Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR

Tarix:5-01-2017, 00:22 Baxış Sayı:1299 Kateqoriya:Manşet, Qəhrəmanlar

Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində dünyaya göz açıb.

Nizami adına orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb. Bir müddət Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla İrəvana göndərilib. Beş il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır. 1988-ci ildə Lenin adina Moskva Hərbi Siyasi Aakdemiyanı bitirib.

Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçib. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Özü də elə bir vaxtda ki, onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və onun tərəfdarlarının səyi nəticəsində respublikada 1-ci olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon ərazi özünümüdafiə taborunun komandiri seçildi.

Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR

Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz kəndləri erməni quldurlarından azad edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi.

Əzabkeş sərkərdə Ş.Mirzəyev həmişə ön xəttə olurdu. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirirdi. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edirdilər. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi qayğısı və tələbkarlığı sayəsində bütün nöqsanlar aradan qaldırıldı.

O, 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.
Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR

Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR

Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR

Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR

Milli Qəhrəman Şirin Mirzəyevin doğum günüdür - FOTOLAR

Karabakhmedia.az

SON XƏBƏRLƏR
Bu gün Böyük Turançı Ziya Gökalpın doğum günüdür
Qubadlı rayon Tarix-Diyarşünaslıq muzeyi
Dağların Laçın aşığı - FOTO
“DQR”in sabiq “müdafiə naziri” saxlanılıb
Yeni dərs ili üçün tələbə qəbulu qaydaları açıqlandı
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu
21 Azər soyqırımı haqqında kitab işıq üzü görüb
Turan-İran, yoxsa Turan-Avropa qarşıdurması? - I yazı
Diaspor sədri Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalda olub
Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş etdiriləcək
Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
“Hiss edirsən ki, yaz gəlir, o, yaz ki…” – DEPTATNDAN “NOVRUZ” TƏBRİKİ
Həm vuranıq, həm hədəfiz biz!
Haşimov, vot vaşi artilleriya!
Dillərin toqquşması: İranda yaşayan Türklərin arasındakı ikidilliliyə ötəri bir baxış
Azərbaycanda Novruz bayramı qeyd olunur
Suriya rəhbərliyi BMT-nin xüsusi elçisini qəbul etməkdən imtina edib
Azərbaycan Cümhuriyyətini devirmək üçün «Qarabağ qiyamı»
Metroda baş verən terror aktından 23 il ötür
Bakıda DYP avtomobili ağır qəza törətdi: Yaralılar var
Ermənilərin gözü qarşısında onların bayrağına tüpürən azərbaycanlı əsir
Bütöv Azərbaycan tonqalı ətrafında Novruz şənliyi - FOTOLAR
Tramp: “Almaniyanın NATO və ABŞ-a böyük məbləğdə borcu yaranıb”
Müdafiə naziri bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim edib
Türkiyənin məşhur jurnalistləri Bilik Fondunda oldular
Faiq Ələkbərli Ankarada Türk Birliyindən, Konyada isə Alparslan Türkeşdən danışacaq
Evini satıb Qarabağ haqqında film çəkdi
Bakıda Macarıstan Günləri keçirilib
“Sonuncu terrorçunu məhv edənədək əməliyyatlarımızı davam etdirəcəyik”