Qarabag Media
Haqqımızda Əlaqə

Dağında məğrurdu dağın qartalı


Tarix:16-03-2017, 07:01 Kateqoriya:Laçın yurdu

Dağında məğrurdu dağın qartalı“Laçın yurdu” ədəbi-bədii publisistik dərgisinin təsisçisi və baş redaktoru Arif Məmmədli, baş redaktorun müavini Araz Hacıyev, məsul katibi Elnur Mehdiyev və redaksiya heyətinin bütün üzvlərini vətənpərvər bir azərbaycanlı, Laçın nisgili ilə yaşayan ziyalı, ağsaqqal kimi bağrıma basıb, qiyabi də olsa səmimi qəlbdən öpürəm. Açığını deyim ki, heç birinizi şəxsən tanımıram. Mənsub olduğunuz soyadlar mənə doğma görünür. Bəlkə də əziz dostlarımın övladlarısınız.

Soyadlardan Şahsuvarovlar mənə Minkənddən Surxayı, Umbayı, Məhəmmədi, Qalibi, Hacıyev soyadı İsmayılı, Yusif Mirzə Quşçu kəndindən, Sadınlar kəndindən ulu bir nəslin ərən kişilərini xatırlatdı. İlham Qəhrəmanı tanıyıram. Bunlar öz yerində. Sizin öhdənizə götürdüyünüz bu vacibməsələ həqiqətən də təqdirəlayiqdir. Yazılarınız çox savadlı, mükəmməl və ürək açandır. Təəssüflər olsun ki, sizin bu ədədi-bədii dərginizlə son vaxtlar tanış olmuşam. Erməni daşnaklarına məğrurcasına müqavimət göstərsə də vəhşicəsinə qətlə yetirilmiş İbiş dayımın sevimli övladlarından biri Rəfiqə müəllimə ağır xəstəlikdən sonra dünyasını dəyişmişdi. Yas yerində onun sizin dərgidə nəşr olunmuş məqalələrini mənə verdilər. Dərgidə getmiş bütün yazıları ürək yanğısı ilə oxudum. Haqlarında yazılar getmiş şəxsləri əsasən tanıyıram. Mənə xoş gələn və zövqümü oxşayan odur ki, siz Laçınımızın sayılıb-seçilən adamlarının həyat yolunu işıqlandırıbsınız. Mən kitablarımın birində Laçınımızda vaxtı ilə nəşr olunmuş “Laçın” qəzetinin əməkdaşlarından, qəzetin yüksək səviyyədə çap olmasından bəhs etmişdim. Sizin nəşr etdiyiniz bu dərgi də düşünürəm ki, çapına start verilən bütün qəzet və jurnalların sırasında özünəməxsus yer tutur və səhifələrində Laçın ziyalılarının tanıtımına ayrıca önəm verir. Rəfail Məhərrəmovla mənim münasibətlərim dedikcən isti olub. Onun haqqında Qəzənfər müəllimin qəlbləri riqqətə gətirən yazısını oxudum. Doğrusu son dərəcə kədərləndim. Öz-özümü danladım: Telman, gör nə günə qalmısan ki, duz-çörək kəsdiyin, yaxın münasibətdə olduğun bir ərən el oğlunun həyatdan köçməsindən xəbərin yoxdur. Qəzənfəri isə həmişə özümə dost bilmişəm. Gəncə şəhərində tikiş kombinatında 1996-cı ildə yoxlama apararkən oranın mühasibat işçilərindən biri, Qəzənfərin tələbə yoldaşı mənim Qəzənfərlə dost olduğumu bildikdən sonra özünün gümüş dəstəkli qələmini və mühasibat kitabını mənə bağışladı. Qəzənfər Hüseynovun nəsil şəcərəsi ilə mən yaxından tanışam və təmasda olmuşuq. Mən bir ağsaqqal kimi sizi dönə-dönə bağrıma basıram və sizin yüksək səviyyədə nəşr etdiyiniz bu dərgidən Laçının iyini duyuram. Sizə bu gözəl, nəcib işdə möhkəm cansağlığı, uğurlar arzulayıram.

