Qarabag Media
Haqqımızda Əlaqə

AZAL macar aviaşirkətinə uçuşlarını arzuladığı güzəştlərlə həyata keçirməyə icazə verib


Tarix:23-10-2015, 20:38 Kateqoriya:İqtisadiyyat

AZAL macar aviaşirkətinə uçuşlarını arzuladığı güzəştlərlə həyata keçirməyə icazə veribAzərbaycan Hava Yolları (AZAL) ilə Macarıstanın "Wizz Air" şirkəti razılığa gəlib.

Karabakhmedia.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov bunu təsdiqləyib.

Onun sözlərinə görə, AZAL "Wizz Air" şirkətinin təkliflərinin 99 faizini qəbul edərək razılıq əldə edib.

Arif Məmmədov həmçinin qeyd edib ki, 3 gün sonra - oktyabrın 27-də "Wizz Air"in rəsmi nümayəndələri Bakıya səfər edəcək və oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında rəsmi imzalanma mərasimi baş tutacaq.
"Biz onlara təklif etmişik ki, qış mövsümündə uçuşlar həyata keçirsinlər. Amma onlar mart ayından etibarən Budapeşt reyslərini bərpa edəcəklər. Özü də onların istədiyi güzəştlər əsasında", - deyə AZAL rəsmisi əlavə edib.

"Wizz Air" şirkəti əvvəllər Azərbaycana uçuşlar həyata keçirib. Bundan başqa, şirkətin reysləri də daha ucuz başa gəlirdi. Lakin bu ilin mart ayında aviaşirkət Azərbaycanda fəaliyyətini qəfil dayandırıb.

Səbəb kimi AZAL-ın inhisarçı siyasəti, biletlərin qiymətinin AZAL-dan daha ucuz olması göstərilirdi.

Hətta prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin iclasında AZAL-ın biletlərinin qiyməti haqqında danışıb və bildirib ki, dövlətdən subsidiyalar alan AZAL-ın təyyarələri də dövlət büdcəsi hesabına alınır.

Belə olan halda o, biletlərin qiymətinin baha olmasından narazılıq edib və qiymətin süni şəkildə qaldırıldığını vurğulayıb.
Bundan sonra AZAL biletlərin qiymətlərində dəyişikliklər etmiş, xarici şirkətlərlə əməkdaşlıq üçün müraciət etmişdi. Bu dəyişikliklər çərçivəsində "Wizz Air" şirkətinə də cari ildən mütəmadi reyslərin bərpası üçün 3 il müddətinə xüsusi güzəştli şərtlər təklif edilmişdi.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"