Qarabag Media
Haqqımızda Əlaqə

ABŞ Rusiyanın görüş tələbini qəbul etmədi


Tarix:15-10-2015, 19:23 Kateqoriya:Dünya

ABŞ Rusiyanın görüş tələbini qəbul etmədiRəsmi Vaşinqton Rusiyanın baş naziri Dimitri Medvedevin rəhbərliyindəki nümayəndə heyətinin iştirakı ilə görüş tələbini qəbul etməyib. Karabakhmedia.az-ın məlumatına görə, Ağ evin sözçüsü Coş Ernest gündəlik mətbuat brifinqində jurnalistlərə bu barədə məlumat verib. Ernest, ABŞ rəhbərliyinin indilik belə bir niyyəti olmadığını açıqlayıb.
Konkret danışmaq lazımdırsa, ruslar İŞİD məsələsində konstruktiv addım atmadıqca onlarla görüşmək kimi bir niyyətimiz yoxdur.

Rusiyanın Suriyada özünəməxsus fərqli planları olduğunu və bu istiqamətdə hərəkət etdiklərini deyən Coş Ernest rəsmi Moskvanın ABŞ rəhbərliyi ilə görüşmək istəməsinə təəccüblənmədiyini qeyd edib.
“Putinin çarəsizlik içində Rusiya hökumətinin 2-ci şəxsini rəsmi Vaşinqtonla görüşə yollayıb onlarla birlikdə addım atmaq istiqamətində danışıqlara cəhd etməsi təəccüblü deyil. Bu, kar biri ilə söhbət eləmək kimidir. Bu sadəcə ABŞ-la əlaqəli yox, həmçinin İŞİD-ə qarşı mübarizə aparan 65 ölkəni də əlaqədar edən bir vəziyyətdir. İrana aid hərbçilərin hələ də Suriya daxilində toplaşmaları barədə məlumatlar alırıq. Regionda baş verənləri yaxından izləyirik.”
Coş Ernest çıxışının sonunda rəsmi Moskvanın ABŞ rəhbərliyi ilə görüşmək tələbinə təəccüblənmədiyini təkrar vurğulayıb.

Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.

Başda ABŞ olmaqla bir sıra Qərb dövlətləri Putinin bu addımını etirazla qarşılayıb.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı