Qarabag Media
Haqqımızda Əlaqə

Hərbi ekspert: “Ermənilər bizi 2 dəfə çox itkilərə məruz qoyduqları təəsuratını yaradırlar”


Tarix:31-12-2016, 09:26 Kateqoriya:Manşet / Qarabağ

Hərbi ekspert: “Ermənilər bizi 2 dəfə çox itkilərə məruz qoyduqları təəsuratını yaradırlar”“Son günlər cəbhə və sərhəd xəttində baş vermiş toqquşmalarda tərəflərin itkilər sayı barədə həmişəki kimi ziddiyətli məlumatlar yayılır. Bu zaman erməni mənbələrinin bizdən daha çevik olması ayrıca müzakirəyə ehtiyacı olan geniş aktual mövzudur. Burada toxunmaq istədiyim məsələ düşmənin yaydığı məlumatlarda göstərdiyi bizim itki “sayın” necə, hansı “məntiqin” əsasında əmələ gəlməsidir”.

Karabakhmedia.az-ın məlumatına görə, bunu hərbi ekspert Nazim Bayramov bildirib.

Ekspertin sözlərinə görə, 29 dekabr toqquşmasında ermənilər 3 nəfər itki verib. Azərbaycanın itkiləri barədə “7-ə qədər” ifadəsini işlədirlər: “Biz bir nəfər itki vermişdik. Formal cəhətdən 1 də “7-ə qədər”dir. Ona görə sanki erməni yalan danışmır. Ancaq itki sayının “yuxarı” həddini 7 göstərməklə, bizi 2 dəfə çox itkilərə məruz qoyduqları təəsuratını yaradırlar”.

N.Bayramov qeyd edib ki, hərbi nəzəriyəyə görə hücum edən tərəf müdafiə olunandan sayca azı 3 dəfə çox olmalıdır və hücumda olan tərəf müdafiə olunandan 2-3 dəfə çox itki verə bilər: “Söhbət genişmiqyaslı əməliyatlardan gedir. Xüsusi və kəşfiyat əməliyatlarında və bənzər xarakterli toqquşmalarda itki sayının hesablanmasında klassik nisbətin tətbiqi qeyri-korrektdir.

Lakin erməni hərbi rəhbərliyi daim Azərbaycanı hücum tərəfi kimi təqdim etməklə, öz faktiki itki saylarını, çox düşünmədən, 2-yə, 3-ə vurub, bu yolla bizim itki sayımızı “çıxarıb”, erməni cəmiyətini ordunun gücünə inandırmağa və sakitləşdirməyə çalışır”.

Ekspert onu da qeyd edib ki, erməni “hesablaması” nəticəsində alınan rəqəmlər eyni zamanda onların real itkiləri barədə dolayı informasiya mənbəyidir. Qarabağ müharibəsi zamanı düşmən itkiləri barəsində “əks-hesablama” yolu ilə gəlinən qənaətlər, sonra başqa yollarla da təsdiqlənib./AzeriDefence/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..