Qarabag Media
Haqqımızda Əlaqə

“Türkiyənin yeni bir istiqlaliyyət mübarizəsi aparırıq” - VİDEO


Tarix:5-01-2017, 23:35 Kateqoriya:Manşet / Türk dünyası

“Türkiyənin yeni bir istiqlaliyyət mübarizəsi aparırıq” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa xəbərdarlıq edib.

Karabakhmedia.az xəbər verir ki, Ərdoğan "twitter"-dən etdiyi yazılı xəbərdarlıqda “Türkiyənin yeni bir istiqlaliyyət mübarizəsi aparırıq”-deyə bildirib.

"Zaman-zaman dediyim kim bu gün Türkiyə yeni bir İstiqlal mübarizəsinin içərisindədir. Bu mübarizəni qazana bilsək, 2023-cü il hədəflərinə çatacağıq, 2053 və 2071-ci illər istiqamətində formalaşacağıq. Məğlub olsaq isə 100 il əvvəl ki, Sevr müqaviləsini qarşımıza qoyacaqlar”.

Qeyd edək ki, Birinci Dünya Müharibəsi davam etdiyi vaxtda Fransa, İngiltərə, Rusiya və digər müttəfiq ölkələr Osmanlı imperiyasını parçalamağa cəhd ediblər. Müttəfiqlərin bu cəhdləri baş tutduqdan sonra onlar Türkiyənin hazırki ərazilərini də ələ keçirmək istəyiblər. Bu məqsədlə Türkiyəyə təziq göstərən müttəfiqlər 1920-ci ildə Sevr müqaviləsini bağlamağa nail olublar. Sevr müqaviləsinin şərtlərinə görə, Türkiyənin ərazisində Böyük Kürdüstan, Ermənistan və digər kiçik dövlətlər yaranmalı idi. Türkiyə ordu saxlamaqdan məhrum edilirdi. Amma türk xalqının mərdliyi və cəsarəti nəticəsində düşmən ölkələr niyyətlərini həyata keçirməyiblər.

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün başçılığı ilə aparılan İstiqlal müharibəsi nəticəsində düşmən ölkələr məğlub edildi. Bununla da Sevr müqaviləsi qüvvədən düşdü. Onun əvəzində isə Lozzana müqaviləsi imzalandı. Həmin müqavilənin şərtlərinə görə, Türkiyə hazırki sərhədlərində qaldı. Amma uzun illər keçməsinə baxmayaraq, müxtəlif vaxtlarda Sevr müqaviləsinin yenidən qüvvəyə minəcəyi ilə bağlı iddialar ortaya atılıb.



Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB