Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: Putin məni yaxşı tanıyır


Tarix:14-12-2015, 21:40 Kateqoriya:Dünya

Ərdoğan: Putin məni yaxşı tanıyır"Heç bir ölkə bölgədə gərginliyin artmasını istəmir. Hansı ölkəyə, millətə məxsus olduğu bilinməyən təyyarənin dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən sərhədi pozması nəticəsində belə bir hadisə yaşandı. Bu vəziyyətin yaranması düşündürücüdür, təəssüfedicidir. Belə hadisə ilə qarşı-qarşıya gəlməyi arzu etməzdik".

Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Ərdoğanın sözlərinə görə, xəbərdarlıqlara qulaq asmayan, fikir verməyən bir pikotun səhvi ucbatından baş verən hadisə iki ölkə arasındakı əlaqələrə, üstəlik strateji münasibətlərə təsir etməməlidir. Prezident Rusiya ilə gərginliyin qısa müddətdə aradan qalxacağına ümid etdiyini bildirib.

Ərdoğan son günlər mətbuatda yayılan "Ərdoğan və Putinə tələ quruldu?" başlıqlı xəbərlərə də münasibət bildirib: "Bu məlumatların nəyə əsaslanaraq yazıldığını başa düşməkdə çətinlik çəkirəm. Mediada istehsal edilən ssenariləri, şərhləri anlamaq mümkün deyil".

Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinin Ankaraya qarşı sərt açıqlamalarını xatırladıb və bildirib ki, iki ölkə arasında yaranan gərginlik diplomatik yolla həllini tapmalıdır.
"Putin məni yaxşı tanıyır. O yaxşı bilir ki, biz arxadan bıçaq vurmarıq. Putin istər Türkiyə səfərində, istərsə də daha əvvəllər də görüşümüzdə mənə qarşı çox müsbət fikirdə olub. Dolayısı ilə Putinin hadisə baş verəndən dərhal sonra hissi davranaraq açıqlamalar verdiyini düşünürəm. Vəziyyətin daha da gərginləşməsinə fürsət vermədən diplomatik yollarla məsələni həll etmək, bundan əvvəlki münasibətlərimizi bərpa etmək lazımdır", deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti bundan əvvəl isə Putinə sərt xəbərdarlıq etmişdi. Ərdoğan bildirmişdi ki, Türkiyə heç bir halda hissləri ilə addım atmayıb və bundan sonra da atmayacaq: "Bütün dünya haqlı olduğumuzu qəbul edir. Rusiya isə həddindən artıq kəskin reaksiya verir. Biz bunu təəssüflə izləyirik. Əgər Rusiya bu təpkilərini davam etdirəcəksə, biz də öz tədbirlərimizi həyata keçirmək məcburiyyətində qalacağıq".

Noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”