Qarabag Media
Haqqımızda Əlaqə Hava Durumu

Qədim Azərbaycan tayfalarının ritual rəqsi - YALLI

Tarix:11-01-2017, 09:45 Baxış Sayı:226 Kateqoriya:Manşet, Cəmiyyət

Qədim Azərbaycan tayfalarının ritual rəqsi - YALLI

Etnoqrafik mənbələrə görə, "Yallı” qədim Azərbaycan tayfalarının ritual rəqsi sayılır.

Rəqs özündə qəhrəmanlıq motivləri ilə yanaşı qədim tayfaların əhvali-ruhiyyəsini, güc və birliyini əks etdirir.

Xalq rəqslərindən olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında rast gəlinir.

Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Lakin yallılar türk xalqlarının rəqs sistemi hesab edilir. Bu ad altında onlarca müstəqil rəqs toplanıb, onlar da üç yerə bölünür: yalnız musiqili, musiqili və vokal (səsli), bir də (musiqisiz ifa olunan) dil yallıları. Dil yallıları musiqisiz ifa olunur. Bu yallı növü ən qədim oyun hesab edilir. Çünki bunlar hələ musiqi alətləri icad edilməmişdən əvvəl düşünülmüş oyunlardır.

Yollular ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sıra ilə gedib cəngəlliklərdə yolaçma yozumu var. Ona görə də "yollu" adlandırılıb. Rəvayətə görə, ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir. "Yelli" adı da bununla bağlı olub. Lakin hər iki versiya həqiqətə az oxşadığından rəqsin "yallı" adı daha doğru hesab edilib. Bu da "səf-səf", sıra ilə düzülüb əl-ələ vermək, birlikdə olmaq mənasını daşıyır.
Qədim Azərbaycan tayfalarının ritual rəqsi - YALLI

allıların respublikamızın hər bölgəsində sevimli xalq rəqslərindən biri kimi qorunub yaşadılmasına baxmayaraq, onlar daha çox Naxçıvan ərazisində yayılıb, o cümlədən Şərurda. Deyilənlərə görə, Şərurda yallının 20 növü var, halbuki vaxtilə onların sayı yüzə yaxın olub: "Çolağı", "Üçaddım", "Qaz-qazı", "Köçəri", "İkiayaq", "Qaleyi", "Çöp-çöpü" və sair.

Yallının ən qədim növlərindən biri olan "Qaladan-qalaya" adlı yallıda insanların döyüş əhval-ruhiyyəsini, cəsarət və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayırlar, sanki döyüş meydanında düşmənlə üz-üzə gəliblər. Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, "Cəngi"nin sədaları döyüş məqamının çatdığını bildirir: tərəflər üz-üzə dayanırlar. Oyunun digər hissəsində isə qılınca əl atılır, məğlub tərəf qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini, düşmənçilik yarana biləcəyini görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşün qarşısını alır.

Karabakhmedia.az

SON XƏBƏRLƏR
“Əfqaninin milli vəhdət fəlsəfəsi və Türk dünyasının aydınları” mövzusunda növbəti diskussiya
ÖTƏRXAN ELTAC: QARDAŞ QİSASINI ALMAĞA GƏLDİM
Kikboksçular Şəhidlər Xiyabanını ziyarət ediblər
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! IV yazı
Cəbhədə erməni kəşfiyyatçı öldürüldü
Tanınmış aktyor: "Laçınlılar Andronikin qabağına çıxıb, onu məhv edə bilir..." — MÜSAHİBƏ
20 Yanvar faciəsindən 27 il ötür
BAO təmsilçiləri Qırğızıstan səfirliyində olublar
Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır
`Sarkisyan Azərbaycan vətəndaşıdır` - Əli Həsənov
İranda Yeni "Türk açılımı". Türk fraksiyası İranın Qarabağ siyasətinə təsir edə bilərmi
"20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradıldı
"Qafqaz" universitetinin müəllimləri nazirliyə çağırıldı
UEFA `Qarabağ`a 980 min avro verdi
"20 Yanvar şəhidlərinin qanlı paltarları bu günə qədər saxlanılır"
Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq
Obama: “Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq”
Şəhid zabitimiz Fərid Əhmədovun doğum günüdür - VİDEO
Laçınlı gənc şair: "Ermənilər oranı da atəşə tutdular, artıq yaşamaq çətinləşirdi...”
DİQQƏT: Bu avtobuslarda da kameralar quraşdırıldı
Sosial evlər neçəyə olacaq? - MİDA rəhbəri açıqladı
Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub
Vaqif Əsədov: `Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...`
Sumqayıtda şəhid Nəcməddin Savalanov haqqında filmin təqdimatı keçirildi
Azərbaycanlı məktəbli ermәnini 10:0 uddu
Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi
Ötən il Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib - SON RƏQƏMLƏR
Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək
Xəbərdarlıq: Qar yağacaq