“Laçın yurdu” dərgisində (№8, 2013. səh. 77-85) həmyerlimizdən alınan dolğun müsahibə məni valeh etdi. Orada jurnalist Vəsilə Vahidqızının adı çəkilir. Əgər məni hafizəm aldatmırsa o, Şamkənd zonasından Vahidin qızıdır. Əgər Vəsilə mən deyən Vahidin qızıdırsa, ona və atası Vahidə salamlarımı çatdırın. Vəsilə bəlkə də məni unudub. Onun yadına salın ki, Bozlu yağpendir zavodunda Telman baban sənin boyunu çox əzizləyib və atanla halal duz-çörək kəsib. Nəcib işlərində ona uğurlar arzulayıram. İlham Qəhrəmana da salam yetirin. Onun dərgidə çap olunmuş “Gedəcəm” şeirinə bir nəzirə də yazmışam. Gənclərdə Vətənə sonsuz məhəbbət aşılamaq, erməni dığalarını qanına qəltan edib torpaqlarımızı azad etmək mənim hal-hazırda yeganə amalımdır. Həyatımı doğma kəndimdə başa çatdırmaq istəyirəm.

Əziz həmyerlilərim, bu dərgiyə görə sizə qarşı məndə bir doğmalıq yarandı. Onu da deyim ki, mən özümü nə şair, nə də yazıçı hesab edirəm və buna haqqım da yoxdur. Sadəcə xalq təsərrüfatının planlaşdırılması üzrə ali təhsil almış sadə bir ziyalıyam. Bu günə kimi 7 kitabım işıq üzü görüb. Kitablarda gedən bütün yazılar vətən nisgilli bir ixtiyarın ürəkdən gələn düşüncələridir. “Sən Laçına gəl” və “Bu yerlər bənzəmir, Allah, Laçına” kitablarımda getmiş iki şeirimi dərginizə göndərirəm.

LAÇINDADI

Laləni, nərgizi, tər bənövşəni,
Vadilər bəzəyi altun çəməni.
Təbiət gözəli büllur meşəni
Axtarma heç yanda, o Laçındadı.

Dağında məğrurdu dağın qartalı,
Al-əlvan meşədə əlik-maralı.
Suları sərvətdi, beçənin balı,
Onları axtarma, o Laçındadı.

Hər yanı dağlardı, bir qolu aran,
Suları sərindi, deyildi şoran.
İstəsən dünyanı sən gəzib dolan,
Dağların incisi, o, Laçındadı.

Cavanları məğrur, boylu-buxunlu,
Etibarın, sədaqətin simvolu.
Həyalı qızları arlı, namuslu,
Müdriklər diyarı, o Laçındadı.

SƏN LAÇINA GƏL
(ixtisarla)

Laləzar çəmənlər, al yaşıl bağlar,
Sinəsi dumanlı, qartallı dağlar.
Keçilməz gədiklər, geniş ormanlar
İstəsən görməyə sən Laçına gəl.

Aləmə Şəms olan farel balığı,
İnsana ruh verən balı, qaymağı.
İstəsən olasan onun qonağı,
Dadına baxmağa sən Laçına gəl.

Bulaqlar üstündə quzu kəsməyi,
Axtarma pendirlə lavaş yeməyi.
Gözləri oxşayan gülü-çiçəyi
Gözünlə görməyə sən Laçına gəl.

Səxavət, sədaqət, çox əla niyyət,
İgidlik, cəsarət, vüqar, əzəmət.
Kişiyə xas olan yüksək kəramət,
Öyrənmək istəsən sən Laçına gəl.

Büllurtək saf olur Laçın adamı,
Təmiz ürəklidir, pakdır vicdanı.
Mehriban, səmimi, çox istiqanlı,
Dost olmaq istəsən sən Laçına gəl.

Sözlərimi “Bu yerlər bənzəmir, Allah, Laçına” kitabında getmiş eyni
adlı şeirin iki bəndi ilə tamamlamaq istəyirəm:

Sədd çəkmişdi uca dağlar Laçına,
Saf bulaqlar bəxş edibdir yurduma.
Öyrənmişdik çənə, çiskin, dumana,
Qıy çəkər qartallar hər axşam-səhər,
Bu yerlər bənzəmir, Allah, Laçına.

İnanma Laçınsız güləcək üzüm,
Didərgin Telmanda qalmayıb dözüm.
Ay ərən igidlər, sizədir sözüm,
Ucaldın göylərə zəfər bayrağın.
Zəfər bayrağını sancın Laçına,
Bu yerlər bənzəmir, Allah, Laçına.

Sizlərə böyük hörmətlə: Telman LAÇINLI (Səfərov),
Bərdə, Qarabağ qəsəbəsi
3 noyabr 2013-cü il


"Laçın yurdu" jurnalı - №1(12), 2014










SON XƏBƏRLƏR
Zelenski kadr islahatlarının anonsunu verdi
Petro Poroşenko prezident seçkilərində məğlubiyyətini etiraf edib
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək