Qarabag Media
Haqqımızda Əlaqə

Cüdoçumuz Əbu-Dabidə medal qazandı


Tarix:26-10-2015, 00:07 Kateqoriya:İdman

Cüdoçumuz Əbu-Dabidə medal qazandıAzərbaycan cüdoçusu Hidayət Heydərov BƏƏ-in paytaxtı Əbu-Dabidə gənc cüdoçular arasında keçirilən dünya çempionatında 3-cü olub.

Karabakhmedia.az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov dünya birinciliyində yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. Fələstin, Kosta-Rika, Avstriya və Niderland Krallığı idmançılarını məğlub edən Heydərov yarımfinalda Yaponiya cüdoçusu Masaya Asariyə uduzub. Üçüncü yer uğrunda görüşdə kolumbiyalı Xuan Telyoya qalib gələn idmançımız mundialın bürünc medalına sahib çıxıb.
Yarışda 73 kiloqram çəki dərəcəsində yarışan milli komandamızın digər üzvü Hüseyn Rəhimli dünya birinciliyində ilk görüşünü Böyük Britaniya cüdoçusu Erik Hamaya qarşı keçirib.

Bu görüşdə qələbə qazanan Rəhimli sonra avstraliyalı Sem Kinq, sloveniyalı Yan Kozak və qazaxıstanlı Didar Həmzəni də məğlub edərək yarımfinala çıxıb. Bu mərhələdə cüdoçumuz Gürcüstan nümayəndəsi Tamazi Kirakozaşviliyə məğlub olub. Bürünc medal uğrunda görüşdə braziliyalı Linkoln Neveslə qarşılaşan Hüseyn Rəhimli rəqibinə uduzaraq beşinci yeri tutub.

Qızların yarışında isə Azərbaycan idmançısı Səkinə Zayırova ilk görüşdə mərakeşli İkram Soukateyə yenilərək mübarizəni dayandırıb.

Abu-Dabidə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında yaşı 20-dən aşağı olan 800-dən çox idmançı iştirak edir.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”