Qarabag Media
Haqqımızda Əlaqə

ABŞ Rusiyanın diqqətini Dağlıq Qarabağda müharibə ola biləcəyinə yönəldir


Tarix:17-02-2016, 19:24 Kateqoriya:Hüquq / Qarabağ

ABŞ Rusiyanın diqqətini Dağlıq Qarabağda müharibə ola biləcəyinə yönəldirSon zamanlar Qərblə Rusiya arasında olan münasibətlər fonunda Qafqazda münaqişə ocaqlarının aktivləşəcəyi barədə bəyanatların verilməsi gözləniləndir. Rusiyanın ətrafında müxtəlif bölgələrdə hərbi əməliyyatların alovlanmasının mümkünlüyü ilə bağlı bəyanatlar verilir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş bəyanat da bu qəbildəndir.

Bunu Trend-ə "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov deyib.

Ekspert bildirib ki, lakin bu barədə düşünməyə əsas da var: "Keçən il Dağlıq Qarabağ və sərhəd bölgəsində çoxlu hərbi hadisələr olmuşdu. Bu bölgədə hərbi fəaliyyətlər aktivləşmişdi. ABŞ rəsmisinin bölgədə müharibə ocağının aktivləşməsi ilə bağlı mövqeyini iki mənada qiymətləndirirəm. Birincisi, Rusiyanın hakim dairələrinin diqqətini Dağlıq Qarabağda müharibə ola biləcəyinə yönəltməkdir. İkincisi, münaqişə doğrudan da hər an alovlana bilər. Bunu əngəlləyən bir maneə yoxdur. Çünki danışıqlar prosesi fayda vermir, Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil, satus-kvonu Azərbaycan qəbul etmir. Əslində, dünyanın siyasi dairələri də status-kvonu qəbul etmir. Hətta Minsk qrupunun həmsədrləri də status-kvoya qarşı çıxış edirlər. Amma AŞPA-dakı son müzakirələr zamanı onlar faktiki olaraq status-kvoya səs verdilər. Belə bir situasiyada ABŞ rəsmisinin belə bəyanat verməsi gözləniləndir".

E.Ələsgərov həmçinin qeyd edib ki, ABŞ özəl kəşfiyyat araşdırmaları mərkəzi "Stratfor" Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu istiqamətində strateji əhəmiyyətli “Odundağ” yüksəkliyində nəzarəti əldə etməsindən yazdı: "Silahlı Qüvvələrimiz həmin ərazidə mövqelərini möhkəmləndirdi, qurğular qurdu. Bununla da, İcevan yolu Azərbaycan Silahlı Qüvvələri tərəfindən tam nəzarətə götürülür. Bu, ermənilərdə çox qısqanclıq yaratdı. Reallıq odur ki, ABŞ bu məsələyə kifayət qədər ciddi diqqət ayırdı. Və təbii ki, Dağlıq Qarabağın ətrafında olan bütün hərbi hadisələr, atəşkəs rejiminin pozulması, ümumiyyətlə, hərbi balans, real situasiya ABŞ-ın diqqət mərkəzindədir".

Qeyd edək ki, ABŞ Milli Kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda Azərbaycan və Ermənistan arasındakı gərginliyin 2016-cı ildə də davam edəcəyi bildirilir.

Klepper hesab edir ki, Azərbaycanın artan hərbi qüdrəti Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlaması təhlükəsini artırır.

Hesabatda bildirilir ki, Azərbaycanın Qarabağdan imtina etmək niyyəti yoxdur, Ermənistan isə işğal etdiyi əraziləri azad etməyə tələsmir. Bunlar münaqişənin dinc yolla həllini çətinləşdirir.

Eyni zamanda xatırladaq ki, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçib.

Azərbaycan Müdafiə Nazirliyi sözügedən məsələ ilə bağlı yanvarın 25-də verdiyi açıqlamasında bildirib: "Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib".










SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirildi - FOTOLAR
Atılan addımlar milli birliyə xidmət edir
Şuşa-Laçın yolu - 2019/VİDEO
Putin istefa verən Nazarbayevə zəng edib
Ceyhun Salmanova vəzifə verdi - Sərəncam
Nursultan Nazarbayev istefa verib
Prezidentlə Xanımı Novruz şənliyində
Ərdoğandan Avropaya sərt etiraz
Sənətilə Sumqayıtda ucalan həkim
Erməni Marqarita Simonyanın əri Bakıda – “Sputnik”də toplantı keçirdi, Azərbaycan jurnalistlərini təhdid etdi – FOTO
Problemli kreditlərlə bağlı Apellyasiya Komitəsi yaradılır
Qarabağ seprataçılarının keçmiş komandanı müharibə anonsu verib
Əli Nağıyev Əli İnsanovun çıxışına münasibət bildirdi: “Dedikləri hamısı səhvdir, gərək 15 il əvvəl məni dinləyərdi...”
Mənim mifik tanrım, sevgi tanrısı, Ayzıt (duyğu)
NATO Rusiyanı Krımı Ukraynaya qaytarmağa çağırıb
Prezident Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib
Çinarə Ömray "Yalquzaq ulartısı"ndan yazır...
Mərkəzi Bank yenilənmiş 10 manatlıq pul nişanını dövriyyəyə buraxır
“Traxtur” turnir cədvəlinin 1-ci pilləsinə yüksəldi - Güney Azərbaycan
Ermənilər Xankəndidə İran təyyarəsini NİYƏ VURDU: diplomatlar öldü - Tarix
Çanaqqala zəfərindən 104 il ötür - VİDEO
Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib
Vüqar Bayramov: "Evlərin rəsmiləşdirilməsi üçün simvolik məbləğ müəyyənləşdirilməlidir"
Energetika naziri Pərviz Şahbazov rusiyalı həmkarı Aleksandr Novakla görüşüb
"Mən elə bilirdim, şərəflə yaşamağı öyrənirəm, sən demə, həm də şərəflə ölməyi öyrənmişəm…"
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri ABŞ mediasına müsahibə verdi
Azərbaycanla Səudiyyə arasında memorandum imzalandı
Qiyas İbrahimov və Fikrət Fərəməzoğlu azadlığa çıxdı