Qarabag Media
Haqqımızda Əlaqə

Dövlət Universitetində atışma: bir ölü


Tarix:24-10-2015, 18:31 Kateqoriya:Hadisə

Dövlət Universitetində atışma: bir ölüABŞ-ın Tennessee Dövlət Universitetində silahlı toqquşma nəticəsində bir nəfər həlak olub.

Karabakhmedia.az-ın məlumatına görə, silahlı insident zamanı daha üç nəfər isə ağır yaralanıb.

Bu barədə ABŞ polisi məlumat verib. Nashville şəhərinin polisi tvit edərək bildirib ki, zorakı hadisə zər oyunu ilə bağlı yaranmış mübahisədən sonra baş verib. Mübahisə nəticəsində 19 yaşlı tələbə həyatını itirib və hadisənin baş verdiyi yerdən keçən üç tələbə isə yaralanıb. Hazırda Universitet polis tərəfindən ciddi nəzarətə götürülüb və faktla bağlı araşdırmalar aparılır.
Bundan bir həftə əvvəl kollec yaxınlığındakı parti zamanı silahlı atışma nəticəsində üç nəfər yaralanıb. Son hadisə zamanı şübhəli şəxs hadisə yerini ayaqla tərk edib. Universitet mətbuat xidməti bildirib ki, mübahisədə iştirak edən şəxslər universitet tələbələri olmayıb və güman ki, qumar oynayıblar.
Amerikada son zamanlar universitet və kolleclərdə atışma hadisələri adi hal alıb. Bir müddət əvvəl Amerikanın Florida ştatında, Betun-Kukman universitetinin yataqxanasında atışma baş verib. Belə ki, axşam saat 7 radələrində universitetin yataqxanasında silahdan açılan atəş nəticəsində bir neçə tələbə yaralanıb.Polis hadisədə şübhəli bilinən iki nəfəri tutub. Məlumata görə, onlardan biri həmin universitetin tələbəsidir. Yaralılardan isə ikisinin universitet tələbəsi, birinin isə kənar şəxs olduğu deyilir. Həkimlər yaralıların həyatı üçün heç bir təhlükənin olmadığını bildiriblər.
Xatırladaq ki, bir müddət əvvəl də buna bənzər hadisə olub. 46 yaşlı bir amerikalı universitetin yataqxanasının yanında silahdan açdığı atəş nəticəsində 3 müsəlman gənci qətlə yetirib. Qətlə yetirilənlər 23 yaşlı Dea Barakat, onun əri 21 yaşlı Yusor Məhəmməd və onun bacısı 19 yaşlı Abu-Salxa olub. Qonşular ölənləri müsəlman icmasının aktiv üzvləri kimi təsvir edib. Onlar xeyriyyəçiliklə məşğul olurdular və inkişafdan qalan ölkə sakinlərinə kömək edirdilər. Qatil özü cinayətin törədilməsindən dərhal sonra Pittsboro ətraflarında yerləşən qraflığın şerifinin ofisinə gəlib. Onun ateist olduğu bildirilib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"