Qarabag Media
Haqqımızda Əlaqə

NATO-Türkiyə arasında İncirlik ixtilafı


Tarix:6-01-2017, 22:07 Baxış Sayı:427 Kateqoriya:Manşet / Siyasət

 NATO-Türkiyə arasında İncirlik ixtilafı

Türkiyə prezidentinin sözçüsü bəyan edib ki, Ankara Adana vilayətində yerləşən İncirlik hərbi hava bazasını bağlamaq səlahiyyətinə malikdir.

"Biz həmişə demişik ki, belə bir hüququmuz var. Lakin dediyim kimi, biz əvvəlcə şərtləri qiymətləndirməliyik” – deyib İbrahim Kalın Türkiyənin Kanal 24 televiziyasına.

Anadolu agentliyi yazır ki, Kalının bu bəyanatı Ankaranın ABŞ koalisiyasının Suriyada İŞİD-ə qarşı əməliyyatlardakı rolunu sorğu-sual etdiyi vaxta təsadüf edib.

Kalın deyib ki, Türkiyənin Suriyanın əl-Bab şəhərini İŞİD-in əlindən almaq əməliyyatında ABŞ Ankaraya lazımi dəstəyi vermir.

“Türkiyə bu regionda terrorçu dəhlizin yaradılmasına yol verməyəcək” – deyib Erdoğanın köməkçisi.

ABŞ xüsusi qüvvələri kürdlərin YPG qrupunun daxil olduğu qüvvələri dəstəkləyir

Bir çox Qərb təhlilçiləri deyirlər ki, rəsmi Ankaranın “terrorçu dəhliz” dedikdə, “kürd dəhlizini” nəzərdə tutması sirr deyil. Bu mənada Türkiyə İŞİD-ə qarşı mübarizədə ABŞ-dan lazımi dəstəyi ala bilmədiyini deyəndə, təbii ki, kürd separatçılarla mübarizəni daha çox nəzərdə tutur.

Digər tərəfdən ABŞ PKK-nı terrorçu təşkilat saysa da, Suriya kürdlərinin YPG birləşmələrini İŞİD-ə qarşı ən səmərəli döyüş qüvvəsi hesab edir. Ankaranın fikrincə, YPG də PKK-nın tayıdır. Vaşinqton fərqli düşünür. ABŞ-ın mövqeyinə görə PKK kürdləri Türkiyənin, YPG kürdləri isə Suriyanın problemidir.

Məhz buna görə də Türkiyə ABŞ-dan öz istədiyi şəkildə dəstək almadığına görə narazıdır.

“Türk xalqı deyir ki…”

Yanvarın 4-də Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib ki, ABŞ Fərat sipəri əməliyyatının keçirilməsində Ankaraya dəstək verməyib.

O həmçinin deyib ki, “türk xalqı ABŞ hərbçilərinin İncirlik bazasında davam edən mövcudiyyətinin lüzumluluğunu sual edir”.

Bununla belə Çavuşoğlu ABŞ-ın Türkiyənin “mühüm müttəfiqi” olaraq qaldığını deyib.

Suriyada Rusiyanın ixtiyarında olan Hmeymim bazası

Qərb təhlilçiləri Çavuşoğlunun belə ehtiyatlı tənqidini Ankaranın düşdüyü qibtəolunmaz vəziyyətlə izah edirlər.

“The Guardian” yazır ki, “Hələbi Əsədə təhvil verəndən sonra əl-qolu açılmış Rusiya” indi öz bombardmançı təyyarələri ilə Türkiyənin əl-Bab əməliyyatını havadan dəstəkləyir. Bu Rusiyaya ABŞ-ı regiondan vurub çıxarmaq üçün lazımdır.

Təhlilçilərin fikrincə, Suriyada yaranmış Türkiyə-Rusiya alyansının limiti var və bu limit, çox güman əl-Babın İŞİD-dən təmizlənməsi ilə başa çatacaq.

Türkiyə rəsmiləri bildirirlər ki, Ankara və Moskva Suriyanın gələcəyini vahid dövlət şəklində görürlər və bu Türkiyənin siyasətinə cavab verir. Lakin Ankara bu “vahidliyə” Türkiyə və Kremlin yanaşmasındakı fərqin üstünü vurmur.

Suriya qazanı yenidən qaynayacaq?

Türkiyə Suriya ərazisində hər hansı kürd muxtariyyətinin yaradılmasını qeyri-mümkün hesab edir, Moskva isə bir neçə dəfə bildirib ki, Əsəd hökumətinin tabeçiliyində və “vahid Suriyada” milli azlıqların muxtariyyəti məsələsi müzakirə oluna bilər.

Rusiya bunu sadəcə olaraq demir, həm də konkret addımları ilə göstərir. Suriya kürdlərinin xəyali Rojava dövlətinin Moskvada qeyri-rəsmi nümayəndəliyinin olması buna parlaq misaldır.

Ərdoğanın üzləşdiyi dilemma ağrılıdır.

Türkiyə qoşunları əl-Bab istiqamətində hərəkət edir

Ankara yanvarın 4-də verdiyi bəyanatla ABŞ-ın yeni administrasiyasından Suriya kürdlərinə dəstək verilməməsini istəyib.

Donald Tramp Suriyada Rusiyanın apardığı siyasəti dəstəklədiyini bildirib. Suriya kürdlərinin dəstəklənməsi də bu siyasətin içərisindədir.

Əksər ekspertlər hesab edirlər ki, bütün bu səbəblərə görə “Suriya qazanı” yanvarın 20-dən sonra yenidən qaynamağa başlayacaq.

Amma hələlik Ankara ABŞ-ı qorxutmaqda davam edir. Hürriyet qəzetinin yazdığına görə müdafiə naziri Fikri Işık İncirlik hərbi hava bazasının lazımlığı barədə sual verənlərə qoşulub.

ABŞ bildirib ki, onun İncirlikdəki pilotlu-pilotsuz təyyarələri Suriyada hava zərbələrini davam etdirirlər.

Amma görünür bu zərbələrin hədəfi Ərdoğanın ürəyindən keçənlər deyil./"Azadlıq" radiosu/

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
Nigeriyada yaşayan azərbaycanlı xanım Afrikanın ən varlı adamına Azərbaycandan danışdı
İranın pilotsuz təyyarələri İŞİD-in mövqelərini darmadağın etdi - VİDEO
Soornbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib
Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”
Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan ciddi bir təşəbbüs gözləmir
Uşaqlarımızı Aşuradan yox, mənəviyyatsızlıqdan qoruyaq!..
İstanbulda uzun gecə...
Müşviq Mədətovun həyatına yeni sui-qəsd təhlükəsi? – TƏFƏRRÜATLAR
Rəsulzadə dövlətimizə Azərbaycan adını verməklə, böyük Türk dövlətinin qurulmasını hədəfləmişdir
Xızıda 243 partlamamış hərbi sursat tapılıb
Əliağa Vahidin Mircəfər Bağırova yazdığı məktub - ARAŞDIRMA
ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
Hökməli kəndində “Sufi Həmid” qədəmgahları
Azərbaycan alimi Qazaxıstanda keçiriləcək 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb
"Ermənilər alçaq və rəzil bir qul tayfasıdı" - Professor Ələddin Allahverdiyev
Terrorizm - dünyaya bəxş edilən “demokratiya”
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi