Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda rəqəmsal reseptlər tətbiq olunacaq


Tarix:30-12-2016, 22:51 Baxış Sayı:242 Kateqoriya:Manşet / Tibb

Azərbaycanda rəqəmsal reseptlər tətbiq olunacaq

Azərbaycanda rəqəmsal resept sisteminin tətbiqi planlaşdırılır. “Report" xəbər verir ki, bu, Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Sənədə əsasən, rəqəmsal resept sisteminin tətbiqi nəticəsində mövcud vəziyyəti əsaslı şəkildə dəyişmək mümkün olacaq: “Hazırda həkimlər tərəfindən reseptlər əl ilə yazılmaqla, kağız daşıyıcılarda təqdim olunur. Bundan əlavə, həkimlər yazdıqları reseptlərin sayı və növünü özündə əks etdirən hesabat hazırlayırlar. Pasiyent kağız resepti əczaçıya təqdim edir və əczaçı resepti öz məlumat sisteminə daxil etdikdən sonra müvafiq dərmanları təqdim edir. Pasiyentlər əl ilə yazılmış kağız resepti itirdikləri və ya bu reseptlər yararsız hala düşdüyü hallarda, öz həkimləri ilə yenidən görüş təyin etmək məcburiyyətində qalırlar”.
Qeyd olunub ki, rəqəmsal resept sisteminin tətbiqi məqsədilə elektron səhiyyə proqramı çərçivəsində rəqəmsal resept standartları işlənib hazırlanacaq. Sənədə əsasən, rəqəmsal resept sisteminə bütün əczaçılıq və tibb müəssisələrinin inteqrasiyası təmin ediləcək, həkimlər pasiyentin unikal elektron identifikasiya nömrəsinə uyğun rəqəmsal resept tərtib edərək, mərkəzi elektron tibbi uçot sisteminin yaddaşına ötürəcəklər: “Pasiyent tərəfindən istənilən əczaçıya müraciət edilərək, şəxsiyyət vəsiqəsi və ya rəqəmsal resept nömrəsi təqdim edilməklə və əczaçı tərəfindən həmin məlumatlar rəqəmsal resept sistemində yoxlanılmaqla, tələb edilən dərman ləvazimatları əldə ediləcək”.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
Nigeriyada yaşayan azərbaycanlı xanım Afrikanın ən varlı adamına Azərbaycandan danışdı
İranın pilotsuz təyyarələri İŞİD-in mövqelərini darmadağın etdi - VİDEO
Soornbay Jeenbekov Qırğızıstanın yeni prezidenti seçilib
Milli Ordumuzun ilk “Qarabağ əməliyyatı”
Rəsmi Bakı ATƏT-in Minsk Qrupundan ciddi bir təşəbbüs gözləmir
Uşaqlarımızı Aşuradan yox, mənəviyyatsızlıqdan qoruyaq!..
İstanbulda uzun gecə...
Müşviq Mədətovun həyatına yeni sui-qəsd təhlükəsi? – TƏFƏRRÜATLAR
Rəsulzadə dövlətimizə Azərbaycan adını verməklə, böyük Türk dövlətinin qurulmasını hədəfləmişdir
Xızıda 243 partlamamış hərbi sursat tapılıb
Əliağa Vahidin Mircəfər Bağırova yazdığı məktub - ARAŞDIRMA
ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək
Gecələdiyi avtobusda ölüsü tapılan aktyor - FOTOLAR
Türklərin döyüş fəlsəfəsi - onlar niyə, nə üçün savaşarlar? - ARAŞDIRMA
Hökməli kəndində “Sufi Həmid” qədəmgahları
Azərbaycan alimi Qazaxıstanda keçiriləcək 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb
"Ermənilər alçaq və rəzil bir qul tayfasıdı" - Professor Ələddin Allahverdiyev
Terrorizm - dünyaya bəxş edilən “demokratiya”
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi