Qarabag Media
Haqqımızda Əlaqə

Qarabağda irimiqyaslı müharibə olacaq - ABŞ-ın proqnozu


Tarix:30-12-2016, 17:52 Baxış Sayı:2358 Kateqoriya:Manşet / Qarabağ

Qarabağda irimiqyaslı müharibə olacaq - ABŞ-ın proqnozu

ABŞ-ın nüfuzlu strateji beyin mərkəzlərindən biri 2017-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibə olacağı barədə proqnoz verib.

Karabakhmedia.az xəbər verir ki, "Foreign Affairs" jurnalını dərc edən Beynəlxalq Münasibətlər üzrə Şura CFR-in himayəsi altında çalışan "Centre for Preventive Action" (CPA) analitik mərkəzində Pol Sterzin rəhbərliyi altında çalışan analitiklər qrupu ABŞ üçün önəmli 30 beynəlxalq münaqişə üzrə məruzə hazırlanıb. Analitik qrup məruzəni hazırlamaq üçün 7 min dövlət məmuruna, beynəlxalq münasibətlər üzrə ekspertə sorğu məktubu göndərib və 500-ə yaxın cavab alıb.

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan pokovnik-leytenant Üzeyir Cəfərov İstiPress-ə müsahibəsində CPA-nın bu proqnozuna inanmadığını bildirib: "Bu mərkəzin Dağlıq Qarabağ üzrə açıqlaması daha çox siyasi məqsəd güdür. Həm də oturub yaranmış şərait üzərində proqnoz verirlər. Yəni münaqişə uzanır və hər an kiçik toqquşma böyük müharibəyə çevrilə bilər".

Amma bununla belə Üzeyir Cəfərov 2017-ci ildə müharibə olacağına inanmır: "Gələn il bizdə bir sıra beynəlxalq mədəni tədbirlər gözlənilir. Buna görə də Azərbaycanın bu tədbirlər fonunda müharibəyə başlayacağı inandırıcı gəlmir. Təbii ki, ermənilər hər hansı təxribata əl atarsa, Azərbaycan əlində olan imkanlar hesabına düşməni susduracaq".

"Azərbaycan məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir".

"İstər ABŞ, istər Rusiya olsun, münaqişənin həllində vasitəçilik edən tərəflər, hələ ki, onun həllini istəmirlər. Həm Amerikanın dövlət katibi Con Kerri, həm də Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç bu yaxınlarda çıxış edərək Qarabağ münaqişəsinin həllindən danışmağın hələ tez olduğunu vurğulayıblar. Yəni bu qüvvələr Azərbaycanın hərb yolu ilə öz ərazi bütövlüyünü təmin etməyə hər vəchlə mane olacaqlar", - deyə Üzeyir Cəfərov vurğulayıb.

Lakin Üzeyir Cəfərov Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün müharibədən başqa yol görmür: "Ola bilər ki, beynəlxalq güclər münaqişənin həllini uzadaraq bizi işğal faktı ilə barışdırmağa çalışırlar. Yəni bir 20 ildən sonra deyərlər ki, de-fakto siz Qarabağa nəzarət edə bilmirsiniz, buna görə de-yuro da işğal faktını tanımalısınız. Amma Azərbaycan bu anı gözləməməlidir, məqamı gələn kimi öz ərazilərini işğaldan azad etməlidir".

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”
Şeyxin qudasının oğluna 4 il iş istədilər
Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü
Putin: Saakaşvili ukraynalıların üzündə tüpürcəkdir
Azərbaycanda xarici kəşfiyyatla əlaqə... - DSX
Netanyahudan İstanbuldakı Qüds qərarına - Reaksiya
Akop Badalyan: "Ermənistan kağız üzərində suveren dövlətdir"
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
“Zərrab 2”: ABŞ daha bir türk iş adamını həbs etdi
Putin qocalıqdan şikayətləndi - Babay...
AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur
Müğənni Fədayə Məmmədova həbsdə qaldı - Yenilənib
İsrail qırıcıları Qəzzanı bombaladı
Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”
İstanbuldakı ermənilər və nə qədər gec deyil...
Türkiyə parlamentində dava - Foto
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video
Bu qərarlar İsraili məhv edə bilər - Siyahı