Qarabag Media
Haqqımızda Əlaqə

Ba­kı icti­ma­iyyə­ti­ni sar­sıt­mış­ səsli-küylü qətl - ARAŞDIRMA

Tarix:4-01-2017, 10:13 Baxış Sayı:878 Kateqoriya:Manşet, Araşdırma

Ba­kı icti­ma­iyyə­ti­ni sar­sıt­mış­ səsli-küylü qətl - ARAŞDIRMA

Molla Ruhulla Axundov Allahdan qatillərinə cəza istəyib.

1913-cü il­də Ba­kı­da icti­ma­iyyə­tin diq­qə­ti­ni özünə cəlb et­miş bir ne­­çə məh­kə­mə pro­­se­si ke­çi­ri­lib. On­lar­dan bi­ri də "Hacı İma­mə­li" mə­sci­di­nin axun­du Mol­la Ru­hul­la Axun­do­vun qət­li ilə bağlı baş tu­tub. Mə­scid Ma­rin­ski və Ka­ran­tin küçə­lə­ri­nin (in­di­ki R.Rza və H.As­la­nov küçə­lə­ri - red.) kə­siş­mə­sin­də yer­lə­şir­di. Axund 1912-ci il yan­va­rın 16-da öz mən­zi­lin­də na­maz qı­lan za­man öl­dü­rülmüşdü. Ha­di­sə za­ma­nı onun 14 yaş­lı qı­zı Sə­fu­rə ev­də olub. O, il­kin is­tin­taq za­ma­nı qətldən ya­rım sa­at əv­vəl evə iki ki­şi­nin gir­diy­i­ni bil­di­rib. On­lar axun­d­la nə ha­q­da­sa söh­bət edibmiş. Atəş sə­si eşi­dən Sə­­fu­rə dər­hal ata­sı­nın ot­ağı­na qa­çıb və axun­du diz­lə­ri üstə ot­ur­muş və­ziyyət­də görüb. Mol­la Ru­hul­la Axun­do­vun ölümündən əv­vəl de­diyi son cümlə be­lə olub: "Al­lah bə­­­la­nı­zı ver­sin"!

Elmli mo­lla

Mol­la Ru­hul­la Axun­dov çox elm­li din xa­di­mi olub. O, təx­mi­nən, 20 il İra­nın müxtə­lif di­ni təh­sil mər­kəz­lə­rin­də oxuy­ub. Di­ni fa­na­tiz­mə qar­şı olan Axun­dov maa­rif­çi­liyi təb­liğ edir­di. İcti­ma­iyyət ara­­sın­da o, müsəl­man ruha­ni­lə­ri­nin ən mütə­rəq­qi nümay­ən­də­lə­rin­dən bi­ri ki­mi ta­nı­nıb. O, hər za­man fa­na­tik­lə­ri tən­qid edir, ca­hil mol­la­la­rın İs­la­mı yan­lış şərh et­mə­si­nə qar­­şı çı­xır, di­ni xura­fa­tı, müsəl­man həy­a­tı­nın qa­ran­lıq tə­rə­f­lə­ri­ni if­şa edir­di. Pri­xod mol­la­sı olan Ru­hul­la Axun­dov Ba­kı­nın rus-ta­tar mək­təb­lə­rin­də dərs də dey­ir­di. O, cə­miyyə­tin ma­a­ri­f­lən­mə­si­ni, qa­dın­la­rın azad­lığı­nı təb­liğ edir­di.

Mol­la Ru­hul­la Axun­dov tez-tez Azər­baycan nəşrlə­ri­nin sə­hi­fə­lə­rin­də çı­xış edir­di və bu, o dövrün din xa­dim­lə­ri üçün na­dir hal idi. Axun­dov fars və ərəb dillərin­də ya­zıl­mış ki­tab­la­rı Azər­baycan di­li­nə tərcümə edir, on­la­rı o qə­dər də ge­niş ol­may­an im­kan­la­rı he­sa­bı­na nəşr et­di­rir və əha­liyə pay­layır­dı. Axund Hacı Zey­na­la­b­din Tağıy­e­vin bi­oqra­fiyası­nın müəl­li­fi ki­mi də ta­nı­nır­dı. Hə­min ki­tab 1903-cü il­də Ba­kı­da işıq üzü görmüşdü.

Axun­do­vun qət­li bütün Ba­kı icti­ma­iyyə­ti­ni sar­sıt­mış­dı. Özü də ha­di­sə­dən sar­sı­lan­lar heç də yal­nız mü­səl­­man­lar dey­il­di. Mol­la Ru­ha­ni­nin dəfn mə­ra­si­min­də 10 min­dən ar­tıq in­san iş­ti­rak edir­di. On­la­rın ara­sın­da qra­do­na­çal­nik Mar­tı­nov, po­li­smey­s­ter Na­zan­ski, şə­hə­rin rəh­bə­ri Ray­ev­ski, İra­nın kon­su­lu, müəl­lim­lər, ziy­a­lı­lar, baş­da H.Z.Tağıy­ev ol­maq­la, xey­­­riyyə cə­miyyət­lə­ri­nin nü­may­ən­də­­lə­ri də var idi. Ma­təm yürü­şü Şə­hər Du­ma­sı­nın bi­na­sı qar­şı­sın­da (in­di­ki Ba­kı Şəhər İcra Ha­ki­miyyə­ti - red.) da­y­a­nıb. Bu­ra­da Ba­kı qazisi Mir­­mə­həm­məd Kə­rim Mircə­fər­za­də na­maz qı­lıb, da­ha so­nra ma­təm mi­tin­qi ke­çi­ri­lib. Mi­tin­q­də ziy­a­lı­lar adın­­dan Əli­mər­­dan bəy Top­çu­ba­şov çı­xış edib.

Mol­la Ru­hul­la Axun­do­vun qət­li ilə bağlı ci­nay­ət işi­nə Ti­f­li­s­dən gəl­miş ha­kim­lər­dən iba­rət da­i­rə-hər­bi məh­kə­mə­si ba­xır­dı. Pro­ses İçə­ri­şə­hər­də ke­çi­ri­lir­di. Qə­zet­lə­rin yaz­dığı­na gö­rə, ke­ç­miş Du­ma mey­da­nı (ha­zırkı Gənclər mey­da­nı - red.) in­san küt­lə­si ilə do­lu olur, qa­la qa­pı­la­rı isə at­lı po­lis də­s­tə­lə­ri tə­rə­fin­dən cid­­di müha­fi­zə al­tın­da sax­la­nı­lır­dı.

Müttə­him­lə­ri məh­kə­məyə gə­ti­rən və pro­ses za­ma­nı müha­fi­zə edən kon­voy­lar da güclən­di­ril­miş re­jim­də iş­ləy­ir­di­lər.

Bu cür cid­di ehtiy­at təd­bir­lə­ri­nin görülmə­si ba­şadüşülən idi. Müttə­him­­lər kürsüsündə məş­hur qo­çu, Nov­­xa­nı kən­di­nin sa­ki­ni Hacı Mə­şə­di Hacı oğlu və onun əlal­tı­la­rı əy­ləş­miş­di­lər. İl­kin is­tin­ta­qa ifa­də ver­miş, da­ha so­nra isə məh­kə­mə­də şa­hid ki­mi çı­xış edən şəx­slər onun Ru­hul­la Axun­do­va ni­f­rət et­diy­i­ni tə­s­diq­ləy­ir­di­lər. Bu ni­f­rə­tin sə­bə­bi­ni isə məh­kə­mə­də müsəl­man icti­mai xa­di­mi, və­kil Mu­s­ta­fa bəy Əli­bəy­ov de­tal­la­rı­na­dək da­nış­mış­dı.

Həl­le­dici şi­kay­ət

Onun söz­lə­ri­nə gö­rə, 1906-cı il­də bə­zi ta­nın­mış müsəl­man­lar Ba­kı­da "Hi­day­ət" cə­miyyə­ti­ni ya­ra­dıb­lar. Cə­miyyə­tin məq­sə­di qətl, pul əl­də et­mək məq­sə­di­lə in­san oğur­luğu və di­g­ər ci­nay­ət­lə­ri həy­a­ta ke­çi­rən­lə­rin tə­qib edil­mə­si idi. Onun rəh­bər­liy­in­də həm mülki şəx­slər, həm də ru­ha­ni­lər yer alır­dı. Mol­la Ru­hul­la Axun­dov da on­lar­dan bi­ri idi. Ba­kı qazisi Mir­mə­həm­məd Kə­rim Mircə­fər­za­də cə­miyyə­tin sə­d­ri se­çil­miş­di. "Hi­da-y­ət"in İda­rə Hey­ə­tin­də Hacı Zey­na­la­b­din Tağıy­e­vin ol­ma­sı, İsa bəy Mu­s­­ta­fa bəy Əli­bəy­o­vun isə əv­vəlcə qu­­ru­mun ka­ti­bi, so­nra­dan isə və­kil po­s­­tu­nu tut­ma­sı cə­miyyə­tin nüfu­zun­dan xə­bər ve­rir­di.

Mu­s­ta­fa bəy Əli­bəy­ov məh­kə­mə­də da­nı­şır­dı ki, "Hi­day­ət" cə­miyyə­ti­nin tə­sis olun­ma­sı rə­s­mi da­i­rə­lər tə­rə­fin­dən müsbət qar­şı­lan­mış­dı: "1903-1905-ci il­lər­də qətllər, ta­lan­lar, qan­lı qi­sas­lar o də­rəcə­də təhlü­kə­li həd­də çat­mış­dı ki, müsəl­man icti­­ma­iyyə­ti po­li­slə bir­lik­də bu hal­la­ra qar­şı müba­ri­zə apar­maq ha­q­da düşünməyə baş­la­mış­dı. Çünki bu və­ziyyət əha­li­nin mə­nə­vi və tə­sərrüfat ba­xı­mın­dan tam in­ti­zam­sız ha­la gəl­mə­si­nə yol açır­dı. Biz ya­ran­mış və­ziyyə­ti müza­ki­rə et­mək üçün mə­sci­də top­la­şır­dıq. Hər kə­sin səbir ka­sa­sı ar­tıq dol­muş­du. Nə­hay­ət, müsəl­man əha­li ara­sın­da­kı şər ele­men­t­lər­lə müba­ri­zə­nin apa­rıl­ma­sı üçün cə­miyyə­tin ya­ra­dıl­ma­sı qə­ra­rı­na gəl­dik. Ona ərəb di­lin­dən tərcümə­də "xi­­las" mə­na­sı ve­rən "Hi­day­ət" adı qo­y­ul­du. Cə­miyyət fə­a­liyyə­tə baş­lar-baş­la­maz ona qo­çu­la­rın əməl­lə­rin­dən çox­say­lı şi­kay­ət­lər gəl­məyə baş­la­dı. Ge­ne­ral-qu­ber­na­tor Fa­dey­e­vin si­ma­sın­da ad­mi­ni­s­t­ra­siya cə­miyyə­tin və­zi­fə və məq­səd­lə­ri­nə müs­bət ya­na­şır­dı. Müsəl­man­la­rın ci­nay­ət­lə­ri ilə bağlı bütün şi­kay­ət­lər rəy ve­ril­mə­si üçün cə­miyyə­tə gön­də­­ri­lir­di. Fa­dey­ev bi­zim rəy­lə­ri­miz­lə he­sab­la­şır­dı".

M. Əli­bəy­ov məh­kə­mə­də­ki çı­xı­şın­da 1906-cı il noy­a­b­rın əv­vəl­lə­rin­də "Hi­day­ət" cə­miyyə­ti­nə Nov­xa­nı kən­di­nin bir qrup sa­ki­ni tə­rə­fin­dən də şi­kay­ət gəl­diy­i­ni bil­di­rib. On­lar "Hacı Mə­şə­di Hacı oğlun­dan xi­las olun­ma­la­rı­nı" is­təy­ir, qo­çu­nun kənd sa­kin­lə­ri­nə qar­şı ter­ror həy­a­ta ke­çir­diy­i­ni bil­di­rir­di­lər. Şi­kay­ət mək­tu­bun­da Hacı Mə­şə­di­nin çox­say­lı qətl­lər tö­rət­miş də­s­tə­nin ba­şın­da day­an­dığı qeyd olu­nur­du. Nov­xa­nılılar ey­ni məz­mun­lu şi­kay­ə­ti döv­lət qu­rum­la­rı­na, mə­sə­lən, Ba­kı ge­ne­ral-qu­ber­na­tor­luğu­na da gön­də­rib­mişlər.

Cə­miyyə­tin İda­rə Hey­ə­ti mə­sə­lə­nin araş­dı­rıl­ma­sı­nı Nov­xa­nı sa­kin­lə­ri­ni yax­şı ta­nıy­an Mol­la Ru­hul­la Axun­­do­va tap­şı­rır. Onun nov­xa­nı­lı­la­­rı yax­şı ta­nı­ma­sı bu kənd­də bağ evi­­nin ol­ma­sı ilə bağlı idi. Axun­do­vun araş­dır­ma­sı kəndlilə­rin şi­kay­ə­ti­nin əsas­lı ol­duğu­nu üzə çı­xa­rır və o, və­ziyyət­lə bağlı ət­ra­f­lı mə­ru­zə ha­zır­layır. Mə­ru­zə­ni müza­ki­rə edən "Hi­day­ət" cə­miyyə­ti Hacı Mə­şə­di Hacı oğlu­nun Qaf­qaz əra­zi­sin­dən çı­xa­rıl­ma­sı­na da­ir əri­zə ha­zır­lan­ma­sı qə­ra­rı­na gə­lir. M.Əli­bəy­o­vun söz­lə­ri­nə gö­rə, məhz bun­dan so­nra qo­çu­da Axun­do­va qar­şı ni­f­rət ya­ra­nır və o, Mol­la Ru­hul­la­nı öldürmək qə­ra­rı­na gə­lir. Əli­bəy­ov ifa­də­sin­də bil­di­rir­di ki, o vaxtdan də­fə­lər­lə na­mə­lum şəx­slər Mol­la Ru­hul­la Axun­do­vun ya­nı­na gə­lə­rək, Hacı Mə­şə­di Ha­cı oğlun­dan onun öldürülmə­si­nə da­ir tək­lif al­dıq­la­rı­nı, la­kin bun­dan im­ti­na et­dik­lə­ri­ni bil­di­rir­mişlər. Xu­da­ver­di ad­lı şa­hid­lər­dən bi­ri məh­kə­məyə ver­diyi ifa­də­də Axun­dun ölü­mü­nə gö­rə ona 300 rubl müka­fat vəd olun­duğu­nu eti­raf edib. Axun­du öl­dürmək­dən im­ti­na et­miş da­ha bir şa­­hid isə Hacı Mə­şə­di tə­rə­fin­dən pul oğur­luğun­da təq­sir­lən­di­ri­lə­rək həb­sə atı­lıb­mış.

Bir müddət so­nra "Hi­day­ət" cə­miyyə­ti­nin qə­ra­rı təy­i­na­tı üzrə gön­də­ril­sə də, nə­ticə əl­də olun­mur. So­n­ra­dan məh­kə­mə­də mə­lum olub ki, Hacı Mə­şə­di­nin rə­s­mi şəx­slə­rin ya­nın­da böyük nüfu­zu var imiş. Ba­kı qə­za­sı­nın rə­i­si La­za­rev məh­kə­mə­də Hacı Mə­şə­di­nin po­lis əmək­da­şı ol­duğu və ona xey­li kö­mək et­diy­i­ni bil­­di­rib. Ad­mi­ni­s­t­ra­siy­a­nın qə­ra­rı­na əsa­­sən, Hacı Mə­şə­diyə si­lah da ve­ri­lib­miş. La­ze­rev ötən dövr ər­zin­də Hacı Mə­şə­di­nin əməl­lə­rin­də pis heç nə gör­mə­dik­lə­ri­ni, hət­ta onun Xa­lıq ad­lı məş­hur ci­nay­ət­ka­rın ələ ke­çi­ril­mə­si­nə kö­mək­lik gö­s­tər­diy­i­ni də söy­ləy­ib: "Tə­əssüf ki, qul­dur şə­hər və mə­həl­lə nə­za­rət­çi­lə­ri­nin əlin­dən çı­xa­raq qa­ç­mağa na­il olub".

Pri­stav pol­kov­nik Pol­to­rat­ski də Hacı Mə­şə­di ha­q­da müsbət ifa­də ve­rib, onu "ci­nay­ət­kar­la­rın ax­ta­rı­şın­da po­­lis üçün qiy­mət­li kö­mək­çi" ad­lan­dı­rıb.

Pol­kov­nik-ley­te­nant Mar­tı­no­vun Ba­kı qra­do­na­çal­ni­ki təy­in olun­ma­sı ilə və­ziyyət dəy­i­şib. "Hi­day­ət" cə­miyyə­ti­nin müraci­ə­ti əsa­sın­da Hacı Mə­şə­di Hacı oğlu və qar­da­şı Əli­ba­ba 1909-cu ilin de­ka­b­rın­da həbs edi­lib­lər. 1911-ci iln yan­va­rın 23-də qə­­bul edil­miş qə­rar isə on­la­rın Ba­kı­da ya­şa­ma­la­rını qa­dağan edib. Nə­ticə­də, on­lar söz­üg­e­dən əra­ziyə da­xil ol­may­an Hökməli kən­din­də ya­şa­mağa baş­layıb­lar.

İs­tin­taq Mol­la Ru­hul­la Axun­do­vun sə­nəd­lə­ri ara­sın­da onun qra­do­na­çal­ni­kə yaz­dığı müraci­ə­tin qa­ra­la­ma va­ri­an­tı­nı tap­mış­dı. Ora­da Hacı Mə­şə­di­nin ci­nay­ət­kar əməl­lə­rin­dən bəhs olu­nur­du. Axund müraci­ə­ti­nin so­nun­da ya­zır­dı: "Si­zə bu ha­q­da mə­lu­mat ver­mək­lə, si­zi mə­sə­lə­ni araş­dır­mağa çağır­mı­ram. Çünki şa­hid­lər­dən heç bi­ri qor­xu­sun­dan heç nə da­nış­may­acaq. Yal­nız bir şeyi de­mək is­­təy­i­rəm ki, mə­nim on­dan və onun adam­la­rın­dan baş­qa düşmə­nim yox­dur. Mə­nim və ya öv­lad­la­rı­mın qət­lə ye­ti­ri­ləcək­lə­ri tə­q­dir­də, yal­nız onu gü­nah­kar say­ma­nı­zı xa­hiş edi­rəm. Ümid edi­rəm ki, mə­nə ina­na­caq­sı­nız". İs­tin­taq­çı­lar mək­tu­bun ori­ji­­na­lı­nı qra­do­na­çal­ni­kin dəf­tər­xa­na­sın­dan ta­pıb­lar.

Məh­kə­mə­də ci­nay­ət­ka­rı Ba­kı­nın ta­nın­mış və­kil­lə­ri - knyaz Ba­ra­tov, Ma­­ka­lin­ski, Le­on­to­viç və Klank mü­da­­fiə edir­di­lər. La­kin on­lar müttə­him­­lə­rin gü­nah­sız­lığı­nı sübu­ta ye­ti­rə bil­mə­di­lər. Nə­ticə­də, Hacı Mə­şə­di Ha­cı oğlu və üç əlal­tı­sı ba­rə­sin­də hər bi­­ri 20 il müddə­ti­nə sürgün qə­ra­rı çı­xa­rıl­dı.

Mirabbas MƏMMƏDOV

SON XƏBƏRLƏR
"BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ!"
"MQSİPHK" İctimai Birliyi Ağcabədi rayonunda tədbir keçirəcək
Tramp Səudiyyə Ərəbistanına yola düşüb
Yasəmən - ayrılığın adı
Boksçularımız İslamiadanı 7 medalla başa vurdu
ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar
Mirşahinin qardaşı həbs edildi
Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
"Surət Hüseynov demişdi ki, Laçını alsaq Elçibəyi devirə bilməyəcəm" - Sabiq qərargah rəisindən şok açıqlamalar
Azərbaycanın futbol üzrə milli komandası finala yüksəlib
25 ildir Laçını yuxularda görürük...
Azərbaycanın milli avtomobil brendinin dizaynı hazırlandı – FOTO
Laçının işğalından 25 il ötür
Ölümün ən gözəli də sənin oldu - Şəhid Milli Qəhrəmanımız yubiley yaşında...
Üzeyir bəyi sintezator çalmağa məcbur edənlər
And içdik ki, komandiri güllələyək
Ötərxan Eltac: TƏCİLİ ŞUŞANI QAYTAR, YOXSA...
Azərbaycan əhalisinin sayı açıqlanıb
Ərdoğan: “Türkiyə PYD/YPG-nin maraqlarını heç vaxt nəzərə almayacaq”
Prezident İlham Əliyev AXC-nin 100 illiyi ilə bağlı sərəncam imzaladı
Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan
Azərbaycanı xaricdə necə tanıtmalı?
Bahar Muradova Zahid Oruca səsləndi: Bəlkə imkan verəsən danışaq?!
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki təkbaşına vasitəcilyindən də imtina etməliyik" – Politoloq
Şəhid Məzahir Bayramovun doğum günüdür
İdmançımız dördüncü qızıl medalını qazandı
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO
Avropada Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlıq güclənir
Laçının işğalı ilə bağlı həqiqətlər - Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)
Yetimliyimizin 25 ili tamam olur!