Qarabag Media
Haqqımızda Əlaqə Hava Durumu

Kürd balası Türkiyənin rəmzlərindən birinə çevrildi

Tarix:10-01-2017, 16:30 Baxış Sayı:544 Kateqoriya:Manşet, Türk dünyası, Yazarlar

Kürd balası Türkiyənin rəmzlərindən birinə çevrildi

Yüz il bundan öncə Osmanlını dağıdan güclər indi də Atatürkün az qala bütün dünya ilə savaşıb yaratdığı Türkiyəni parçalamaq üçün min bir plan üzərində işləyirlər: «A» planı, «B» planı, «C» planı, «D» planı… Yəni biri baş tutmayanda başqa bir plan işə düşür.

Bu planlardan biri qardaş ölkəni iç savaşa sürükləmək, türk-kürd qarşıdurmasına nail olmaqdır. Və bunun üzərində az qala 30 ildən çoxdur iş gedir. Amma nə qədər çaba göstərsələr də istəklərinə nail ola bilmirlər. Və inşallah da nail ola bilməyəcəklər. Dünya güclərinin birləşib yaratdıqları və ən müasir silahlarla silahlandırdıqları PKK-nın 30 ildən artıqdır törətdiyi terrorlarda bir işə yaramır. Hamıya gün kimi aydındır ki, PKK kürd xalqına xidmət etmir. Əksinə, kürd xalqına daha böyük zərbələr vurur. Və statistikanı araşdırsalar ortaya çıxar ki, PKK-nın qətlə yetirdikləri, şəhid etdikləri terror qurbanlarının sırasında kürdlərin sayı heç də türklərin sayından az deyil. Və PKK-ya qarşı mübarizədə həm Türk Silahlı Qüvvələrinin, həm jandarm və polis qüvvələrinin, eləcə də qorucuların içində kürdlər türklərlə bərabər vuruşur. Diqqət eləsəz elə qorucuların bəlkə də 70 faizi kürd əsillidirlər. Yəni Türkiyədə türk-kürd ayırımçılığı yoxdur. Həm Osmanlının dünyaya hökmranlıq etdiyi dönəmdə, həm İstiqlal savaşında, həm Çanaqqalada qardaş kimi kürək-kürəyə verib birgə savaşıblar, bir bütün olublar.

Ona görə də qazi Mustafa Kamal Paşa deyir: «Türk qurtaran yerdə kürd başlayır, kürd qurtaran yerdə türk!»

Ən qatı türk milliyyətçisi (irqçi yox ha, milliyyətçi) Başbuğ Alparslan Türkeş deyir: «Türk hara qədər türkdürsə, kürd də ora qədər türkdür. Kürd hara qədər kürddüsə, türk də o qədər kürddür».

Heç uzağa getməyək. Türkiyə iqtisadiyyatının inkişafının təməlini qoyan, bügünkü Türkiyənin iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilməsində əvəzsiz xidməti olan və qardaş ölkəni dünyaya açan rəhmətlik Turqut Özal da kürd idi. 90-cı illərdə PKK-ya qarşı vuruşanların ön sırasında yer alan Sadat Bucaq da kürddü…

… Sadat Bucaq 1996-cı il noyabrın 3-də Susurluqda Abdulla Çatlıya qarşı törədilən terrorda (təəssüf ki, bunu terror kimi yox, sıradan bir avtoqəza kimi hallandırdılar) ağır yaralanmışdı…

… Fetih Sekin! İndi bu fədakar polis işçisi Türkiyənin rəmzlərindən birinə çevrilib. O öz canını qurban edərək İzmir Ədliyyə Sarayında həyata keçirilməsi nəzərdə tutulan dəhşətli bir terrorun qarşısını aldı. Əgər terrorçular bomba yüklü maşını ədliyyə binasına çırpıb (özü də həmin yerdə yüzə yaxın insanın yemək yediyi lokanta da var) partlatsaydılar kim bilir bəlkə onlarla, yüzlərlə insan həlak olardı. Amma bu qəhrəman polis işçisi anında bomba yüklü maşının fərqinə vardı, qarşısını kəsdi, nəticədə terrorçular maşını avtoparkda partlatdılar. Və Fetih Sekin terrorçularla son damla qanına qədər atışdı. Üç terrorçunun ikisini öldürdü, özünün isə gülləsi qurtardı və şəhid oldu. 40 yaşlı bu qəhrəman, üç uşaq atası öz canını yüzlərlə cana qurban verdi.

Elazığ doğumlu idi. Elazığdakı evləri müqəddəs Türk bayrağına bələnmişdi və anası oğluna kürdcə ağı deyirdi.

Bəli, bir kürd balası özünü qurban verdi ki, onlarla, yüzlərlə türk yaşasın!

Kürd xalqının övladı Fetih Sekindir, PKK-çılar deyil!

P.S. 90-cı illərin əvvəllərində məlum qüvvələr separatizm oacaqları qalamağa çalışdılar. Milli ayrı-seçkilik salmaq üçün əllərindən gələni əsirgəmədilər. Və elə indi də çaba göstərirlər. Alınmaz! Birinci Qarabağ savaşında həmin qüvvələrə layiqli dərs verildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda Ermənistan ordusuna qarşı döyüşdə türkü, talışı, kürdü, rusu, ləzgisi, avarı, yəhudisi çiyin-çiyinə vuruşdular: Azərbaycan naminə! Yüzlərlə, minlərlə şəhid verdilər, Azərbaycan naminə «uf» demədən canlarından keçdilər.

Belə getsə, ikinci Qarabağ savaşı da qaçılmazdır. Qarabağı Azərbaycan xalqı türkü ilə, talışı ilə, kürdü ilə, rusu, ləzgisi, avarı, yəhudisi ilə birlikdə azad edəcək. Yenə çiyin-çiyinə, bir bayraq altında!

Qarabağı birlikdə azad edəcəyik! Yuxa qulağı sulayanlar da elə yuxa qulağı sulaya-sulaya qalacaqlar.
Kürd balası Türkiyənin rəmzlərindən birinə çevrildi

Kürd balası Türkiyənin rəmzlərindən birinə çevrildi

Aqil Abbas

SON XƏBƏRLƏR
“Əfqaninin milli vəhdət fəlsəfəsi və Türk dünyasının aydınları” mövzusunda növbəti diskussiya
ÖTƏRXAN ELTAC: QARDAŞ QİSASINI ALMAĞA GƏLDİM
Kikboksçular Şəhidlər Xiyabanını ziyarət ediblər
Türkçülüyün kiçik Turanı: Azərbaycan Cümhuriyyəti! IV yazı
Cəbhədə erməni kəşfiyyatçı öldürüldü
Tanınmış aktyor: "Laçınlılar Andronikin qabağına çıxıb, onu məhv edə bilir..." — MÜSAHİBƏ
20 Yanvar faciəsindən 27 il ötür
BAO təmsilçiləri Qırğızıstan səfirliyində olublar
Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır
`Sarkisyan Azərbaycan vətəndaşıdır` - Əli Həsənov
İranda Yeni "Türk açılımı". Türk fraksiyası İranın Qarabağ siyasətinə təsir edə bilərmi
"20 Yanvar” şəhidlərinin Vikipediya səhifəsi yaradıldı
"Qafqaz" universitetinin müəllimləri nazirliyə çağırıldı
UEFA `Qarabağ`a 980 min avro verdi
"20 Yanvar şəhidlərinin qanlı paltarları bu günə qədər saxlanılır"
Poroşenko: Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq
Obama: “Fələstin dövləti yaranmasa münaqişə həll olunmayacaq”
Şəhid zabitimiz Fərid Əhmədovun doğum günüdür - VİDEO
Laçınlı gənc şair: "Ermənilər oranı da atəşə tutdular, artıq yaşamaq çətinləşirdi...”
DİQQƏT: Bu avtobuslarda da kameralar quraşdırıldı
Sosial evlər neçəyə olacaq? - MİDA rəhbəri açıqladı
Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş olub
Vaqif Əsədov: `Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...`
Sumqayıtda şəhid Nəcməddin Savalanov haqqında filmin təqdimatı keçirildi
Azərbaycanlı məktəbli ermәnini 10:0 uddu
Serbiyanın səfiri MEK-ə kitablar hədiyyə etdi
Ötən il Azərbaycan iqtisadiyyatı nə qədər geriləyib - SON RƏQƏMLƏR
Rusiya və Avstriya XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək
Xəbərdarlıq: Qar yağacaq