Qarabag Media
Haqqımızda Əlaqə

Vəhşi erməni xislətini göstərən daha bir "nümunə"


Tarix:10-01-2017, 00:45 Baxış Sayı:840 Kateqoriya:Manşet / Qarabağ

Vəhşi erməni xislətini göstərən daha bir "nümunə"

Düzünü desəm, bu yazını yazmaq istəmirdim. Yazmaq içimdən keçsə də, düşüncələrimlə baş-başa qalıb günləri sayaraq hadisələrin məcrasının yaxşılığa doğru dəyişməsini gözləyirdim. Çifayda, dəyişmədi ki... İnsanlıq, humanizm hara, vəhşi erməni xisləti hara...

Dekabrın 29-u və bu gün - yanvarın 9-u. 12 gün. Sevgili Vətənimiz Azərbaycanın azadlığı uğrunda canını fəda edərək şəhid olmuş əsgərimizin meyiti hələ də erməni vandallarının əlindədir. Ermənilər əsgərin nəşini Azərbaycana təhvil vermək istəmirlər. Daha doğrusu, bundan boyun qaçırırlar.

Qısa arayış. Ötən ilin son günlərində - 2016-cı il dekabrın 29-da Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlu şəhid olub. Rəsmi Bakı onun meyitinin geri alınması üçün aidiyyəti dövlət qurumları ilə birlikdə bütün zəruri tədbirləri bu gün də davam etdirir. Hadisədən 11 gün keçməsinə baxmayaraq, Ermənistanın bu sahəyə cavabdeh olan aidiyyəti strukturları isə susmağa üstünlük verir, həssas humanitar problemə münasibət bildirməyi məqsədəuyğun saymırlar. Bu fakt bir daha sübut edir ki, Ermənistan tərəfi hadisənin humanitar mahiyyətini arxa plana keçirməyə, ondan siyasi dividend qazanmaq üçün vaxt udmağa və daxili ictimai rəyə hesablanmış fəaliyyətə cəhd edir. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla bu məsələnin həlli üçün durmadan iş aparılır. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər tərəfləri də var - şəhid əsgərimizin meyiti bu gün düşmən əlindədir. Bu hadisə dinc, dostluq, qardaşlıq şəraitində yaşayan iki qonşu ölkənin sərhədində baş verməyib. Əzəli torpaqlarımızı, ata-baba yurdumuzu işğal etmiş, bu gün cinayətkar rejim tərəfindən idarə olunan və Azərbaycanla uzun zamandır müharibə aparan Ermənistanla dövlət sərhədində baş verib. Diqqətli oxucunun yadına onu da salmağı vacib hesab edirəm ki, Milli Ordumuzun əsgəri erməni kəşfiyyat qrupunun Azərbaycan sərhədinə hücumu zamanı döyüşdə itkin düşüb. Günlər keçir və əsgərimizin nəşi Azərbaycana təhvil verilmir. Ermənistan hər zamankı kimi qeyri-humanist, insanlıqdan uzaq fəaliyyətini davam etdirir və Cenevrə Konvensiyalarının tələblərinə əməl etməkdən boyun qaçırır.

Yaranmış situasiyada diqqətimi çəkən daha bir önəmli məqamı da qeyd etmədən keçmək istəmirəm. Dövlət sərhədindəki döyüşdə həlak olaraq şəhid düşmuş Azərbaycan hərbçisinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatların mövqeyi başa düşülən deyil. Bu istiqamətdə zəruri tədbirlər görmək üçün beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqesiz olan mövqeyi isə qəbuledilməzdir. Hər addımda, hər fürsətdə Dağlıq Qarabağ münaqişəsinin dinc yola, sülh yolu ilə həllinə çağırış edən, bu məsələdə hərbi yolun mümkünsüzlüyünü durmadan söyləyən, münaqişə tərəflərini güzəştə səsləyən beynəlxalq qurumlar problemi həll etmək üçün addımlar atmaq əvəzinə bu dəfə susurlar. Yəqin, binəvaların ağızlarına o qədər su yığılıb ki, danışa bilmirlər...

Məsələnin daha bir tərəfi. Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günə kimi Azərbaycan və Ermənistan tərəfindən itkilər olub. Müharibədə itkilər qaçılmazdır. Amma bu günə kimi elə bir fakt olmayıb ki, erməni meyiti Azərbaycan tərəfində qalsın və qarşı tərəfə təhvil verilməsin. Dağlıq Qarabağ münaqişəsində yalnız Ermənistan tərəfi meyitlərin saxlanması və qaytarılmaması praktikasını həyata keçirib və bunu indi də davam etdirir.

Görünən dağa bələdçi lazım deyil. Hər bir millət həmişə öz xislətinə uyğun davranar. Bunun müharibə və dinc dövr ilə əlaqəsi yoxdur.

Nə etməli?

Vəhşi erməni xislətini göstərən daha bir "nümunə"İnsan haqları, demokratiya və humanizmdən ağız dolusu dəm vuran beynəlxalq təşkilatlar bir zəhmət çəkib işğalçı ölkəyə - Ermənistana bu vəhşiliyə son qoymaq üçün təzyiqlər etməlidirlər. Bu qurumlar meyit üzərindən öz çirkin məqsədləri üçün yararlanmağa çalışan Ermənistanı beynəlxalq konvensiyalara riayət etməyə məcbur etməlidirlər.

P.S. Gücsüzlər, zəiflər, acizlər düşdükləri çətin situasiyalarda çirkin xislətlərinə uyğun, insanlığa yaraşmayan hərəkətlər edirlər. Ermənilərin Azərbaycan əsgərinin meyitini qaytarmamaq üçün etdikləri kimi...

Mətanət Əliyeva

Trend




loading...




SON XƏBƏRLƏR
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur
Müğənni Fədayə Məmmədova həbsdə qaldı - Yenilənib
İsrail qırıcıları Qəzzanı bombaladı
Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”
İstanbuldakı ermənilər və nə qədər gec deyil...
Türkiyə parlamentində dava - Foto
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video
Bu qərarlar İsraili məhv edə bilər - Siyahı
Rəşad Sadıqovun təyinatı rəsmiləşdi
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi