Qarabag Media
Haqqımızda Əlaqə

Laçın rayonu


Tarix:25-09-2015, 20:00 Kateqoriya:İşğal Əraziləri

Laçın rayonu Laçın — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Laçın şəhəridir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.

Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Təbiəti
Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-çərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ0qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. Orta temp-r yanvarda -10°C-dən 0°C-yədək, iyulda 10-22°C-dir. İllik yağıntı 600-900 mm-dir. Rayonun cəmi torpaq sahəsi 166488 hektardır. Ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeridir.

Əhalisi
Laçın rayonunun əhalisi 27 yanvar-4 fevral 1999-cu il siyahıya almasına əsasən 63.162 nəfərdir (58.058 nəfəri azərbaycanlılar, 5.073 nəfəri kürdlər və 31 nəfəri digər millətlərin nümayədələri olmaqla), 1 yanvar 2007-ci il tarixində rayonun əhalisi artaraq 69.982 nəfərə, Laçın şəhərinin əhalisi isə 11519 nəfərə çatmışdır. Əhalinin sıxlığı 1 yanvar, 2008-ci ilin məlumatları əsasında hər kvadrat km-ə 36 nəfər, hər sakinə 18 kvadrat km sahə düşürdü.

Tarixi
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər.
XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. Ona görə də Dağlıq Qarabağın digər bölgələrində olduğu kimi, bu ərazilərdə də Xaçın adı ilə bağlı yeni adlar, toponimlər əmələ gəlməyə başladı. Buna misal olaraq indiki Laçın ərazisindəki Xaçınyalı kəndini, Bozlu kənd ərazisindəki Xaçın yalı, Xaçın daşı adları ilə adlanan yer adlarını göstərmək olar.
Sonralar Xaçın knyazlığının ərazisində Xaçın da daxil olmaqla Qarabağ-alban məlikləri Xaçın, Vərəndə, Dizaq, Gülüstan (Talış) məlikliyi ilə yanaşı, Çiləbörd məlikliyi də yarandı.

1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmadı.
Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1861-ci ildən isə indiki Laçın yaradılan Zəngəzur qəzasına qatılır.
1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlarla davam edir. Erməni komandanı Andronik nə yolla olursa-olsun öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andronik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləməyə başladı. Bu məsələdən əvvəlcədən xəbər tutan, bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov, öz partizan dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə pusqu quraraq Andronikin qoşununu mühasirəyə saldı. Burada təqribən bir günlük çox qanlı döyüşlər getdi. Bu döyüşlər zamanı general Andronik demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapdı. Dərə bu döyüşdən sonra xalq arasında "Qanlı dərə" adlandırıldı.
Bu məğlubiyyətdən sonra da erməni silahlıları tez-tez bölgədə qırğınlar törədir. Andranik Azərbaycanın bu bölgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün Rusiyanın maliyyə dəstəyi ilə yeni-yeni silahlı qruplar yaradırdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərir. Dığ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstəlləri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da Dığı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı Zəngəzur bölgəsini 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəlib. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan etib. 1930-cu ildə Laçına rayon statusu verilib. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə dövlət quran ermənilər artıq Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağı Ermənistana birləşdirilməsi məsələsini ortaya ataraq bir maneə kimi Laçın rayonunu aradan götürməyin yollarını düşündülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.
Ermənistan tərəfindən işğalının nəticələri

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Laçın rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.
Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Təsadüfi deyil ki, dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.

Laçın rayonunun yaşayış məntəqələri
Şəhərlər: Laçın
Qəsəbələr: Qayğı Kəndlər: Ağalaruşağı • Ağanus • Ağbulaq • Ağcakənd • Ağcayazı • Ağoğlan • Alıcan • Alıqulu • Alxaslı • Alpout • Arduşlu • Aşağı Cicimli • Aşağı Qarasaqqal • Avazlar • Ayıbazar • Baldırğanlı • Birinci İpək • Birinci Tığik • Bülövlük • Bozdağan • Bozgüney • Bozlu • Budaqdərə • Bülüldüz • Cağazur • Çəmbərəxaç • Cicimli • Çıraqlı • Çorman • Dambulaq • Daşlı • Dəyhan • Dəyirmanyanı • Əhmədli • Ələkçi • Əliqulu • Ərdəşəvi • Ərikli • Əyrək • Fərəcan • Fərraş • Fətəlipəyə • Fingə • Güləbird • Hacılar • Hacısamlı • Hacıxanlı • Haqnəzər • Hətəmlər • Hocaz • Hüsülü • İkinci İpək • İkinci Tığik • İmanlar • İrçan • Xumarta • Kaha • Kalafalıq • Kamallı • Katos • Kərəviz • Köhnə Çorman • Köhnəkənd • Korcabulaq • Kürdhacı • Lolabağırlı • Malıbəy • Malxələf • Mayıs • Mazutlu • Məlikpəyə • Mığıdərə • Minkənd • Mirik • Mişni • Mollalar • Muncuqlu • Nağdalı • Narışlar • Nurəddin • Oğuldərə • Piçənis • Pircahan • Qalaça • Qarabəyli • Qaraçanlı • Qarakeçdi • Qarıkaha • Qarqışlaq • Qazıdərə • Qılışlı • Qışlaq • Qızılca • Qorçu • Qoşasu • Qovuşuq • Qozlu • Quşçu • Sadınlar • Səfiyan • Sonasar • Soyuqbulaq • Suarası • Sus • Seyidlər • Şamkənd • Şəlvə • Şeylanlı • Tərxanlı • Təzəkənd • Türklər • Turşsu • Uludüz • Unannovu • Vağazin • Vəlibəyli • Xaçınyalı • Xanallar • Xırmanlar • Yuxarı Fərəcan • Yuxarı Qarasaqqal • Zabux • Zağaaltı • Zerti • Zeyvə • Ziyrik.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İmamoğlu İstanbulun bələdiyyə başqanıdır: Fərq 777 581 SƏS
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Əkrəm İmamoğlu İstanbul meri olacağına ümidlidir
NKVD-nin dəhşətli işgəncələri: qadınlar kişilərin kamerasına salınırmış, körpələrin dırnaqları çıxarılırmış
Tramp Tehranı yenidən hədələdi – “Hərbi müdaxilə planı masamdadır”
ATV-nin aparıcısı dövlət qurumunda vəzifəyə təyin olundu
Qara Qarayev prospektindəki yanğın yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb
“Böyük Ermənistan” xülyası və tarixi həqiqətlər
Millət vəkili Qaradağ rayonunda seçicilərlə görüşüb - FOTOLAR
Azərbaycan samboçusu ermənini məğlub edərək bürünc medal qazanıb
Səhiyyə işçilərinin də əməkhaqqı artırılacaq - Komitə sədri
Nazir Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib
"Gürcüstanla Rusiya arasında gərginlik Azərbaycan müsbət heç nə vəd etmir" - Deputat
Sabiq MTN şefi insult keçirdi
NATO hesabat yaydı: Rusiya ilə müharibə ehtimalı var
Elmar Məmmədyarov: “Biz əhalini sülhə hazırlamalıyıq”
Mahir Abbaszadə seçicilərlə görüşdü - FOTOLAR
Stalinin müharibə xəbərinə ilk reaksiyası və 1418 gündən sonra Kremldə Qələbə şərəfinə qaldırılan qədəh
Modern Azərbaycan ailə modeli ilə bağlı maraqlı layihə
610,91 ton yaş barama təhvil verilib
Həmyerlimiz meksikalıları heyrətləndirdi- FOTO
Azərbaycan-Fransa hərbi əməkdaşlığında mühüm gəlişmə-birgə silah istehsalı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma olub - YENİLƏNİB
Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTOLAR
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin olunub
Mədət Quliyev müdafiə sənayesi naziri təyin edilib
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib
Nuru Paşanın Bakı və İstanbul türklərini evləndirmə təşəbbüsü - Bakıdan İstanbula göndərilən gizli məktub
Alim Nəbiyev növbəti döyüşünü Parisdə keçirəcək