Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyanın Türkiyəyə qarşı yeni “kozrı”


Tarix:31-12-2015, 19:36 Kateqoriya:Dünya

Rusiyanın Türkiyəyə qarşı yeni “kozrı”Rəsmi Moskva Türkiyənin cənub – şərqində separatçı PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatına qarşı keçirilən hərbi əməliyyatlara görə narahatlığını açıqlayıb. Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısındakı çıxışı zamanı danışıb. Lavrov bu əməliyyatlar zamanı aralarında qadın və uşaqların da olduğu çox sayda günahsız insanın öldüyünü iddia edib.

“Türkiyə hökumətinin ölkənin cənub-şərqində, kürdlərin kompakt yaşadığı yerlərdə keçirdiyi əməliyyatları təşvişlə izləyirik. Bəzi şəhərlərdə komendant saatı tətbiq olunur və bu yerlərdən avtomobillərin keçməsinə izn verilmir. Əməliyyatların keçirildiyi yerlərə siyasətçilərin, jurnalistlərin və hüquq müdafiəsi təşkilatlarının girişi qadağan olunub. Bəzi bölgələrdə ərzaq çatışmazlığı var və vəziyyət humanitar fəlakətə yaxındır.”
Türkiyə hökumətini zorakılığı dayandırmağa səsləyən Rusiyanın ali diplomatı rəsmi Ankaranı “sülh prosesini” bərpa etməyə dəvət edib.

“Türkiyə hökumətini bu zorakılığı ən yaxın vaxtda dayandırmaq üçün lazımi addımları atmağa və 2015-ci ilin iyulunda razılaşdırılan “sülh prosesi”nə yenidən başlamağa dəvət edirik. Kürd probleminin həllinin təməlində siyasət var. Daxili problemləri silah yoluyla həll etməyə çalışmaq yeni itkilərə və vəziyyətin daha da gərginləşməsinə səbəb olar.”
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb.

PKK terror təşkilatının siyasi qolu Xalqların Demokeratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş ötən həftə Rusyanın paytaxtı Moskvada səfərə getnişdi. Bu səfəri şərh edən bəzi politoloqlar, rəsmi Ankara ilə aralarında olan gərginlik səbəbindən Rusiyanın Türkiyədəki PKK terror təşkilatına dəstək verəcəyini iddia etmişdi.

Demirtaşın Rusiya səfərindən sonra Türkiyədəki separatçılar ölkənin müxtəlif şəhərlərində aktiv terror fəaliyyətlərinə başlayıblar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”