Qarabag Media
Haqqımızda Əlaqə

İşbazlar maşın alanları belə soyur


Tarix:24-11-2015, 02:00 Kateqoriya:İqtisadiyyat

İşbazlar maşın alanları belə soyurPaytaxtın avtomobil bazarında canlanma hiss edilir. Bu canlanma istər bazarlara üz tutan alıcıların sayında, istərsə də alqı-satqıdan sonra avtomobillərin qeydiyyata salındığı notariuslarda gözə çarpır. Son bir neçə həftədə bəzi avtomobillərin qiymətində də artım hiss olunur.

ANS PRESS-in məlumatına görə, istər alıcılar, istərsə də satıcılar da qiymətlərdə artımın olduğunu təsdiq edirlər. Avtomobil alqı-satqısı ilə məşğul olan Seyid Məmmədov deyir ki, qiymət artımı ən çox dəyəri 20 min manata qədər olan və daha çox işlənmiş avtomobillərə aiddir.

"Məsələn son iki aya qədər 6-7 min manata olan 1997-1998-ci ilin "Merdeces" markalı avtomobillərin qiyməti indi 7 min 800- 8 min 500 manata qədər yüksəlib. Yaxud da 9 min manata qədər ucuzlaşan 2008-ci ilin "Hundai" markalı avtomobillər hazırda 10- 11 manat arasında dəyişir".
Satıcıların sözlərinə görə qiymət artımı ili 2005-ci ildən aşağı olan avtomobillərin taksi fəaliyyəti ilə məşğul ola biməyəcəyinə dair verilən qərarla bağlıdır. Hazırda bunu eşidən bütün taksi fəaliyyəti ilə məşğul olan şəxslər məcburdur ki, ili daha təzə olan maşınlar alsınlar. Bu bazarda canlanmaya səbəb olur.

"Digər bir məqam isə orta təbəqənin daha çox ili 2000-ə qədər olan avtomobillərə maraq göstərməsidir. Çünki orta təbəqəli insanların maddi durumu bu nəqliyyat vasitələrini almağa imkan verir. Hazırda isə ölkəyə ili 2005-dən aşağı olan avtomobillərin buraxılmaması da təbii ki, bazarda qıtlığa, nəticədə də qiymət artımına səbəb olur."

Bazarda müşahidə apardığımız müddətdə bahalı avtomobillərdə də qiymət artımının olduğunu gördük. Satıcılar isə artımın çox cüzi olduğunu deyirlər. Ceyhun adlı şəxs deyir ki, maklerlərin avtomobil qiymətlərini qaldırdığını görərək o da öz avtomobilimin qiymətini müəyyən qədər artırıb.

" Tək fərq odur ki, əvvəllər heç yaxınlaşıb soruşan yox idi, indi isə bəzi vətəndaşlar yaxınlaşıb qiymətlər ilə maraqlanırlar. Hətta əvvəlki qiyməti verən də oldu, ancaq mən razılaşmadım".
Qiymət artımının və avtomobil bazarında canlanmanın digər səbəbləri də var. “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri, ekspert Azər Allahverənov deyir ki, qiymət artımının və bazardaki canlanmanın əsas səbəbi son dövrlər bankların manatla olan kreditləri bərpa etməsidir. Bu da alıcılıq qabiliyyətinin artmasına təsir edən amillərdəndir.

"Ancaq ola bilər ki, bu yüksəlmə müvəqqəti xarakter daşısın və bir müddət sonra avtomobil bazarında yenidən durğunluq yaransın. Hazırda bazara avtomobillər bir qrup şəxslər tərəfindən gətirilir. Bunlardan biri xaricdən şirkətlər vasitəsi ilə gətirilən maşınlardır ki, heç bir avtomobil gətirən şəxs razı olmaz ki, xarici ölkədən baha qiymətə aldığı nəqliyyat vasitəsini dəyərindən aşağı, yaxud aldığı qiymətə satsın. Bazarda tələb və təklifin artması təbii ki, bu şəxslərin də fəallaşmasına səbəb olur."

Avtomobil bazarında apardığımız müşahidələrdə onun da şahidi olduq ki, qiymət artımından xəbəri olmayan bəzi vətəndaşların aldadılması da labüddür ki, bunu da bəzi işbazlar həyata keçirir. Maşınını gətirib bazarda satmaq istəyən insanlara qiymətlərin düşdüyünü deyərək onları aldadırlar. Daha sonra isə həmin avtomobilləri ucuz qiymətə alaraq daha baha qiymətə satışa çıxarırlar. Nəticə etibarilə bazarda süni qiymət artımı baş verir. Nəticədə bu alqı-satqıdan qazanan yalnız işbazlar olur.

Sentyabr ayının sonlarında da avtomobil bazarlarında araşdırma aparmışdıq. Həmin vaxt isə satıcılar bazarda alıcı qıtlığından və maşınların qiymətinin aşağı düşdüyündən şikayət edirdilər. Bunu ilin ilk 8 ayında Azərbaycana avtomobil idxalı keçən ilin eyni dövrü ilə müqaisədə 50%-dən daha çox azalmasından da görmək mümkün idi.

Ancaq bazarda canlanma yaranmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən bu ilin 10 ayı ərzində ölkəyə gətirilən avtomobillərin sayında ötən ilin müvafiq dövrü ilə müqaisədə 50%-dən daha çox azalma var. Belə ki, 2014-cü ilin noyabr ayına qədər respublikaya 47 379 minik avtomobili gətirilmişdisə, bu ilin eyni dövründə həmin rəqəm 21497-dir.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı