Qarabag Media
Haqqımızda Əlaqə

Cümşüd Nuriyev: `Türkiyədəki terror aktlarında ermənilərin rolu var`

Tarix:6-01-2017, 14:00 Baxış Sayı:876 Kateqoriya:Manşet, Siyasət

Cümşüd Nuriyev: `Türkiyədəki terror aktlarında ermənilərin rolu var`

Türkiyədə törədilən terror aktlarının sayı durmadan artır. 2017-ci ilin ilk həftəsində Türkiyədə 2 terror aktı törədilib. Qanlı olayların davam edəcəyi istisna edilmir.

Türkiyəni kimlər qan gölünə çevirmək istəyir?

Politoloq Cümşüd Nuriyev AzVision.az-a bildirib ki, terror aktları Türkiyəni cəzalandırmaq məqsədilə həyata keçirilir. Onun sözlərinə görə, Türkiyədək terror aktlarında ermənilərin rolu var.

“Türkiyənin əvvəlki mövqeyi ilə indiki arasında 180 dərəcə fərq var. Xüsusilə, Rusiya-Türkiyə münasibətləri kifayət qədər yaxşılaşıb. Ona görə də bu yaxınlaşmadan narahat olan qüvələr həm Türkiyəni, həm də prezident Rəcəb Tayyib Ərdoğanı cəzalandırmaq istəyirlər. Bunlar Türkiyəni, ümumilikdə isə müsəlman dünyasını sevməyən qüvvələr, Səudiyyə Ərəbistanı, Qətər, İran kimi dövlətlər, o cümlədən gizli fəaliyyətdə olan Ermənistandır. Fransa və Almaniya kimi dövlətlər Türkiyəyə qısqanclıqla yanaşır. Buna baxmayaraq, Türkiyənin Avropada mövqeyi güclənir”.

Politoloq vurğulayıb ki, İŞİD Türkiyəyə müharibə elan edib: “Bu təşkilatın əsas hissəsi ASALA-dır. Yəni, ermənilər Türkiyədə törədilən terror aktlarında da öz işlərini görürlər. Xüsusilə Fransa erməniləri bu işdə fəallıqları ilə seçilirlər”.

Cümşüd Nuriyevin fikrincə, Türkiyədə növbəti terror aktlarının olacağını indidən proqnozlaşdırmaq mümkündür: “Bu, müəyyən vaxta qədər olacaq. Ümumən isə Türkiyədə terror aktları törətməklə böyük səhvə yol verirlər. Bununla yatmış türkü oyadırlar. Hər törədilən terror aktından sonra Atatürkün döş nişanını gəzdirən gənclərin sayı artır. Türk millətinin özünəqayıdış prosesi çox ciddi nəticələrə gətirib çıxaracaq. Lazım gəlsə, yoluna çıxan hər kəsi süpürüb atmaq gücünə qadirdilər. Hesab edirəm ki, türkün ayılması möhtəşəm olacaq”.

“ABŞ-la Türkiyə arasındakı əsas problem FETÖ-dür”
Cümşüd Nuriyev: `Türkiyədəki terror aktlarında ermənilərin rolu var`

Siyasi ekspert Arzu Nağıyev də hesab edir ki, törədilən terror aktları Türkiyəni cəzalandırmaq istəyən qüvvələrin əməlidir: “Türkiyə Rusiya ilə yaxınlaşdıqca, ABŞ buna qısqanclıqla qarşılayır. Ancaq Türkiyə hakimiyyəti unutmamalıdır ki, Suriya məsələsindən başqa Rusiya ilə üst-üstə düşən ümumi mövqeyi yoxdur. Bu baxımdan hər iki dövlətin istər turizm, istər iqtisadi cəhətdən bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün məhz eyni mərkəzdən idarə olunan terror aktları törədilir.

Bu gün Rusiya ilə Türkiyəni bağlayan əsas məsələlərdən biri və birincisi Suriya məsələsidir. Məhz buna görə də, tək buna ümidli olub yaşamaq qeyri-mümkündür. Ona görə də, həm Rusiya ilə, həm ABŞ-la, həm də NATO-nun digər üzvləri ilə balanslı siyasət aparmaq və qarşı-qarşıya oturub, bütün problemləri çözmək ən normal proses ola bilər. Bu gün ABŞ hakimiyyəti ilə Türkiyə arasındakı əsas problmelərdən biri FETÖ məsələsidir, Eyni zamanda Avropa ilə miqrant məsələsində problemlər var. Düşünürəm ki, bütün bunları balanslı siyasətlə həll edilməlidir”.

Elvin Abdulqədirov

SON XƏBƏRLƏR
Məşhur italyan modeldən Xocalıya dəstək
Xocalı şəhidləri Parisdə yad edilib
İBRAHİM OĞLU ÖMƏR XƏYYAMA HANSI ƏHVƏLATI DANIŞMIŞDI
Azərbaycan İsrailə “Dəmir günbəz” kompleksi sifariş verib
`Rusiya MDB-yə qoşulmağımız üçün Xocalı soyqırımını törətdi` - Sabiq müdafiə naziri
Ailə tərkibi 6 nəfər olan köçkünlərə 4 otaqlı ev veriləcək
Komitə məcburi köçkünlərə müraciət etdi - aylıq müavinətlər bu ay verilməyəcək
Qasımuşağı tikmə və xalçalarında `S` şəkilli ornament (`qol`)
Şəhidlərimizin adları açıqlandı - RƏSMİ
Cəbhədə növbəti toqquşma: Düşmən itki verdi - RƏSMİ
Arutunyan: “Müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itirdiklərimiz böyük olacaq”.
Yolumuz Vətənədi - Qönçəgül Kamalqızı yazır
“Münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik” - İran XİN
Xocalının son toyu – FOTO
Prezident “Xocalı” abidəsini ziyarət edib
Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı BƏYANAT
"Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı" - Xatirə Orucova
`Atamı gözümün önündə diri-diri yandırdılar` – Xocalıda valideynlərini itirmiş `25-lər`dən biri
Əbədi nifrət...
Rusiyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
"Ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb"
XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür (VİDEO)
Füzuli rayon 40 saylı tam orta məktəbdə Xocalı qurbanları anılıb - FOTO
Ordumuz düşmənin atəş nöqtəsini darmadağın etdi - VİDEO
İraqda 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar olunub
"Facebook"da pulköçürmə sistemi istifadəyə verilib
“Sənədsiz evlərə və torpaqlara mülkiyyət hüququ verilməlidir” - Ombudsman
Niderland Parlamentinə Xocalı soyqırımı ilə bağlı petisiya təqdim olunub
Ağdamda kəndlər boşaldılır? — İcra başçısından açıqlama
Düşmən geri oturduldu: İtkilərimiz var - RƏSMİ