Qarabag Media
Haqqımızda Əlaqə

"Azərbaycan, mənim taxtım, tacım oy"


Tarix:5-01-2017, 05:03 Baxış Sayı:1454 Kateqoriya:Manşet / Yazarlar

"Azərbaycan, mənim taxtım, tacım oy"

Almaz İldırımın vətən həsrətli şeirləri və istiqlal sevgisi gənclərə mükəmməl örnəkdir.

Vətəni Almaz İldırım kimi incə, zərif, eyni zamanda qüdrətli, mübariz ruhlu misralarla vəsf etmiş ikinci bir şair xatırlamaq mümkün deyil. Almaz İldırım poeziyasında incəliklə əyilməz vüqar, sınmaz qürur, əzəmət vəhdət təşkil edir.

Hansı bir şeir parçası, hansı bir misra indiyədək onun "Azərbaycan" şeirini əvəz edə bilib?!.

Nərdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə, lay-lay balam, çağıran,
Azərbaycan, mənim bəxtsiz anam, oy!
Neçə ildir həsrətinlə yanam, oy!..

Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim, oy!..

Salam versəm, rüzgar alıb götürsə,
Ağrı dağdan göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy,
Hökm etsə, bu sərsəm gediş dursa, oy.

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənm taxtım, tacım, oy.
Oyanmazmı kor olası baxtım oy!

Bu misralar hər bir Azərbaycan türkünün qanını coşdurmağa, qəlbini riqqətə gətirməyə qadirdir. Damarında türk qanı axan hər bir insan üçün bu misralar bir Vətən himnidir, Vətən sevgisinin, həqiqətən də eşsiz tərənnümüdür. Azərbaycan sevdalısı olan bir insanın öz hisslərini ifadə etməsi üçün bundan gözəl nümunə ola bilməz. Almaz İldırım qəlbindən süzülür bu sevgi. Vətənə sonsuz məhəbbət, onu necə varsa, eləcə sevməz, sözün bütün mənalarında Vətən aşiqi olmaq. Bunu anlamaq üçün Almaz İldırım şeirlərini oxumaq yetərlidir. Almaz İldırım əsl vətənpərvər idi. Almaz İldırım Vətən yolunda bir cəfakeş idi. Onun başına nə acılar gəlmişdisə, Azərbaycanı sevdiyi üçün gəlmişdi. Bu sevgi sadəcə bir məhəbbətdən ibarət deyildi. Almaz İldırım Azərbaycanı onun istiqlalı ilə bir sevirdi. Sevgili Vətənini azad, hürr görmək istəyirdi. Almaz İldırımın qəlbindəki Azad Azərbaycan sevgisi idi. Əlbəttə ki, bu imperiyapərəstləri qane etməyəcəkdi. Ona görə də Almaz İldırıma olmazın əzablar verdilər, bununla qəlbindəki istiqlal sevgisini qoparıb ata biləcəklərini düşündülər. Amma yanıldılar. Bu mənada Almaz İldırımın həyatı Azərbaycan gəncləri üçün ən mükəmməl örnəkdir. Vətən sevgisini Almaz İldırım şeirlərindən alanların səmimiliyinə heç vaxt şübhə yeri qalmaz.

Almaz İldırım 1907-ci il mart ayının 24-də Bakının Qala kəndində anadan olub. Azərbaycan ədəbiyyatı tarixinə daxil olmuş Almaz İldırımın əsl adı Əbdülhəsəndir. Uşaqlıqdan onu babasının adı ilə - Almaz çağırıblar. Almaz İldırım bu adla mətbuatda tanınıb və məşhurlaşıb. Şairin anası Nisəxanım evdarlıqla məşğul olub, uşaqlarını ehtiyac içində böyüdüb. Tədqiqatçılar göstərirlər ki, Almaz hələ 6 yaşında ikən ailələri Şüvəlana, 1920-ci ildə isə Çəmbərəkəndə köçür. Kiçik Almaz 1914-15-ci illərdə Cənubi Azərbaycandan Bakı neft mədənlərinə işləməyə gəlmiş fəhlə uşaqları üçün İran hökuməti tərəfindən təşkil olunmuş "İttihad" məktəbində təhsil almağa başlayır. Bu məktəbdə dərslər həm Azərbaycan, həm də fars dilində keçirilirdi. Sonra Almaz İldırım 1925-ci ildə 18 yaşında Abdulla Şaiqin nümunə məktəbində təhsilini davam etdirir. Bu məktəbdə dərs deyən müəllimlər - A.Şaiq və Hüseyn Cavid olublar. Almaz İldırım A.Şaiq və Hüseyn Cavidlə daha çox yaxın ünsiyyətdə olub. Bu ədiblərlə ünsiyyətdə olmaq Almaz İldırımın gələcək həyatının formalaşmasında mühüm rol oynayıb. Almaz İldırım "İttihad" məktəbində oxuyarkən şeir yazmağa başlayıb elə o vaxtdan ciddi mövzular üzərində işləyib. Bu məktəbdə oxuyarkən Almaz İldırım Hüseyn Cavidlə, Əhməd Cavadla, Cəfər Cabbarlı kimi ədiblərlə tanış olub, onların əsərlərini dönə-dönə oxuyub. Əhməd Cavad incə ruhu, həssas qəlbi, alicənab davranışı ilə şairin diqqətini cəlb edib. Bu kimi xüsusiyyətlərə görə Almaz İldırım Əhməd Cavadı özünə ustad seçib. Bu ədiblərin sayəsində Almaz İldırım o illərdə fəaliyyət göstərən "Ədəbiyyat Cəmiyyəti"nin üzvü olub, məsul katib kimi fəaliyyət göstərib. Bu cəmiyyətdə tanınmış sənətkarlarla yanaşı, gənc şair və yazıçılar da yaxından iştirak edirdilər. 1926-cı ildə bu cəmiyyət öz fəaliyyətini dayandırır. Cəmiyyət öz adını dəyişdirib "Qızıl Qələmlər İttifaqı" adlandırır. Cəmiyyətin məcmuəsində Almaz İldırımın 6 şeiri "Hindli qız", "Nəriman", "Qərbə" dərc edilib. Almaz İldırım bu illərdə ali təhsil almağı da yaddan çıxarmır. Odur ki, 1927-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunur. Çox çəkmir ki, Almaz İldırımı bu ali təhsil ocağından xaric edirlər. Səbəbi də bu olur ki, guya, onun atası tacir imiş. Ancaq həqiqətdə isə şairin atası Əbdülməhəmməd kişi Çəmbərəkənddə kiçik alış- verişlə məşğul olmuş və ailəsini güclə dolandırırmış. Onu bu kənddə ancaq belə tanıyırmışlar. Ancaq Almaz İldırım bundan çox məyus olmasına baxmayaraq, yığıncaqlarda müzakirələrdə öz şeirləri ilə yenə çıxış edir. 1928-ci il Almaz İldırımı yeni təsis olunmuş "Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti"nə gətirib çıxarır.

Onun İstanbul şəhərində çıxan "Həyat" dərgisində "A dağlar", "Sevdiyim" şeirləri çap olunur. Almaz İldırım Hüseyn Cavid, Əhməd Cavad yolu keçmiş, C.Cabbarlı əsərlərindən faydalanmışdır. Onun şeirlərində Vətənə sevgi, ürəyini Vətənə açmaq üstünlük təşkil edir. Lap uşaqlıq vaxtından Almaz İldırım klassik ədəbi mənbələrə dərindən yiyələnmiş, xalq şeirini, onun incəliklərini sevmiş, poetik obrazlar yaratmışdır. Onun poeziyası çoxşaxəlidir. İstiqlal şairini duymayan, onun şeirləri xoşuna gəlməyən kommunist ideyaları vurğunları, onun kükrəyən ilhamından qorxanlar Almaz İldırımı təqiblərə məruz qoyur. Onu əvvəlcə Dağıstana, 2 ildən sonra isə Türkmənistana sürgün edirlər.

Almaz İldırım yaxşı bilirdi ki, bu cür işgəncələrlə, sürgünlərlə onu sındırmağa, əyməyə çalışırlar. Ancaq o nə sınır, nə əyilir, nə də əqidəsindən, məsləkindən dönürdü. Dağıstanda sürgündə olduğu vaxtda da qələmi ehtiyat bilmədən yazıb-yaradırdı. Şairi Dağıstanda da sakit buraxmır, izləyir, nə yazdığına, necə yazdığına göz qoyurdular. 1931-ci ildə 24 yaşında Dağıstandan Türküstana sürgün edilərkən "Əlvida, Bakı" adlı şeirində vətənə "can" dediyinə görə vətəndən qovulduğunu, ancaq vətənin "bu qurbana" acımadığını yana-yana, ürək ağrısıyla belə ifadə etmişdir:

Günahım "can" dedim, sana, qovuldum,
Acımadın bu qurbana, əlvida.


Təkcə bu iki misranın üstündə nə qədər düşünmək, nə qədər söz demək olar. Almaz İldırım bu şeirdə vətəndən niyə qovulduğunu açıb göstərir. Biz onun "öz günahını" yaxşı anladığını bütün şeirlərində hiss edirik. "A dağlar" şeiri də başdan-ayağa şairin "günahları"yla yoğrulmuşdur:

Of Bakı... bu ayrılıq mənə ölümdən ağır,
Aləmə bahar gəldi, sənə yağmur, qar yağır.
Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,
Bu boğulan səsimi varmı duyan, a dağlar?


Bu şeirdəki dağlar vətəniydi. Şair "dağlar" deyəndə vətəni nəzərdə tuturdu. "Aləmə bahar gəldi, sənə yağmur, qar yağır" misrasında açıq-aydın Azərbaycanın işğalına işarə vururdu.

Şeirlərində ifadə olunan millətçi ismarıclarına görə İldırım Dağıstana sürgün edilir. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. Bu dəfə Almaz İldırım Türkmənistana sürgün edilir. Almaz İldırım Türküstanda da havasını dəyişmir, qələmin ovxarını azaltmır. Türküstanda A.İldırımın hər addımını izləmək üçün Bakıdan Əkbər Ruhi adlı siyasi idarəyə işləyən bir "şair"ə xüsusi sifariş verilir. Sözsüz ki, Almaz İldırım bütün bunları gözəl başa düşürdü. O gözəl bilirdi ki, 37-ci il repressiyaları başlayan kimi ilkin olaraq "ət maşını"nın ağzına atılanlardan biri olacaq. Millətin bütün gözüaçıq, şüurlu və işıqlı ziyalılarını həmin "ət maşını" gözləyirdi. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır..." Bundan sonra Türkmənistanda qalmaq Almaz İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi arvadı Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin və kömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri mə�lumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almaz İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Sonralar bu ağrılardan əziyyət çəkir, Almaz İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almaz İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almaz İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı, müxtəlif ölkələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışmışdır. Burada bu ədiblər ona yazıb-yaratmağa bu cəfakeş şairə köməklik edirlər. Almaz İldırımın poeziyası yalnız doğma yurda, Azərbaycana aiddir. Özündən sonra İstiqlal şairi 4 övlad qoyub gedib. Şair dərd-bəlaya düçar olsa da, səadət, xoşbəxtlik duymasa da, çox böyük ürək sahibi idi. Azər, Araz, Otqan, Bakıxan adlı övladları olub. Azər adlı oğlu aldığımız məlumata əsasən, Türkiyədə tanınmış neft mütəxəssisidir. O həm də tanınmış şairdir. Otqan və Bakıxan da Türkiyədə yaşayırlar. İstiqlal şairi, möhkəm iradəli Almaz İldırım maddi çətinliklər içərisində yaşamasına baxmayaraq 7 şeir toplusu bizə miras qoyub, məzmunlu neçə-neçə məqalələr dərc etdirib. Haqlı olaraq Türkiyədə Almaz İldırımı həm də Türk şairi adlandırırlar.

45 yaşlı Almaz İldırım 1952-ci il yanvarın 14-də dünyadan köçür. Sevməkdən doymadığı, usanmadığı sevgili Vətənindən əbədi ayrılır, xoş güzəran keçirmədiyi qəmli qüssəli, işgəncəli dünyadan köç edir.

Xüsusi vurğulamaq istərdik ki, zərif və qüdrətli poeziya sahibi Almaz İldırımın 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Öz xalqını ürəkdən sevən, bütün çətinliklərə sinə gərən, lakin qəlbindəki İstiqlal işığını sönməyə qoymayan, daim poeziyamızda məşəl kimi işıq saçan mərd-mübariz Almaz İldırım irsi gənc nəslə daim örnək olacaqdır. Almaz İldırım məktəbi mərd mübarizlər məktəbidir. Bu məktəbdən gənc nəsil özü üçün nümunə götürməlidir.


Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb




loading...




SON XƏBƏRLƏR
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
Nigeriyada yaşayan azərbaycanlı xanım Afrikanın ən varlı adamına Azərbaycandan danışdı
İranın pilotsuz təyyarələri İŞİD-in mövqelərini darmadağın etdi - VİDEO
Soornbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib
Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”
Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan ciddi bir təşəbbüs gözləmir