Qarabag Media
Haqqımızda Əlaqə

Bir məktubun sorağıyla...


Tarix:30-04-2017, 16:57 Baxış Sayı:769 Kateqoriya:Laçın yurdu

Bir məktubun sorağıyla...Laçın rayonunun füsunkar bir bölgəsində – Şəlvə dərəsinin Hacıxanlı kəndində Fətolar tirəsindən Məşədi Şaməmmədin nəvəsi, Gülməmmədin oğlu idi. Rəhmətlik ucaboy, geniş sinəli, bir sözlə, çox şəxsiyyətli adam idi. Mən onu uşaq vaxtlarımda görəndə həmişə gözümdə Koroğlu dastanında oxuduğum Giziroğlu Mustafa bəy canlanırdı, gənc yaşlarımda isə, onu xarakterinə görə “Böyük dayaq” romanındakı Rüstəm kişi obrazına bənzədirdim. O, atamın dayısı oğlu, Sərmayə mamamın (bibimin) həyat yoldaşı idi. Onu tez-tez gördüyümdən yaxından tanıyırdım. Hələ cavan yaşlarından Şəlvə dərəsində sanballı bir ağsaqqal kimi tanınmışdı. Rəhmətlik uşaqla-uşaq, bö-yüklə-böyük idi. Nədənsə uşaqlar da, böyüklər də – hamı onun məsləhətlə-rinə əməl edirdi.

1970-ci ilin payızı idi. Təsərrüfatı – mal-qoyunu qışdan çıxarmaq üçün köçüb aran Qarabağa – Lənbərana getmişdik. Lənbəranda Məhi dayının dostu Zakirin yatağında yurd salmışdıq. Bizim ailə idi, Məhi dayıgil, bir də Məhi dayının yaxın qohumu İdris dayının ailəsi. O vaxt 7 yaşım var idi. Mənim üçün yataq yeri çox maraqlı idi. İdris dayının böyük oğlu Akifin kiçik qardaşı Məmmədlə mənə düzəltdiyi “raqatka” (quşvuran) ilə gah yemxanaya toplaşan sığırçınları ovlayar, gah da qamışdan düzəltdiyi tütəyi çalardıq. Bir ay olardı belə xoş günlər keçirirdik, lakin bir gün Kamuna əmim dağdan – İmanlardan gəlib yatağa çıxdı. Axşam şam yeməyi zamanı dedi ki, gəlmişəm Rənanı – məndən böyük bacımı – aparam kəndə, qoy dərslərindən qalmasın, oxusun. Məhi dayı da gülümsəyə-gülümsəyə dedi ki, Rənanı bəl-kə buyruq üçün aparırsan, əgər doğrudan da, təhsil üçün aparırsansa, Dila-fəti apar, oğlan uşağıdır, o, məsləhətdir. Sabahısı gün Kamuna əmim məni o xoş günlərimdən ayırıb kəndimizə – İmanlara qaytardı.

Məhi dayı təhsil almamışdı, ancaq yazan olsa idi, sinəsində cild-cild kitablar yatırdı. O qədər dadlı, duzlu söhbətlər edərdi ki, dinləməkdən doymaq olmazdı. Hərdən sələflərindən – Laçın Eyvazdan, Şaməmməddən, Hi-dayətdən, hərdən də Laçının başqa bölgələrinin görkəmli şəxslərindən ma-raqlı söhbətlər açardı. Nəql edirdi ki, ötən əsrin əvvəllərində Laçının Seyid-lər kəndində iki varlı kişi var imiş, birinin adı Ağalar, o birininki isə Muraz imiş. Ağalar səxavətli, Muraz isə bir qədər xəsis imiş. Ancaq Muraz daha varlı imiş, mal-qarasından əlavə bir dəstə də atı varmış. Yazda gətirib Şəlvə dərəsinin yaylaqlarına buraxar, yayda bir-iki dəfə gətirib duz verər, payızda isə yığıb Qarabağa apararmış. Murazın, həmçinin, bir dəstə qoyunu, 100-dən artıq da keçisi varmış. O, bir il payız vaxtı Qarabağa köçərkən Ağalara bildirir ki, keçilər Qarabağda yaxşı olmur, ona görə də xahiş edir ki, keçi-lərini qoşsun onun keçilərinə, bu il qalsın dağda, yazda gələndə hörmətindən çıxar. Ağalar razılaşır, Muraz kişi köçüb gedir. Elə ki, Muraz köçüb getdi, Ağalar əl atır bıçağa, tez-tez subay çəpişlərdən, dıvırlardan kəsib paylayır camaata, əsasən də Murazın kasıb qohumlarına.

Artıq mart ayı gələndə Muraz kişi bayram qabağı dağa, keçilərin vəziyyətilə tanış olmağa gəlir. O, kəndə çatanda birbaşa Ağalargilə gəlir, keçilərsə örüşdə imiş. Görüşəndən, hal-əhval tutandan sonra keçiləri soruşur. Ağa-lar deyir:
– Ay Muraz, bəs keçilərin subaylarına azar düşüb, çoxu (Ağalar artıq 100-dən 55-ni kəsmişdi) ölüb.
Muraz:
– Ola bilməz, ay Ağalar, subay keçi bu dağlarda heç vaxt ac qalmaz, nə də ölməz.

Ağalar dey– Nə bilim, vallah, ay Muraz, özü də məəttəl qalmışam, çəpişlər bircə dəfə mə...ə...ə eləyir, o dəqiqə də yıxılıb ölür. Həmin dəqiqə kəsdin, kəsdin, kəsmədin haram olur. İndi axşam örüşdən gələndə özün də görərsən. Ağalar oğlunun qulağına nəsə pıçıldayır, sonra onlar keçirlər evə, söhbətlərini da-vam eləyirlər.

Axşam keçilər örüşdən gələn kimi, qəflətən çəpişin biri mə..ə...ə..! eləyib, bərkdən çığırır. Muraz da tez yerindən sıçrayıb çığırır ki: “ə...ə ..ə kəs! ə...ə kəs!!”. Elə Ağaların oğluna da bu lazım idi, çəpişin qulağını ağzından çıxarıb, cibində gizlətdiyi bıçaqla boğazını siyirir. O vaxtlardan o bölgədə belə bir məsəl də formalaşmışdı: “Paşa bəy gördü getdi, Ağalar yedi getdi, Muraz bitəmənna getdi”.

Köçkünlük dövrü Bərdə rayonunun Qaraqoyunlu kəndində məskunlaş-mışdı. Ancaq rəhmətlik köçkünlüklə heç cür barışa bilmirdi. Deyiblər, dərddərd gətirər, elə də olmuşdu. Kişinin təsərrüfatını saxlayan ortancıl oğlu Za-kir öz maşınında qəzaya düşüb həlak olmuş, baş qarışmış, bir sürü qoyunu da yiyəsiz qalıb pencər kimi qırılmışdı. Elə eşidirdim ki, xəstə yatır.

1993-cü ilin payızında Xızı dağlarına gəlmişdi. Necə deyərlər: “Füzuli dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı”. O vaxt biz də Xızının Tıxlı kəndində məskunlaşmışdıq. Dörd gün bizdə qaldı. Tarixdən söhbət açıb, Sultan bəyin Zabux dərəsində erməni daşnaklarını necə darma-dağın etdiyindən, Hidayət, Səlim əmilərinin, atasının əmisi oğlanları Qoca-nın, Bəhramın erməni-müsəlman davasında Sultan bəyin yaxın silahdaşları olduğundan danışdı. Söylədi ki, Əlipaşa bəy (Sultan bəyin atası) babası Məşədi Şaməmmədi cavan vaxtı, hələ “bığ yeri tərləməmiş” yüzbaşı təyin edibmiş. Aralarında da həmişə yaxşı münasibət olmuşdur. Sonralar erməni davası başlayanda Şaməmməd Hacıxanlıda könüllülərdən ibarət bir dəstə toplayıb oğlu Hidayətin başçılığı altında Sultan bəyə köməyə göndərmişdi.

Bir məktubun sorağıyla...Məhi dayı Hidayət əmisi barəsində söhbət edib bildirdi ki: “Hidayət əmim Sibirə sürgün edilməmiş-dən əvvəl bir neçə gün Şuşada – Qala türməsində Laçının Kaha kəndindən olan Rza kişiylə bir yerdə yatıbmış. Mən böyüyəndə eşitdim və onlara getdim. Onlarda Rza kişiylə əmimin birgə şəkilləri də var idi. Çox söhbətdən sonra onlardan xahiş etdim ki, şəkli versinlər, aparıb üzünü çıxartdırım, böyütdürüm. Lakin Rzanın həyat yoldaşı heç cür razılaşmadı, dedi incimə, Rzamın yadigarıdı, verə bilmərəm. Çox təkiddən sonra, iki dostun şəklini qayçıyla kəsib bir-birindən araladı, Hidayət əmimin şəklini mənə verdi”.

Məhi dayı atasının əmisi oğlu Eyvazov (Laçın Eyvazın nəvəsi) Kərim Məşədi Məmməd oğlunun 1937-ci ildə sovet hökuməti tərəfindən sürgün edildiyindən də söhbət etdi. Yeri gəlmişkən bildirim ki, Ziya Bünyadovun “Qırmızı terror” kitabını oxuyarkən 1937-ci lidə Hacıxanlıdan sürgün edil-miş bir qrup adamın – Məşədi Əhməd Məhərrəm oğlu, Qasım Məşədi Əh-məd oğlu, Əli Məhərrəm oğlu, Bərxudar Əli oğlu, Əbdüləli Süleyman oğlu, o cümlədən də Eyvazov Kərim Məşədi Məmməd oğlunun sovet məmurla-rının apardığı “cinayət” işləri ilə tanış olmuşam. Müstəntiq Eyvazov Kərim Məşədi Məmməd oğlundan soruşur:

– Müttəhim Eyvazov Kərim Məşədi Məmməd oğlu, sən mütəşəkkil dəstə təşkil edərək Sovet hökumətinə qarşı gizli iş aparmısan, tezliklə bu hö-kumətin devriləcəyini demisən, bunu təsdiq edirsənmi?
Kərim:
– Xeyr, yalandı.
Müstəntiq:
– Eyvazov Kərim Məşədi Məmməd oğluna Balta Qanadovun (ad şərti-dir) ifadəsi oxunsun.
İfadə oxunur.
Müstəntiq:
– Eyvazov Kərim Məşədi Məmməd oğlu, buna nə deyirsən?
Kərim:
– Balta Qanadov yalan deyir.
O, dövrdə Qanadovun yalan, yaxud doğru deməsindən asılı olmayaraq, yazılı şəkildə verdiyi ifadə Eyvazov Kərim Məşədi Məmməd oğlunun gedərgəlməzə göndərilməsinə kifayət etmişdir.

Məhi dayı babasından belə bir əhvalat da danışdı. Kərbəlayı Rəsulla birlikdə Xankəndində bərbərə saqqallarına xətt vurdurmağa gedirlər. Onları erməni bərbərləri dalda bir evin zirzəmisinə aparırlar. Bu xoşagəlməz yerdən Məşədi Şaməmməd ayaq yolunu bəhanə edərək tez uzaqlaşır və gedib dövlət orqanlarına həmin şübhəli yerin yoxlanmasını xahiş edir. Bu arada getmək istəyən Kərbəlayı Rəsula mane olurlar, lakin yoldaşının qayıtma-dığını görüb, onu buraxırlar. Dövlət məmurları gəlib həmin müəmmalı yer-də axtarış keçirərkən, binanın zirzəmisindən onlarla kəsilmiş müsəlman kəl-lələri tapırlar.

Məşədi Şaməmməd bilikli və çox nüfuzlu ağsaqqal imiş, onu eldən-elə ağsaqqallığa apararmışlar. Onun gedişinə ayrı-ayrılıqda yeddi qan bağışlanıb. Misal üçün, Bülövlük bəyləri arasında qan davasını yatırdığına görə aralarında möhkəm dostluq münasibətləri yaranıbmış. Həmin münasibətlərin Məcid müəllimlə Məhi dayı arasında davam etdirildiyinin şahidiyəm. Həm də Məşədi Şaməmməd dövrünün qayda-qanunlarını çox mükəmməl bilirmiş, vəkillik edərək bir çox günahsız həbs olunan adamlara bəraət qazandırıbmış. Yaxşı da natiqlik qabiliyyəti var imiş. Filologiya elmləri namizədi, misilsiz natiq Salman Salahov sağlığında Məhi dayının böyük oğlu Vahidə “Sən şeir söyləməkdə Şaməmməd dayıma çəkmisən” demişdi. Yeri gəlmişkən xatırladım ki, Şəlvə kəndində Həsənalılar nəslindən Məhi dayı ilə həmyaş, az yaş fərqi olan kişilər də – Həmzə, Baxşeyiş, Hüseynalı və başqaları ona “dayı” deyərdilər. Bir dəfə bunun səbəbini soruşanda gülümsəyib dedi:

“Bala, onların ata-babaları Fətoların bacısı uşaqları olub”. Əlavə etdi ki, onlardan Baxşeyiş tarixi – nəsil şəcərəsini yaxşı bilir, özü də kiçik oğluna Laçın Eyvazın adını qoyub, o vaxt eşidəndə aparıb qapılarında bir erkək də kəsdim. Bərk də yeyib içəndilər. Sonra bildirdi ki, o vaxtlar Laçın Eyvazın bir bacısını da İmanlara ərə veriblər, Laçın Eyvaz da Laçıngüneyi cehiz kimi ona veribmiş. Ondan sonra İman uşağı o güneyin ətəyində kənd salıblar. İman uşağı qabaqlar Şəlvə çayının sağında, quzey tərəfdə – Palçıqlıdan yuxarı Sarıbulağın yaxınlığında olurmuşlar. Həmçinin bildirdi ki, İmanlar kəndindən Baxşalının (rəhmətə gedib) babası Baxşalı Laçın Eyvazın bacısı oğlu olub. Onun da igidliyindən söhbətlər etdi...

Məhi dayının babasının babası Fəto bir zamanlar, təqribən XVII əsrin sonlarında Dərələyəzdən Şəlvə dərəsinə gəlmiş, Hacıxanlı kəndində məs-kunlaşmışdır. Müharibəyə (1941-1945) qədər qohumlar arasında get-gəl ol-muş, lakin müharibə illərindən əlaqə kəsilmişdir.

Məhi dayı sonra yenə mövzunu köçkünlükdən saldı. Gec-tez öz torpaqlarımıza qayıdacağımıza inandığını desə də, görürdüm ki, özünün səbri lap tükənib. Bir himə bənd idi ki, hönkür-hönkür ağlasın. Dedi: “Bala, Allaha şükür ki, camaat tələb edib, Heydər Əliyevi hakimiyyətə gətirdi, nə yolla olur-olsun, gec-tez torpaqlarımızı qaytaracaq. Ancaq nə bilim, ömür vəfa edəcəkmi o günü görüm? Bir arzum odur ki, torpaqlarımız alınsın, yaşlı adamam, gedib öz dədə-babalarımızın yatdığı torpağa qismət olum”. “Məhi dayı, belə danışma, inşallah torpaqlarımız alınacaq, gedib o dağlarda yenə at oynadacaqsan” – dedim.
Dediklərimi sanki eşitmədi, əlavə etdi ki, Dilafət, məktublarını mənə də oxudular, çox təsirləndim, gəldim (Nazibə bacımı da gətirmişdi) bir görüşək, pis zamandı, nə bilmək olar, aranın nə istisinə dözə bilirəm, nə suyunu içə bilirəm. Doğrusu, çox çətin vəziyyətə düşmüşdüm – qəhərləndim, ellərə nəsihət verən el ağsaqqalına nə deyəcəyimi bilmədim. Elə bil vəziyyətimi anladı və əlavə etdi ki, əgər başqa şeirlərin də varsa, oxuyasan qulaq asam.

Mənim kiçik bacım Məhi dayının kiçik oğlunun həyat yoldaşıdı, yəni gəlinidi. Bacıma və Məhi dayının böyük oğlu Vahidə (poeziya vurğunudur) bir-iki ay əvvəl şeir şəklində məktub yazmışdım. Görünür, məktubları Məhi dayıya da oxuyublarmış. Həmin şeirlərdən birini sizə də təqdim edirəm:

Nazibə, nə vaxtdı sənin nazını
Eşidib görmürəm, darıxmışam mən.
Əzizim, nə vaxtdı qəm içindəyəm,
Fikirdən, xəyaldan yorulmuşam mən.

O ili ağaclar çiçək açınca,
Ayrılıq tufanı əsdi yamanca.
O vaxtdan köksümdə çalır kamança,
Vətən həsrətilə sızlamışam mən.

Hecoldu o qapı, necoldu o bağ,
Dağlar da kəfənə büründü dümağ.
O qızıl almandan qar qırıb budaq,
Hönkürüb yuxuda ağlamışam mən.

O körpə vaxtların çıxmır yadımdan,
Qovsam da getmirdin heç qucağımdan.
Dünyada bircə cüt qardaşlarından
Bilirəm küsmüsən, utanmışam mən.

Balalar balaca, özünsə gəncsən,
Hər gələn də deyir elə xəstəsən.
Ay bacım, dərdini gəl mənə ver sən,
Onsuz da dərd-qəmdən yoğrulmuşam mən.

Dünyada nə dövlət, nə var istərəm,
Ancaq öz yurduma cənnət deyirəm.
Darıxma əzizim, qürbətdi, gəlləm,
Kəndimdən ayrıyam, karıxmışam mən.


Məhi dayıya bir neçə şeir oxudum: “Dağlar”, “Qoymayın” , “Qaldı” və s. Dinləyəndən sonra gördüm bərk kövrəlib. Bir qədər sükutdan sonra dedi ki: “Dilafət, çox qəmli yazırsan, mənim bu halıma da birini yazarsan”. Heç nə demədim, doğrusu, belə bir şəxsiyyəti, adlı-sanlı kişini tərənnüm etmək mənə çox çətin göründü.
O vaxt mən Xızının özündə Vergi Müfəttişliyində (vergilər şöbəsində) işləyirdim. Sabahı gün işə gedərkən, fikrini dağıtmaq üçün Məhi dayını da özümlə Xızıya apardım. Çox ünsiyyətcil adam idi. İdarəyə gələn Fındığan kənd icra nümayəndəsinin başçısı Fəridə xanımla bir qədər söhbətdən sonra onunla tanış çıxdılar. Sən demə, Fəridə xanım da Dərələyəzdən imiş. Məhi dayı Dərələyəzin Qovuşuq, Ayısəsi kəndlərindən köhnə adamların adlarını çəkdi, Fəridə xanım da onların adlarını eşitdiyini dedi. Sonra öz nəslindən, Laçın Eyvazdan, onun Dərələyəzdə daşqın vaxtı Arpaçayından tullanmasından danışdı. Fəridə xanım da eşitdiklərindən danışıb bildirdi ki, Laçın Eyvaz Arpaçayından tullandığı yerdə böyük bir daş təpəsi əmələ gəlmişdi. Belə ki, həmin yer itməsin, unudulmasın deyə, böyüklərin tapşırığı ilə hər yoldan – o yerdən keçən ora bir daş atmış, nəticədə təpə boyda böyük bir daş qalağı əmələ gəlmişdir.

Məhi dayı iki gündən sonra Bərdəyə qayıtmaq istəyəndə təkidlə iki gün də saxladım və təklif etdim ki, bəlkə köçüb bura gələsiniz, Dağlılar çox yax-şı adamlardı, yaltaqlıq, satqınlıq, oğurluq bilməzlər, həm də çox ədalətlidirlər. Dedi: “Eh!... oğul, qoyub gəlmək olur ki...”. Məhi dayı, mənimlə tay-tuş olmuş, lakin 1994-cü ildə öz maşınında qəzaya düşüb rəhmətə getmiş oğlu-nun məzarını nəzərdə tuturdu. Çox mütəəssir olduğumu duyub, başqa bir səbəb də göstərdi. Xızının təbiətini bəyənməmişdi. Dedi ki, nə aran kimi arandı, nə dağ kimi dağ. Tez-tez də havalar dəyişir – sərt küləklər əsir, mən də xəstə adam. Doğrudan da, Xızının təbiəti ilə insanları arasında bir təzadvar. Təbiəti nə qədər dəyişkən olsa da, insanları bir o qədər dözümlü, mərd, sözübütöv, qonaqpərvər olurlar.

Məhi dayı qayıdıb Bərdəyə gedəndən bir ay sonra ona nəzmlə yazdığım belə bir məktub göndərdim:

Dinlədin şeirimi, kövrəldin bir az,
Dedin ki: “Mənə də götür birin yaz”.
Heyif ki, həyatın şerimə sığmaz,
Gəzdirə bilərmi sətirlər səni?!

Bu fani dünyadan indi küsmüsən,
Sevinc becərmisən, kədər biçmisən.
Oğul itirmisən, qürbət görmüsən,
Oyaq qarşılayıb səhərlər səni.

Söhbət etdin Sultan bəydən, Paşadan,
Ağalardan, bitəmənna Murazdan.
Nişanəsən Şaməmməddən, Eyvazdan,
Yadigar saxlasın əsrlər səni!

Bircə dinlə bu arzumu, sözümü,
Bitəcək bu həsrət, üzmə özünü.
Yönəldib dağlara bir gün köçünü,
Yaman güldürəcək nəvələr səni.


Heyif ki, Məhi dayı arzuladığımız o günü görə bilmədi. 1997-ci ildə rəhmətə gedib, elə yaşadıqları Qaraqoyunlu kəndinin qəbiristanlığında mərhum oğlunun sağ böyründə dəfn olundu.

Xəstə yatarkən bizi arzulayıb, gedib dəydik. Dedi ki: “bu yer bizə düşmədi, nə qədər ki, torpaqlarımız alınmayıb, yasımdan sonra bunları da (ailəsini) köçürüb yanınıza apararsız”. Ona təskinlik vermək istədim: “Məhi dayı, nə danışırsan...”. Sözümü kəsib dedi: “Yox bala, mən uşaq deyiləm”.

Bir məktubun sorağıyla...Məhi dayının qırxı çıxandan sonra nə qədər təkid elədimsə də, oğlanları – Vahidlə Mehman – dedilər ki, biz atamızın, qardaşımızın qəbrini burada qoyub köçə bilmərik.

Dilafət RƏSULOV

"Laçın yurdu" jurnalı - №2(13), 2014




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb