İraqın devrilmiş lideri Səddam Hüseynin nəvəsi 33 yaşlı Məsud Torun İrandan gəlmiş qruplaşmaların Mosula girişinə izin verilməyəcəyini, bu şəhərə ancaq Türkiyənin girməyə ixtiyarının olduğunu deyib.
Karabakhmedia.az Avropa.info-a istinadən xəbər verir ki, keçən ay Türkiyənin Muğla şəhərində motosiklet qəzasında xəsarət alan və adı gizli saxlanılan xəstəxanada müalicəsi davam edən Məsud Torun, babası Səddam Hüseynin ölüm ildönümü münasibətilə bəyanat verib. O, bəyanatında Səddam Hüseyni xaçlı ordularına qarşı İslam ümməti üçün həyatını vermiş “şəhid” adlandırıb.
“ABŞ və onun rəhbərliyi altındakı işğal qüvvələrinin Bağdaddakı məzhəbçi kukla hökumətlərini tanımırıq. İran və onun dəstəklədiyi qrupların Mosula girişinə icazəsi verilməyəcəkdir. Yalnız Türkiyə əsgəri Mosula girmə hüququna malikdir. Yaşasın İraq, yaşasın Fələstin və Yaşasın Türkiyə” deyə Səddam Hüseynin nəvəsi bəyanatında qeyd edib.
Xatırladaq ki, Məsud Torunun anası Sevim Torun 2010-ci ilin dekabrında İstanbulda 52 yaşında vəfat edib.
Karabakhmedia.az