Qarabag Media
Haqqımızda Əlaqə

Fransadan erməniləri üzəcək qərar


Tarix:6-12-2015, 20:36 Kateqoriya:Dünya

Fransadan erməniləri üzəcək qərarFransada respublikaçılar tərəfindən milli məclisdə səsverməyə çıxarılan, qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilməyib. Karabakhmedia.az-ın məlumatına görə, qanun layihəsi yenidən müzakirə olunmaq üçün Ədalət Komissiyasına göndərilib.

Qanun layihəsinə görə qondarma erməni soyqırımını inkar edənlər üçün 5 il həbs cəzası və 45 euro cərimə tələb olunurdu.

Fransada anamüxalifətçi Respublika partiyasının Marsel millət vəkili Valeri Buayenin önçülüyü ilə qanun layihəsi noyabrın 25-də senatın Ədalət komitəsində müzakirə olunmuş və dekabrın 3-də səsverməyə çıxarılmışdı.
Bu barədə danışan Buaye 2011-ci ildə hazırladığı layihənin, söz azadlığına zid olduğu irəli sürülərək Konstitusiya məhkəməsi tərəfindən ləğv olunduğunu xatırtlatmışdı. Millət vəkili bu dəfə hazırladığı layihənin söz azadlığından sui-istifadə kimi yox, bəşəriyyətə qarşı işlənmiş cinayət kimi qəbul olunmasını tələb etdiyini bildirib. Valeri Buaye, layihənin qəbul olunmasından sonra “inkar cinayətini” işləyənlərin “insan ləyaqətini alçaltdığı” üçün mühakimə olunacağını qeyd edib.

Qanun layihəsi 2011-ci ildə də Valeri Buayenin önçülüyü ilə Fransa senatının gündəminə gələrək qəbul olunmuşdu. Nikolas Sarkozinin prezidentliyi dövründə qanunlaşan layihə Türkiyə ilə Fransa münasibətlərində ciddi gərginliklərə səbəb olmuşdu. Rəsmi Ankara Fransaya nota vermiş, Türkiyənin Parisdəki səfiri Təhsin Burcuoğlu geri çağırılmışdı.

Fransanın milli məclisi senat tərəfindən qəbul edilən qanun layihəsi daha sonra söz azadlığına zid olduğu üçün konstitusiya məhkəməsi tərəfindən ləğv olunmuşdu.

Karabakhmedia.az











SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”