Qarabag Media
Haqqımızda Əlaqə

Kredit təşkilatlarının bağlanması davam edəcək – EKSPERT


Tarix:11-01-2017, 23:10 Baxış Sayı:209 Kateqoriya:Manşet / Gündəm

Kredit təşkilatlarının bağlanması davam edəcək – EKSPERT

Kredit ittifaqlarının bağlanması və ya birləşməsi aktualdır. Karabakhmedia.az xəbər verir ki, ekspertlər bu tendensiyanın digər bank olmayan kredit təşkilatlarını da əhatə edəcəyini proqnozlaşdırırlar.

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, kredit ittifaqlarının qanunvericiliyin tələbinə cavab vermədiklərini qeyd edib: “Bu sahədə fəaliyyət göstərən bir çox şirkətlər birləşəcək. Nəzərə alaq ki, bu şirkətlər qanunvericiliyin tələblərinə riayət etmirlər. Sevindirici haldır kı, Maliyyə Bazarlarına Nəzərat Palatasının nəzarəti onlara da təsir etməyə başlayıb. Ancaq mənfi hallardan biri də odur ki, yaranmış vəziyyətdən ən çox əziyyət çəkənlər öz pulunu böyük şirkətə həvalə edənlər olacaq”.

Ə.Həsənovun sözlərinə görə, bütün kredit şirkətləri iki qrupa bölünür - bank və qeyri-bank kredit təşkilatları. Qeyri-bank kredit təşkilatlarına kredit birlikləri daxildir. Bu tip şirkətlər bir növ yalnız öz üzvlərinə kredit verən koorparativ şirkətlərdir. “Bu ən sadə bank təşkilatı olmayan kredit təşkilatlarıdır. Buna görə də bu cür şirkətlərə dövlət ən minimal tələblər irəli sürür”- deyə hüquqşünas qeyd edib.

Ancaq praktikada həmin şirkətlər tələbləri yerinə yetirə bilmirlər. Belə ki, onlar nəinki üzvlərinə, həmçinin qeyri-üzv şəxslərə də kredit ayırırlar. Ə.Həsənov bildirib ki, bunun üçün həmin şəxsləri qanunsuz olaraq üzv edirlər.

“Bu da imkan verir ki, kredit təşkilatları qeyri-qanuni olaraq kredit birlikləri yaratsın. Belə ki, kredit birlikləri üçün minimal kapital göstəricisi 4000 manat, banklar üçün 50 milyon manat, qeyri-bank təşkilatlarında isə 300.000 manat”.

Ekspertin sözlərindən aydın olur ki, son 20 ildə kredit birlikləri qanun pozuntusu ilə məşğuldurlar. Amma bütün bunlara baxmayaraq bu şirkətlər hələ də Mərkəzi Bankdan lisenziya almaqda davam edirlər və onlar üzərində nəzarət olunmur.

Xatırladaq ki, ötən il iqtisadiyyat bazarına nəzarət səlahiyyəti Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılıb. Bankların işlərinə baxıldıqdan sonra kredit ittifaqlarına nəzarət olunmağa başlanıb və hazırda 12 təşkilatın lisenziyası əlindən alınıb. Buna səbəb həmin birliklərdə hesabatların düzgün aparılmamasıdır. Lisenziyası ləğv edilən şirkətlər bunlardır: “Arzu”, “Azeri İnvest”, “Cənub”, “Ceyhun”, “Compass”, “F.A.S.”, “Hakari”, “Kredo-İnvest”, “Real”, “Tərəkəmə”, “Tural” və “Yardımlı”.
/Fins.az/

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb