Qarabag Media
Haqqımızda Əlaqə

YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil olan qədim Palmira şəhəri məhv ediləcək


Tarix:5-10-2015, 22:03 Kateqoriya:Dünya

YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil olan qədim Palmira şəhəri məhv ediləcəkKarabakhmedia.az-ın məlumatına görə, Suriya muzeyi və qədim abidələr departamentinin direktoru Abdel-Qonur Maamun deyibki, İŞİD Palmira şəhərində Roma dövrünə aid antik Zəfər qövsünü partladıb. Bundan başqa, onlar daha iki məbədi də Bela və Baal-Şaminanı yerlə-yeksan ediblər.

Direktor Zəfər qövsünün tarix üçün çox əhəmiyyətli bir abidə olduğunu söylədi.
"Bu sanki qabaqcadan düşünülmüş bir ssenaridir. Palmirada qədim məbədləri məhv etmək, onu bir şəhər kimi Yer kürəsindən silmək deməkdir."
Amma Suriya tarixçisi bildirib ki, Palmiranın qurtuluşuna ümid var. Əgər Suriya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə hücuma keçərsə və şəhəri İŞİD-dən azad edərsə, o zaman tariximizi bərpa edə bilərik.

"Biz vətənimiz və onun tarixinin müdafiəsi üçün məsuliyyət daşıyırıq. Amma bu faciə ilə mübarizəyə bizə kömək lazımdır. İŞİD ilə mübarizə üçün Rusiya ilə indiki ittifaq tarixə qızıl hərflərlə yazılacaq", - deyə Abdel-Qonur qeyd edib.

İyirmi metrlik Zəfər qövsü bizim eranın II əsrinin sonu, imperator Septimiya Severin hakimiyyəti dövründə inşa edilib. Həmin abidə Palmira şəhəri kimi Roma stilində tikilib. Qövsün zirvəsində imperatorun adı yazılıb, lakin, onu partladarkən, həmin hissə sınıb.

İŞİD terroristləri cari ilin avqustunda Palmirada Baal-Şamin antik məbədini partladıblar. Həmin məbəd eramızın I əsrində tikilib. Ona Baalun Allahının adı verilib. Məbəd qismən bərpa edilib.
Sentyabrda isə terrorçular daha 3 qalanı da partladıblar. Dağıntıya məruz qalan qalalardan ən məşhuru isə Elaxbelanın dəfn qalasıdır (bizim eranın 103-cü ili). Qala məhv olunduqdan sonra onun yerinə yalnız yeraltı sərdabə qalıb.

Abdel-Qonur həmin məbədlərin bərpası üçün milyardlarla məbləğin lazım olacağını söyləyib.

Palmira - Suriyada YUNESKO-un Ümumdünya mirasına daxil olan altı obyektindən biridir. Cari ilin may ayından şəhər İŞİD silahlılarının nəzarəti altındadır. Suriya ordusu Palmiradakı sakinləri və mərkəzi muzeyin ən qiymətli tarixi qalıqlarını təxliyə edib. Şəhər tutulduqdan sonra orada yerləşən antik məbədlər, qövslər məhv edilib.
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır
Zelenski Qara dənizdə qırmızı şortikdə
Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
Şəkidə Xan Çinar qırıldı: yaralılar var - VİDEO
Tiflisdə etiraz davam edir: Nazir istefaya gedəcəkmi?
Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi
İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR
Güclü külək 20-yə yaxın ağacı aşırıb - Bakıda
İlham Qəhrəman - "Könül işi"
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar
Türk komandolar bölgəyə girdi – “Pəncə-2” ilə AĞIR ZƏRBƏ
Cümhuriyyət varislərinə medallar təqdim olunub
Goranboyda baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluqdan AÇIQLAMA