Qarabag Media
Haqqımızda Əlaqə

İstanbulda Kipr danışıqları ilə bağlı toplantı keçirilib


Tarix:6-01-2017, 18:00 Baxış Sayı:249 Kateqoriya:Manşet / Türk dünyası

İstanbulda Kipr danışıqları ilə bağlı toplantı keçirilib

93 yaşlı diplomat Şükrü Ələkdağ Türkiyə prezidentini Cenevrə müzakirələrinə getməməyə çağırıb.

APA-nın məlumatına görə, 9 yanvar tarixində Cenevrədə başlaması planlaşdırılan Kipr müzakirələri ərəfəsində İstanbulda toplantı keçirilib. Türkiyə Vəkillər Kollegiyaları Birliyinin dəstəyi ilə Milli düşüncə mərkəzi tərəfindən təşkil edilən toplantının açılışında çıxış edən mərkəzin başqanı, 57-ci hökumətin dövlət naziri Sadi Somuncuoğlu Kipr müzakirələrində ilk dəfə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin təmsilçilərinin iştirak etməsinin bəzi şübhələr doğurduğunu və böyük ehtimalla toplantılarda prezident Ərdoğana təzyiq göstərməyə çalışacaqlarını deyib. ”Bu millət Kiprin sahibidir, ona görə dövlət başçımızı müzakirələr prosesində dəstəkləyəcəyik. ŞKTC prezidenti Akıncı və Rum tərəfinin lideri Anastiadisin apardıqları müzakirələr barədə ətraflı məlumatlar tələb edirik. İmzalanmaq üçün hazırlanacaq sazişlər qəti şəkildə Türkiyə Böyük Millət Məclisində müzakirə edilməlidir”, - deyə Somuncuoğlu vurğulayıb.

Türk cəmiyyətində dərin çatlaqlar yarandığını iddia edən Türkiyə Vəkillər Kollegiyaları Birliyinin başqanı Mətin Feyzioğlu, bu durumun Kipr müzakirələrində Türkiyənin əleyhinə bir durum yaratdığını vurğulayıb: ”Vəziyyət Rumlar və Yunanıstan üçün müjdəverici, Şimali Kipr Türk Cümhuriyyəti üçün isə narahatlıq doğurucudur. Yaranmış vəziyyətdə adadakı türklərə deyirlər ki, siz kiprlisiniz, bu status sizə kifayətdir. Rumların isə Kiprin tam hüquqlu sahibini olduğunu iddia edirlər. Şimali Kipr Türk Cümhuriyyəti bizim üçün Anadolunun davamıdır. Ona görə oradakı dövlətimizin adanın hamısını təmsil etməsi planlaşdırılan vahid dövlətin içində yox olmasına icazə verə bilmərik”, - deyə Mətin Feyzioğlu çıxışını bitirib.

Tarixçi professor İlber Ortaylı toplantıdakı çıxışında Kipr adasının tarixi demoqrafik strukturundan bəhs edərək deyib: “Adanın yeganə gerçək yerli xalqı - Toros dağlarından oraya aparılan türklərdir. Rumlar adanın həqiqi sakinləri olmadıqlarına görə, sahiblik iddiasına da düşə bilməzlər. 1974-cü ildəki Sülh hərəkatından sonra Türkiyə adada yanlış məskunlaşdırma siyasəti aparıb, oraya yüksək səviyyəli insanları göndərmək lazım idi. Son dönəmdə adaya göndərilən 15 min Bolqarıstan türkü yerli əhali ilə qaynayıb-qarışıb, heç bir problem yoxdur”. Orta Şərqdə cərəyan edən hadisələr işığında Kipr adasının Türkiyə üçün strateji əhəmiyyətindən danışan İlber Ortaylı “Unutmayın ki, Kipr adası gedərsə, Türkiyə boğular. Buna imkan verməməliyik”, - deyə o çıxışını bitirib.

Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hüsaməddin Cindoruk isə toplantıdakı çıxışında 1950-ci illərin əvvəlindən başlayaraq Şimali Kipr Türklərinin haqları uğrunda apardığı mübarizənin önəmindən danışıb. Şimali Kipr Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Dənktaş barədə xatirələrindən bəzi epizodlar nəql edən Hüsaməddin Cindoruk, Cenevrə müzakirələrindən əvvəl və sonra Türkiyə ictimaiyyətinin məlumatlandırılmasının vacibliyini vurğulayıb.

Baş qərargahın keçmiş rəisi, istefada olan ordu generalı İlkər Başbuğ toplantıdakı çıxışında Kipr adasının Türkiyə üçün təhlükəsizlik məsələsi olduğunu deyib. ”Burada yazılıb ki, son söz kimindir? Əlbəttə ki, son söz millətin və millətin məclisinindir. Adada əbədi sülhün olması - iki müstəqil dövlətin yaradacağı bərabər hüquqlu federativ struktura bağlıdır”, - deyə ordu generalı Başbuğ vurğulayıb. İlkər Başbuğ, prezident Ərdoğanı 12 yanvarda Cenevrədə keçiriləcək Kipr müzakirələrinə getməməyə çağırıb.

Toplantıda çıxış edən Türk diplomatiyasının 93 yaşlı duayeni, Türkiyə XİN icra aparatının keçmiş rəhbəri, CHP-nin keçmiş İstanbul millət vəkili Şükrü Ələkdağ, Kipr məsələsi ətrafında aparılan danışıqlarda Türkiyənin çətin vəziyyətə düşürülməsi ehtimalı olduğunu deyib. Adadakı daimi sülhün iki dövlətin yaradacağı konfederal struktura bağlı olduğunu vurğulayan Şükrü Ələkdağ, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncını danışıqlar prosesindəki “qeyri-ciddi mövqeyinə” görə tənqid edib. Kipr müzakirələrinin 60 illik tarixinin canlı şahidi olan Şükrü Ələkdağ da prezident Ərdoğanı 12 yanvarda Cenevrədə keçiriləcək müzakirələrə getməməyə çağırıb.

Toplantının axırında Şükrü Ələkdağ və İlkər Başbuğ iştirakçıların suallarını cavablandırıblar.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı
Dilimizi və sözümüzü ucaldan şair
Omrümüzə sığmayan övlad sevgisi
Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (V yazı)
Mən ziyalı deyiləm – Salam Sarvan
Saakaşvili Putinin cavabını verdi: Məni unuda bilmir
Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”
Şeyxin qudasının oğluna 4 il iş istədilər
Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü
Putin: Saakaşvili ukraynalıların üzündə tüpürcəkdir
Azərbaycanda xarici kəşfiyyatla əlaqə... - DSX
Netanyahudan İstanbuldakı Qüds qərarına - Reaksiya
Akop Badalyan: "Ermənistan kağız üzərində suveren dövlətdir"
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
“Zərrab 2”: ABŞ daha bir türk iş adamını həbs etdi
Putin qocalıqdan şikayətləndi - Babay...
AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur