Qarabag Media
Haqqımızda Əlaqə

İstanbuldan Azərbaycana reyslər təxirə düşdü


Tarix:30-12-2015, 19:34 Kateqoriya:Dünya

İstanbuldan Azərbaycana reyslər təxirə düşdü İstanbulda gözlənilən çovğunla əlaqədar 142 təyyarə reysi təxirə salınıb. Karabakhmedia.az saytı xəbər verir ki, təxirə salınan reyslər arasında Azərbaycanın paytaxtı Bakıya nəzərdə tutulan uçuş da var.

Türk Hava Yollarının (THY) rəsmi səhifəsində yerləşdirilən elanda bu barədə qeyd edilib: "Hörmətli sərnişinlər, İstanbulda dekabrın 30-da başlayacaq qar yağışı 31-də güclənəcək. Bu səbəblə də İstanbul Atatürk və Sabiha Gökçen Hava limanlarından yüklənməni azaltmaq üçün aşağıdakı reyslər təxirə salınıb".
30 dekabr - Atatürk hava limanı - xarici uçuşlar Bişkek, Sofiya, Tehran, daxili uçuşlar Ankara, Konya, Amasya.
31 dekabr - Sabiha Gökçen hava limanı - daxili uçuşlar Ankara, Trabzon, Konya, Diyarbakır, Erzurum, İzmir, Antalya.

31 dekabr - Atatürk hava limanı - daxili uçuşlar Mardin, Elazığ, Ağrı, Iğdır, Van, Sivas, Erzurum, Muş, Batman, Mardin, Adıyaman, Amasya, Sinop, İzmir.

31 dekabr - Atatürk aeroportu - Almatı, Kabil, Bəsrə, Milan, Bakı, Venesiya, Hamburq, Münhen, Brüssel, Batman, Düsseldorf, Kazan, Naxçıvan, Gəncə, Sürix, Riqa, Tiflis, Bişkek, Ulan Bator, Köln, Təl Əviv, Lissabon, Tallin, Ştuttqart, Küveyt, Rotterdam, Oslo.

Sərnişinlərdən uçuşdan öncə hava limanları ilə əlaqə saxlamaq xahiş edilib.
Türkiyədə son 10 ilin ən güclü çovğunu barədə xəbərdarlıq edilib. Meteorologiya idarəsi havanın temperaturunun 15 dərəcə düşəcəyini, Sibir soyuqlarının müşahidə ediləcəyini açıqlayıb. Güclü qar yağışı müşahidə ediləcək.

İstanbul bələdiyyəsi ehtiyac olmadıqca şəxsi maşınlarla yola çıxmamağı, təkərlərə zəncir taxılmalı olduğu, elektrik, su və istilik sistemlərinin kəsintisinə hazır olmaq, yaşlı uşaq, ürək və ağciyər xəstəlikləri olanları mümkün qədər havaya çıxarmamaq barədə xəbərdarlıq edib.

Hər ehtimala qarşı buzlaşan yollarda istifadə üçün yol kənarlarına 25 kq-lıq kisələrdə 40 ton duz qoyulub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır
Zelenski Qara dənizdə qırmızı şortikdə
Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
Şəkidə Xan Çinar qırıldı: yaralılar var - VİDEO
Tiflisdə etiraz davam edir: Nazir istefaya gedəcəkmi?
Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi
İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR
Güclü külək 20-yə yaxın ağacı aşırıb - Bakıda
İlham Qəhrəman - "Könül işi"
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar
Türk komandolar bölgəyə girdi – “Pəncə-2” ilə AĞIR ZƏRBƏ
Cümhuriyyət varislərinə medallar təqdim olunub
Goranboyda baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluqdan AÇIQLAMA