Qarabag Media
Haqqımızda Əlaqə

İsrail “Mavi Mərmərə”yə görə 20 milyon dollar ödəyəcək


Tarix:18-12-2015, 20:08 Kateqoriya:Dünya

İsrail “Mavi Mərmərə”yə görə 20 milyon dollar ödəyəcəkTürkiyə və İsrail arasında münasibətlərin gərginləşməsinə səbəb olan "Mavi Mərmərə" hadisəsi ilə bağlı razılıq əldə edilib. Karabakhmedia.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, razılaşmanın bəzi detalları da açıqlanıb.

10 nəfərin ölümü ilə nəticələnəngəmi gərginliyindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heyətlər İsveçrədə bir araya gəliblər. İsrail mətbuatı beş maddəlik bir "yol xəritəsinin" qəbul edildiyini yazıb. Türkiyə tərəfi isə hələlik qəti razılıq əldə edilmədiyini açıqlayır.

İsrailin "Haaretz" qəzetinin məlumatına görə, Sürixdə keçirilən görüşdə hələlik bəzi detallar üzərində işin davam etdiyini, ilkin "yol xəritəsində" aşağıdakı maddələr yer alıb:

1. İsrail "Mavi Marmara"da zərərçəkənlərə və qurbanlara görə, 20 milyon dollarlıq təzminat fondu yaradacaq
2. Türkiyə və İsrail qarşılıqlı olaraq səfir təyin edəcək
3."Mavi Marmara" hücumu ilə bağlı israil hərbçilərinə qarşı qaldırılan məhkəmə dayandırılacaq.
4. Türkiyə "Həmas" lideri Salih əl-Aruriyi deportasiya edəcək. Təşkilatın türkiyədəki fəaliyyəti məhdudulaşdırılacaq.
5. Türkiyə və İsrail təbii qaz sahəsində işbirliyi edəcək. Türkiyə qarşı tərəfdən qaz alacaq. İsrail Türkiyədə inşa ediləcək boru xətti ilə Avropaya qaz nəql edəcək.

Məlumat üçün qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu bir müddət öncə iki ölkə arasında qaz boru xəttinin inşaası ilə bağlı razılıq əldə edilə biləcəyini demişdi. O, bu məqsədlə rəsmi Ankara ilə danışıqlar aparıldığını qeyd edib.

İsrail-Türkiyə arasında bir boru xəttinin inşa edilərək Türkiyəyə qaz satışının reallaşması 5 ildir ki, gündəmdədir. Ancaq iki ölkə arasında yaranmış gərginlik bu layihənin donmasına səbəb olmuşdu. Netanyahunun son açıqlaması isə yenidən ümid yaranmasına səbəb olub.

Söhbət 10 milyard kubmetr qazdan gedir. Bu da Türkiyənin Rusiyadan idxal etdiyi 30 milyard kubmetr qazın 1/3 deməkdir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”
Türkiyə Aralıqda dənizində qaz yatağı tapdı - Sensasion iddia
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
AVRO-2020: Bilet sifarişində rekord qeydə alındı - 19,3 milyon
Rusiya Azərbaycanlıları İttifaqı MeqaFon mobil operatoruna səhvini düzəltdirdi
Növbəti erməni həyasızlığı - VİDEO
Bakı-Batumi aviareyslərinin sayı artırılır
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı
Paşinyanın xeyriyyə fondu Laçındakı erməni balaları üçün bağça açdı - FOTOLAR
Baş Prokurorluq: "Şəki Xan Sarayında budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub"
Gürcüstan DİN Keşikçi Dağla bağlı ictimaiyyətə müraciət etdi
Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
Onlar 3 dost idilər - Laçında eyni döyüşdə həlak olan şəhidlərin anım tədbiri keçirildi – FOTO/VİDEO
Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu
Rusiya və Türkiyənin ortaq tarixinə dair bədii film çəkiləcək-VİDEO
Sən ağlama, mən ağlayım, gözəlim... Əhməd Cavadın Şükriyyəsi - Günel EYVAZLI yazır
Zelenski Qara dənizdə qırmızı şortikdə
Prezident Şəkidə baş vermiş hadisəni nəzarətə götürdü, FHN helikopter göndərdi
Şəkidə Xan Çinar qırıldı: yaralılar var - VİDEO
Tiflisdə etiraz davam edir: Nazir istefaya gedəcəkmi?
Qənirə Paşayeva İsveçrədə Azərbaycan həqiqətlərindən danışıb
Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi
İrəvan xanları 300 il bu sarayda yaşayıb - Əşyalarını zirzəmidə toz basmışdı, yeni tapılıb - FOTOLAR
Güclü külək 20-yə yaxın ağacı aşırıb - Bakıda
İlham Qəhrəman - "Könül işi"
Mikoyan və Suslovun “millətçilikdə” günahlandırdığı Nazim Hacıyev kim olub?
Fəallar güney azərbaycanlı siyasi məhbuslara dəstək vermək məqsədi ilə Savalan dağına çıxdılar
Türk komandolar bölgəyə girdi – “Pəncə-2” ilə AĞIR ZƏRBƏ
Cümhuriyyət varislərinə medallar təqdim olunub
Goranboyda baş vermiş hadisə ilə bağlı DİN və Baş Prokurorluqdan AÇIQLAMA