqiredici siyasətə son qoymağa çağırdı. İmperiya isə bu çağırışı başqa cür qarşıladı. Çar Nikolay və onun sevimli keşişi Qaponun üsulundan istifadə etməyi çıxış yolu kimi seçdi.

1990-cı il yanvar ayının 20-də şənbə günü sovet hökuməti xüsusi təlim görmüş və əksəriyyəti erməni millətindən olan ordunu gizli şəkildə Bakıya yeritdi İçki və narkotik maddənin təeirindən beyinləri dumanlanmış, başdan- ayağa qədər silahlanmış quduz əsgərlər heç nəyə, heç kimə fərq qoymadan dinc əhalini gülləbaran etməyə başladılar. Qarşılarına çıxan hər şeyi tankların altına salır, güllələyir, yerlə yeksan edirdilər. Yüzlərlə insan, o cümlədən qocalar , ahıllar, körpə uşaqlar al qana boyandılar Küçələrdə qanlı gölməçələr əmələ gəldi. Yaralıları yerləşdirmək üçün xəstəxanalarda yer çatışmırdı. İnsanlar vahimə icərisində nə edəcəklərini bilmirdilər. Onlar inanmırdılar ki, bu hadisələri törədən sovet ordusu, sovet hökumətidir.

Bu qanlı olaylar əyani şəklidə göstərdi ki, tarix və tarixi hadisələr təkrar olunur…1905-ci il 9 yanvar qanlı bazar günündə baş vermiş hadisələr 1990-cı il 20 yanvar qanlı şənbə günündə təkrar olundu. O zaman ölkəni çar Nikolay, 1990-cı ildə isə Nikolayın davamçısı, soykökü bir olan Qorbaçov və onun kimilər idarə edirdilər.

Özünü humanist, sülhün və demokratiyanın dayağı və təminatçısı kimi qələmə verən sovet hökumətinin, qırmızı imperiyanın və onun kommunist partiyasının maskalanmış siyasəti, iyrənc siması həmin gün ifşa olundu.

Müstəqil Ağayev,
AMEA Fəlsəfə İnstitutu, “Fəlsəfə və
ictimai fikir tarixi” şöbəsinin aparıcı
elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi.





loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb