Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağda erməni əsgər 2 hərbçi yoldaşını güllələyib


Tarix:5-01-2017, 13:01 Baxış Sayı:942 Kateqoriya:Manşet, Qarabağ

Qarabağda erməni əsgər 2 hərbçi yoldaşını güllələyib

İşğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində insident baş verib.

Karabakhmedia.az APA-ya istinadən xəbər verir ki, cəbhə xəttində yerləşən hərbi hissədə başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sarkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb.

Fiziki təzyiqlərə məruz qalan, H. Babeyan avtomat silahından atəş açaraq gizir M.Sarkisyanı ayağından və adı hələlik açıqlanmayan digər müqavilə əsasında hərbi xidmətdə olan əsgər yoldaşını qarnından yaralayıb.

Yaralılar dərhal Xankəndidəki hərbi hospitala çatdırılıb. Gizir M.Sarkisyanın vəziyyətinin sabit olduğu, digər yaralının isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Məlumata görə, hadisə baş verən hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı rəhbərliyə bədbəxt hadisə kimi təqdim edib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, erməni ordusunda qarşılıqlı münasibətlər, nizamnamə və döyüş növbətçiliyi qaydalarının pozulması halları son vaxtlar artıb. Erməni tərəfinin yaydığı rəsmi məlumatlara görə, təkcə ötən ilin noyabr ayında buna bənzər iki hadisə baş verib. Belə ki, noyabrın 13-də döyüş növbətçiliyi qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan adlı hərbi qulluqçu kiçik çavuş tərəfindən açılan atəşdən yerindəcə ölüb.

Digər hadisə isə noyabrın 22-də qarovul xidmətində olarkən A.Nersesyanla Aznavur Baleyan arasında baş vermiş mübahisə nəticəsində törədilib. Bildirilir ki, başından güllə yarası alan A.Baleyan hələ də Yerevandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicədədir.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
“23 avqustda “Qarabağ”a dəstək üçün stadionda olacağıq” - Danimarkalı siyasətçi
Avropa Birliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi
Koalisiya qüvvələri Suriyaya zərbə endirdi - 20-ə yaxın ölü
Qaxın Sarıbaş kəndindəki “Qədim məscid” bərpa olunur
Köçkünlərin yaşadıqları evin yanından neft çıxdı - VİDEO
“Qarabağ”ın Avropada oynaması bizə nə qazandırır?
"İlham Əliyev İran prezidentinin andiçmə mərasiminə getməməklə doğru qərar verdi"
Dilqəm Əsgərovun oğlu: “6 aydır xəbər ala bilmirik”
İlham Əliyev Mikayıl Müşfiqin abidəsini ziyarət etdi
“Sovetski”də 17 piyada keçidi salınıb
İŞİD İraq banklarından 835 milyon dollar oğurlayıb
Azərbaycan ordusunun sarsıdıcı əməliyyatı - Başkəndin alınmasında 25 il ötür
Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub
“Qarabağ” Kopenhagendə də tək qalmayacaq — Türklərdən möhtəşəm jest
"Qarabağ" iştirak ərizəsini PFL-ə təqdim etdi
Ermənilər kəndimizi atəşə tutublar, 13 YAŞLI UŞAQ YARALANIB
Nail Allahverdiyev Bakı İstintaq Təcridxanasına köçürülüb
Prezident deputatların etik davranışı ilə bağlı sərəncam imzaladı
"Heç nədən, alacağım cəzadan da qorxmuram" - Astan Şahverdiyev
Millət vəkili: "Hamıya xəbərdarlıq edildi ki, ailə üzvlərinizə nəzarət edin"
Nəvəsini öldürən nənənin tutulması barədə rəsmi məlumat
Paralanmış və uralanmış Azərbaycandan MÜSTƏQİL AZƏRBAYCANA - ARAŞDIRMA
Türkiyə helikopterləri PKK-nı vurdu: 3 ölü
"Qarabağ"ın rəqibinin azərkeşləri yenidən diqqət mərkəzində - VİDEO
Əli Həsənovun nəvəsi həbs edildi
İnformasiya müharibəsində təmənnasız xidmət göstərən tədqiqatçı - MÜSAHİBƏ
İnsanlıq əleyhinə cinayət
ilk internet-server
Əsl türk irqinin kökü və sirri haradadır? - ARAŞDIRMA
Səudiyyə yeni turizm bölgəsində qadınların çimərlik geyiminə icazə verdi