Qarabag Media
Haqqımızda Əlaqə

Mingəçevirdə silahlı insident: ölü və yaralı var


Tarix:27-10-2015, 18:35 Kateqoriya:Hadisə

Mingəçevirdə silahlı insident: ölü və yaralı varMingəçevirdə məcburi köçkünlər üçün salınmış qəsəbədə silahlı insident baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan 31 yaşlı Şakir Əhmədov həmyerlisi Bəxtiyar Rəhimov qəsəbənin ərazisində olan mağazanın arxasına çağırıb. Bir neçə dəqiqə sonra atəş səsi eşidilib. Sinəsindən iki güllə yarası alan Bəxtiyar Rəhimov yerə yıxılıb.
Daha sonra atəş səsini eşidib onlara tərəf qaçan Bəxtiyar Rəhimovun qardaşı Rövşən Rəhimovu da güllələyib. Güllələrdən biri Rövşənin ayağına, digəri isə əlinə dəyib.

"Durub söhbət edirdik. Qardaşım da məndən 2-3 metr aralıda söhbət edirdi ayrı bir uşaqla. O da keçdi, salam əleyküm etdi Elə qəfildən tapança səsi gəldi. Mən yüyürdüm 2-3 dənə də mənə atdı", - Rövşən Rəhimov bildirib.
Şakir Əhmədov hadisə yerindən qaçıb. 31 yaşlı Bəxtiyar Rəhimov Mingəçevir Mərkəzi xəstəxanasına çatdırmaq istəsələr də o yolda dünyasını dəyişib.
Rövşən Rəhimova tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Mərhumun atası Elmidar Rəhimovun sözlərinə görə, əvvəllər oğlanları ilə hadisəni törədən şəxsin arasında heç bir münaqişə yaşanmayıb. Əksinə uzun müddətdir qonşu kimi normal münasibətləri olub.

"Onların bir ədavəti olmayıb. İkisi də cavandırlar. Nə isə bəlkə sözləri çəpləşib deyə bilmərəm. O, 8-ci binada olur, mən 9-cu" - deyə mərhumun atası Elmidar Rəhimov bildirib.

Mərhum Bəxtiyar Rəhimov ailəli olub. İki azyaşlı iki övladı var.
Qəsəbə sakinlərindən əldə etdiyimiz məlumata görə, qətildə şübhəli bilinən Şakir Əhmədov Mingəçevir şəhərində yerləşən Ağdam köçkün məktəblərinin birində fizika müəllimi işləyir. Mingəçevir polisindən əldə etdiyimiz məlumata görə, hadisədə istifadə olunan silah kustar üsulla hazırlanmış tapança olub. Hazırda polis Şakir Əhmədovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu