Qarabag Media
Haqqımızda Əlaqə

Şaxta Babanı da erməni çıxardılar


Tarix:31-12-2015, 04:49 Kateqoriya:Dünya

Şaxta Babanı da erməni çıxardılarErmənilər iddia edirlər ki, Şaxta Baba Ermənistanın qədim simvollarından biridir.

Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Ermənistanın tarix elmləri doktoru, professor-etnoqraf Rafael Naapetyan bildirib. O, keçirdiyi mətbuat konfransında Ermənistanda Yeni il bayramının tarixi haqqında danışıb.

"Ermənistanda Yeni il çoxdan qeyd edilir, sadəcə, “Amanor”, “Nor tari”, “Taremut”, “Tareqlux” kimi adlarla tanınıb. Bundan başqa, ermənilər bu bayramı çar dövründən rəiyyət vaxtına qədər böyük çoşğu ilə, cıdır yarışları keçirərək qeyd edib", - deyə professor bildirib.

Onun sözlərinə əsasən, tarixdə bu bayramın köklərinin eramızdan əvvəl 2492-ci ilə qədər gedib çıxdığı haqqında da məlumatlar var.

Rafael Naapetyan belə bir qənaətə gəlib ki, ilk Şaxta Baba - Nikalay Çudotveriçdir. O, 280-ci ildə anadan olub və onun mənşəyi ermənidir. Nikolayın şərəfinə Avropada yüzlərlə kilsə tikilib.

"Nikolayın missiyası insanları müalicə etmək olub. Onun gəlişi ilə hər ailədə sevinc hissi yaşanıb. Ona görə onu sonralar Şaxta Baba adlandırmağa başladılar. Rusların Şaxta Babası isə əvvəllər mənfi obraz olub. Çünki o, ətrafda hər şeyi dondurub. Daha sonra o, xeyirxah işlər görərək insanlara xoşbəxtlik gətirib", - deyə erməni alim qeyd edib.

Rafael Naapetyan onu da əlavə edib ki, erməni tarixçilərinin iddiasına görə, ermənilərin özlərinin Şaxta Babası olub və bu obrazı Saak Parter ifa edib. O, uşaqların ən sevimli obrazlarından biri olub və onu Meç Papuk adlandırıblar.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Barış Pınarı" əməliyyatı çərçivəsində 1200-ə qədər terrorçu zərərsizləşdirilib
SOCAR və “Uzbekneftqaz” birgə müəssisə yaradacaq
İlham Əliyev Sumqayıt bulvarında yaradılan şəraitlə tanış olub
Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı
Cəsədi döyüş meydanında qalan 19 yaşlı şəhid - Milli Qəhrəman Mehman Sayadovun doğum günüdür
BDU-nun yataqxanasında ölən qızın kimliyi bilindi + YENİLƏNİB
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"
Ağır iqtisadi vəziyyətdə olan İran Rusiyadan 5 milyard dollar kredit istəyib
Əli Əsədovdan ikili diplomla bağlı QƏRAR
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib
Tehran ABŞ-a nota göndərib
Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə getdi
Azərbaycan əhalisinin sayı açıqlandı
4 rayonda "ASAN Xidmət" açılacaq
"Bu variant üzərində işləyək" – Paşinyandan Qarabağ təklifi
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib
Həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş tədbir keçirilib
“Qoy məni öldürsünlər, dörd yerə parçalasınlar, amma qanunlar işləməlidir, bəsdir artıq...”
Ölümə doğru uçuş, göz yaşı tökdüyü yerdə qazılan məzar – Şəhid ziyalılarımız
Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
Hakimiyyət qorxuya düşüb – “Traxtur” komandasının Təbrizdə keçirəcəyi görüş ləğv olunub
İsrail Suriyada 20-dən artıq hədəfi vurdu
İsgəndər Həmidov siyasətdən getdi: “Daha yaşlanmışam...”
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı