Qarabag Media
Haqqımızda Əlaqə

Telman İsmayılov müflis olub


Tarix:5-10-2015, 21:36 Kateqoriya:İqtisadiyyat

Telman İsmayılov müflis olubKarabakhmedia.az xəbər verir ki, "Moskva bankı" biznesmenə verilmiş kreditləri geri almaq niyyətindədir. Bank ondan 286 mln. dolların qaytarılmasını tələb edir.
Rusiyada fiziki şəxslərin müflisləşməsi haqqında bir müddət əvvəl qüvvəyə minmiş qanun çərçivəsində "Moskva bankı", AST şirkətlər qrupunun, eyni zamanda, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verib.


Oktyabrın 1-i Moskvada Arbitraj məhkəməsində verilmiş iddiayaya görə, 2012-ci ilin fevral ayından 2014-cü ilə kimi "Moskva bankı" "Ruslayn 2000" MMC və Holland Tropicano Finance B.V. şirkətinə ümumi məbləği 230 milyondan dollardan çox olan üç kredit verib. Bankın iddiasına əsasən, hər iki şirkət AST ilə əlaqəli olub və onun benefisiarı Telman İsmayılov kredit qaytarılmasına özünün müəyyən etdiyi müddəti qoyub.

İddiada deyilir ki, nə götürülən kreditin faizi, nə də, borcun özü ödənməyib. Odur ki, oktyabrın birinə kimi bütün cərimələr və gecikdirilmiş faizlərlə birgə ümumi borc 286,4 milyon dollara çatıb. Nəticədə "Moskva bankında" Telman İsmayılovu "xeyli vaxt ərzində pul öhdəliklərini icra etmir" və "o, ödəməqabilliyyətli deyil" kimi adlandırıblar. Bununla əlaqədar olaraq, bankın hüquqşünasları Telmanı məhkəməyə verib və onu müflis olmuş kimi tanımağı tələb edib.
Moskva bankının daxil olduğu VTB qrupunun mətbuat xidmətində baş verən hadisəni təstiqləsələr də, biznesmen özü bu haqda mətbuata heç bir məlumat vermək istəmir.

Bank nümayəndələrinin sözlərinə görə, bank əvvəlcə borclar haqqında məsələni dinc yolla həll etmək istəyib, lakin uğursuzluğa düçar olduqdan sonra məhkəmədə iddia qaldırıblar. Bu iddia üzrə qərara əsasən, İsmayılovun adına rəsmi qeydiyyatda olan bütün əmlaka həbs qoyulub.

Ümumiyyətlə, son illər Azərbaycan əsilli milyarderin işləri heç də yaxşı getmir. Cari ilin avqust ayında da Moskva bankı Arbitraj məhkəməsində Telman İsmayılovun firmasına qarşı iddia irəli sürüb. Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin edilməyib.Söhbət Telman İsmayılovun rəhbərlik etdiyi "AST" şirkətlər qrupundan Moskva Bankının 213 milyon dollarının geri alınmasından gedib.
"AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman hal-hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu Xeber"Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib.
Bundan başqa, onun Türkiyənin "Antalyaspor" klubunu satın almaq istədiyi deyilir. Hazırda onun oğlu "Antalyaspor"un vitse-prezidentidir.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”