Qarabag Media
Haqqımızda Əlaqə

Türkiyədə təhlükəsizlik şurasının iclası başa çatdı


Tarix:6-10-2015, 18:48 Kateqoriya:Dünya

Türkiyədə təhlükəsizlik şurasının iclası başa çatdıTürkiyənin Baş Naziri Əhməd Davudoğlunun rəhbərliyində “Çankaya” köşkündə keçirilən Təhlükəsizlik Şurasının İclası başa çatıb.

Karabakhmedia.az-ın məlumatına görə, iclasda əsasən Türkiyə-Suriya sərhəddində hava sahəsinin pozulması, Suriya və İraqdan, habelə Türkiyə daxilindən ölkəni təhdid edən terror problemi müzakirə olunub. Təxminən 3 saat davam edən iclasdan sonra mətbuat və ölkə ictimaiyyəti üçün bəyanat yayılıb.
İclasda Suriyada baş verən hadisələr, Türkiyə-Suriya sərhəd bölgəsində hava sərhəddinin pozulması və digər məsələlər ətraflı müzakirə olunub. Həmçinin, bundan sonra hava sərhəddi pozulacağı təqdirdə atılacaq addımlar dəyərləndirilib.

NATO-nun şurasında ötən gün keçirilən müzakirələr və Türkiyə ilə həmrəylik ifadə edən bəyanat razılıqla qarşılanıb.

İclasda Suriya və İraqdan ölkəmizə yönələn terror təhlükəsi ilə ölkə daxilində davam edən terrorla mübarizə əməliyyatlarının son vəziyyəti ətraflı müzakirə olunub. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və terror təhlükəsini neytrallaşdırmaq üçün əməliyyatlarımız qərarlılıqla davam edəcəkdir.” – deyə bəyanatda bildirilir.

Baş nazir Əhməd Davudoğlunun rəhbərliyində keçirilən iclasda baş nazirin müavinləri Yalçın Akdoğan və Tuğrul Türkeş, ədliyyə naziri Kənan İpək, daxili işlər naziri Selami Altınok, quru qoşunları komandiri ordu generalı Salih Zeki Çolak, dəniz qüvvətləri komandiri admiral Bülent Bostanoğlu, hərbi hava donanmasının komandiri ordu generalı Abidin Ünal, baş qərargahın ikinci sədri ordu generalı Yaşar Gülər, jandarm idarəsinin komandiri general-leytnant İbrahim Yaşar, xarici işlər nazirinin müavini Naci Koru, AKP İstanbul milletvekili Əli Sarıkaya, baş nazirin müşaviri Kamal Mədənoğlu, MİT sədri Hakan Fidan, ictimai asayiş və təhlükəsizlik müşaviri Məhəmməd Dervişoğlu, xarici işlər nazirliyinin müşaviri Əhməd Muxtar, polis rəisi Cəlaləddin Ləkəsiz, baş nazirlik mətbuat müşaviri Osman Sərt, baş nazirliyin baş müşaviri Hatəm Ete ve başnazirlik xarici əlaqələr müşaviri Kamal Öken iştirak edib.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sarı zolaq qadağasının tətbiq ediləcəyi prospektlərin adları açıqlandı - Diqqətli olun
ŞAMAXIDA QƏDİM MƏSCİD AŞKAR EDİLDİ
Azərbaycanda "Facebook" və "Instagram" çökdü
Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi
Laçınlılar ABŞ, Rusiya və Fransa səfirliklərinə etiraz bəyanatlarını çatdırdı — VİDEO
Bu gün Şah İsmayıl Xətainin doğum günüdür
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
Türkiyə təhlükəsizlik qüvvələri başına 1.5 milyon mükafat qoyulmuş PKK-çını məhv etdi
Qənirə Paşayeva “AMEA-nın professoru” seçilib
ABŞ Türkiyəyə sanksiya tətbiq edəcəkmi?
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Əflatun Amaşov: “Keşikçidağ gərginliyinin yaranmasında onlar maraqlıdırlar”
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ - I Hissə
"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"
Cəlilabadda Qadın sahibkarlığının inkişaf etdirilməsi mövzusunda tədbir keçirilib - FOTOLAR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO