Qarabag Media
Haqqımızda Əlaqə

Unutmayaq ki, unudulmayaq...


Tarix:11-03-2019, 14:44 Kateqoriya:Laçın yurdu

Unutmayaq ki, unudulmayaq...Laçın rayonu özünün elm adamları, ziyalıları, qəhrəmanları ilə də tanınmışdır. Onlar on il, yüz il keçməsinə baxmayaraq yaddaşlarda daim xatırlanır, həmişə hörmətlə yad edilirlər. Belə ziyallarlardan biri də Cavad Heydərovdur.

Cavad Meydan oğlu Heydərov, 1929-cu ilin dekabr ayının 14-də Azərbaycan Respublikası Laçın rayonunun Əhmədli kəndində kəndli ailəsində anadan olub. 1938-ci ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Vağədi kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1945-ci ildə həmin orta məktəbin yeddinci sinfini əla qiymətlərlə bitirmişdur. 1945 ci ildə indiki Füzuli rayondakı pedaqoji texnikumuna qəbul olmuş, 1949 cü ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirmişdir.

1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun baytarlıq fakültəsinə qəbul olmuş və 1954-cü ildə həmin institutu baytar həkimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1954-1956-cı illərdə Laçın rayonunun Minkənd kəndindəki baytarlıq məntəqisinin müdiri, 1957-1958-ci illərdə Laçın rayonunun baş baytar həkimi vəzifələrində çalışmışdır.

1959-1961-ci illərdə Laçın rayon Partiya Komitəsinin katibi vəzifəsinə seçilmiş, 1962-1976-cı illərdə Laçın rayon kənd təsərrüfatı idarəsinin rəisi, 1977-1981-ci illərdə Laçın rayonu Qarıkaha kəndindəki N. Nərimanov adına sovxozun direktoru, 1982-ci ildən 1988-ci ilin may ayına kimi isə rayonun baş tədarük müfəttişi vəzifələrində çalışmışdlr.1959-1979-cu illərdə Laçın rayon Partiya Komitəsinin üzvü və büro üzvü, 1960-1984-cü illərdə isə Laçın rayon Sovetinin deputatı seçilmişdir.

Azərbaycan Kommunist Partiyasının qurultaylarına nümayəndə kimi iştirak etmişdir.

C. Heydərov savadlı kənd təsərrüfatı mütəxəsisi, bacarıqlı təşkilatçı, səmimi və mehriban insan kimi rayon ictimaiyyəti arasında böyük nüfuz qazanmışdır. Rayonun kənd təsərrüfatının inkişafında onun xidmətləri danılmazdır. Onun kənd təsərrüfatı idarəsinin rəisi olduğu dövrdə Laçın rayonu respublikanın ən iri heyvandarlıq rayonundan birinə çevrilmiş, rayon tarixində ilk dəfə təsərrüfatlarda qaramalın sayı 18 min başa, qoyunların sayı isə 130 min başa çatdırılmışdır.

Ailəli olub, 6 uşaq atasıdır.

C. Heydərov 1988-ci ilin may ayının 27-də Laçın şəhərində vəfat etmişdir.

...Mən, rəhmətliklə çox yoldaşlıq etmişəm, ən çox da rayonun təsərrüfatlarına təhkimçi olanda səmimiyyətimiz yaranıb.
Çox iş bilən adam idi, rayonu bütövlükdə yaxşı tanıyırdı.

Bir dəfə Ağcabədi qış yataqlarına təhkim olunmuşduq. "Taxta körpü"dən başlayaraq səfərə çıxdıq, axşam qaranlıq düşməmiş "Şirin qum" tərəfdən kanalın üstündəki dar körpüdən keçib, həmin istiqamətdə olan yataqları gəzdik, camaatla görüşdük, qoyunların saxlanma şəraiti ilə tanış olduq, C. Heydərov və digər mütəxəsislərlə birgə məsləhətlər və tapşırıqlar verdik...

Gecənin qaranlığında maşınımızın işıqları xarab oldu, çox çətinliklə yavaş-yavaş irəlilədik ki, bir yatağa çataq. Gecənin yarısından keçmişdi, harada olduğumuzu, hansı yatağa yaxınlaşdığımızı bilmirdik, istiqaməti tamam itirmişdik. Heç yadımdan çıxmır Cavad həkim maşını saxlatdırıb, yerə düşdü, yerdən çiçək və ot qoparıb, baxdı və dedi ki, bura Hacılar yatağıdır...

Allah rəhmət eləsin!

Qəzənfər HÜSEYNOV
"Xəyallarda qalan Laçın" xatirə-gündəliyindən










SON XƏBƏRLƏR
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məslunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI
Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib
Yunanıstanda ilk dəfə qadın Prezident seçildi
“Şəhərin qış gecələri”nin premyerası oldu
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Aİ-nin səfiri: “Ümid edirik ki, Azərbaycanla tərəfdaşlıq sazişini imzalayacağıq”
Ermənilərin Qarabağda yeni EKOLOJİ TERRORU – Tərtər çayı qurumağa başlayıb
Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür
"Cənab Prezident həmişə gənclərə önəm verib" - Fərid Məmmədov
Həzi Aslanov üçün qurulmuş tələ — Generalın sonuncu FOTOSU
AŞPA nümayəndə heyəti Azərbaycanda səfərdədir
Bakıya gətirilən yeni qatarlardan biri istifadəyə verilib
Ruhi xəstəni öldürüb yol kənarına atdılar – Abşeronda şok olay
Bakıda daha bir metrostansiya tikilir
Mehdi Mehdiyev Qobustan rayonunda görüş keçirib - FOTO
ELŞƏN GƏNCƏVİ SEÇİCİLƏRƏ MÜRACİƏT ETDİ
Azərbaycan Prezidentinin köməkçisi: “Aİ ilə yeni sazişin 90 faiz hissəsi razılaşdırılıb”
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Rusiyada yeni hökumətin tərkibi bəlli oldu - TAM SİYAHI
Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı
Rövşən Rzayev köçkünləri qəbul etdi
“Mən bu “əyilə-əyilə” fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm” – Elman Nəsirov
Rusiyanın yeni hökümətində iki müsəlman da təmsil olundu
Rəsulzadə və Nuru Paşa adına banknot buraxıldı-10 min... - FOTO - VİDEO