Qarabag Media
Haqqımızda Əlaqə

Şuşa və Laçında ötüb-keçən uşaqlıq illəri - FOTO

Tarix:9-01-2017, 12:53 Baxış Sayı:1466 Kateqoriya:Manşet, Qarabağ, Cəmiyyət

Şuşa və Laçında ötüb-keçən uşaqlıq illəri - FOTO Əslən Laçın rayonunun Kürdhacı kəndindən olan və Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərinə yenicə köçmüş Camal Kamal oğlu Hüseynovun ailəsində yenidən körpə səsi eşidilir. 28 dekabr 1979-cu ildə dünyaya gələn bu oğlan uşağının adını Fuad qoydular. İllər ötür, ildən-ilə böyüyən Fuad yay aylarını Qurdqajıda babası Kamal kişigildə keçirir. Ötüb keçən illər ərzində çox şey dəyişsə də dəyişməyən bir şey vardı, o da Fuadın yaddaşında Şuşa və Laçında ötüb-keçən, insan ömrünün ən gözəl çağları, geri qaytarılması mümkün olmayan xoşbəxt və qayğılı erkən uşaqlıq illəri.

1986-cı ildə Şuşa şəhər 2 nömrəli N.B.Vəzirov adına rus orta məktəbin I sinfinə qəbul olunan Fuad Hüseynov ilk günlərdən yaxşı oxumağa başlayır. 1992-ci il may ayının 8-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Şuşa şəhəri işğal edilir. Fuadgilin ailəsi məcburi-köçkün qismində Xaçmaz rayonunun Nabran qəsəbəsində məskunlaşır.

Məcburi köçkünlük həyatına qədəm qoyan Fuad Hüseynov Nabran qəsəbəsində təşkil edilmiş Laçın 26 saylı tam orta məktəbində təhsilini davam etdirir. 1997-ci ildə Laçın 26 saylı tam orta məktəbin XI sinfini müvəffəq qiymətlərlə başa vurur. Elə həmin il imtahanları uğurla başa vuraraq Bakı Dövlət Universitetinin Geologiya fakultəsinə qəbul edilir.

Tələbəlik illərində də ənənəni davam etdirən Fuad Hüseynov öz fəallığı ilə digərlərindən fərqlənir. İctimai işlərdə fəallığı qabarıq şəkildə hiss edilən çalışqan tələbə təhsil aldığı müddətdə Fakülitə Elmi Cəmiyyətinin sədri seçilir.

2001-ci ildə Bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, magistratura pilləsinə qəbul olunur.

2003-cü ildə Magistr pilləsini fərqlənmə diplomu ilə bitirərək Bakı Dövlət Universitetinin Aspirantura pilləsinə yüksəlir.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür.

Dissertasiya işi isə fasilələrlə 10 ilə yaxın çalışdığı Daşkəsən rayounda yerləşən Çovdar qızıl yatağının geoloji-strukturunun öyrənilməsinə həsr edilmişdir. Qeyd edək ki, Çovdar qızıl yatağı ehtiyatına görə Kəlbəcər rayonunda yerləşən Zod qızıl yatağından sonra ikinci yeri tutur və hal-hazırda yataqda istismar işləri davam etdirilir.

2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinə texnik-geoloq vəzifəsinə təyin edilir və qısa müddət ərzində geoloq, aparıcı geoloq, böyük geoloq vəzifəsinə yüksəlir. Əmək fəaliyyəti dövründə informasiya texnologiyaları və ingilis dili üzrə intensiv çalışaraq müəyyən biliklərə yiyələnir.
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov tərəfindən 2004-cü ildəki nailiyyətlərə görə Fəxri Fərmanla təltif edilir.

2005-ci il aprel ayında Azərbaycanda dağ-mədən sənayesinin ilk xarici investisiyalı Şirkəti olan “RV İnvestment Group”-na cəlb edilir, həmin ilin noyabr ayından Şirkətin Naxçıvan filalında aparıcı geoloq vəzifəsinə yüksələrək geoloji-kəşfiyyat işlərinə rəhbərlik etməyə başlayır. Əmək fəaliyyəti dövründə Ordubad filiz rayonunun filizliliyinin qiymətləndirilməsi yerinə yetirilmiş və qənaətbəxş nəticələr əsasında Şirkət Naxçıvanda fəaliyyətini bu gün də davam etidir.

2007-ci ildə yenicə fəaliyyət başlayan “Londex Resources Ltd” Şirkətinə dəvət alaraq Balakən rayonunda Filizçay yatağında mədən istismarına hazırlıq işlərinə cəlb olunmuşdur.

Həmçinin xüsusi dəvət əsasında 2007-2008-ci illərdə Türkiyə Cumhuriyyətinin Manisa, Uşak, İzmir və Hatay vilayətlərində əlvan metal yataqlarının qiymətləndirilməsində və həmin sahələrə xarici investisiya cəlb edilməsində iştirak etmişdir.

2009-cu ildə “Londex Resources Ltd” şirkətinin Keyfiyyətə Nəzarət Mütəxəsisi vəzifəsinə təyin edilən Fuad Hüseynov çalışqanlığı nəticəsində 2012-ci ildə isə Naxçıvan Layihəsi üzrə Layihə Meneceri vəzifəsinə yüksəlir. Bu dövrdə həmçinin, Şirkət tərəfindən Qırğızstanda filiz yataqlarının qiymətləndirilməsinə cəlb olunaraq Qirğızstanın bir çox potensial maraq doğuran yataq və təzahürləri üzrə işlərdə iştirak etmişdir.

Naxçıvan layihəsində işlədiyi dövrdə indiyədək qeyd olmayan əlvan metal filiz ehityatlarının aşkar edilməsində iştirak edərək tədqiqat sahəsinin potensialının qiymətləndirilməsinə öz dəyərli tövhələrini verir.

2014-cu ildə Suraxanı Rayon İcra Hakimiyyətinin Apparatı nəznində Layihə Smeta Bürosuna mühədnis vəzifəsinə qəbul edilən Fuad Hüseynov 2016-cı ildə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Yeni Suraxanı Qəsəbə Ərazi İnzibati Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini icra etmişdir.

Dövlət qulluğunda çalışdığı dövrdə Azərbaycan hökumətinin dövlət siyasətinin yerinə yetirilməsində, respublika miqyaslı tədbirlərin həyata keçirilməsində, əhalinin həyat rifahının yüksəldilməsində öz vəzifə borcunu layiqincə yerinə yetirmişdir.

2016-cı il oktyabr ayından Azərbaycan Respublikası Prezidenitinin sərəncamı əsasında yaradılmış səhmləri yüz faiz dövlətə məxsus AzərGold Qapalı Səhmdar Cəmiyyətinə dəvət alan Fuad Hüseynova geoloq vəzifəsi təklif edilir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, iki övladı var.

Şuşa və Laçında ötüb-keçən uşaqlıq illəri - FOTO

Şuşa və Laçında ötüb-keçən uşaqlıq illəri - FOTO

Şuşa və Laçında ötüb-keçən uşaqlıq illəri - FOTO


Sultan HÜMBƏTOV

SON XƏBƏRLƏR
AZƏRİ yoxsa Türk!!! - FOTO/SƏNƏD
Cümhuriyyət öz xilaskarını həbsdən necə qaçırdı? - İLGİNC HEKAYƏT
Xalq artisti Qəndab Quliyeva vəfat etdi
Bakının "Formula 1"-lə əlaqədar bağlanan mərkəzi küçələri bu axşam açılacaq
GENERAL ƏLİAĞA ŞIXLİNSKİ VƏ QARABAĞ SAVAŞI
40 minlik ordunun əli süpürgəli generalı – Səməd Bəy Mehmandarov
Ordumuz gerçək zəfərini yalnız işğal altındakı torpaqlara ayaq basacağı gün qeyd edə bilər
M.Ə.Sabir və sosial azadlıq məsələsi
Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edir
YENİ NƏSLİ NECƏ YETİŞDİRMƏLİ?!
Lent.az-ın 9 yaşı tamam oldu
“Bölgələrdən səslər-3” toplusu çap edilib
Ərdoğan bayram namazında huşunu itirdi
Azərbaycan xalqının mədəniyyətinin nüvəsində Türk mədəniyyəti, adət-ənənələri dayanır
Pakistanda terror: ölənlərin sayı 73-ə çatıb
Şah İsmayıl Xətainin bilinməyən sirli tərəfi
İŞİD-in daha bir rəsmisi məhv edildi
“Qarabağ” Ukrayna “Şaxtyor”unun qapıçısını transfer edib
Əbülfəz Elçibəyin doğum günüdür
"Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanla eyni mövqedən çıxış edir" - Ərdoğan
"Kürdlər dövləti qursalar, onu yaşada biləcəklərmi?” - Türkiyə prezidentinin baş müşaviri
Berluskoni: Trampın arvadını çox bəyənirəm
Nazir həkimlərlə bağlı yeni əmr imzaladı
Şirvanda revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodu açılıb - FOTO
"Eldar Mahmudov bütün günü restoranlarda gəzir. Niyə məhkəməyə gətirilmir?" - Zərərçəkmiş Maqsud Mahmudov
Jurnalistlər üçün üçüncü binanın təməli qazılmağa başladı
Azərbaycan ordusunun şərəfinə yeni medal təsis olunur - FOTO
Şəhid Elnur Əliyevin həyatından bəhs edən bədii-sənədli film çəkilir
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda ət bahalaşır – QOYUNLAR ƏRƏB ÖLKƏLƏRİNƏ SATILIR?