Qarabag Media
Haqqımızda Əlaqə

Fransa Türkiyə ərazisinə girir


Tarix:3-12-2015, 20:54 Kateqoriya:Dünya

Fransa Türkiyə ərazisinə girirTürkiyə Fransaya İŞİD-ə zərbələr endirmək üçün ölkənin hava məkanından istifadə etməyə icazə verib.

Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) xəbər yayıb. Rəsmi Ankara Fransanın Suriya və İraqdakı İŞİD terrorçularına Türkiyənin hava məkanından zərbə endirmək istəyini müsbət qarşılayıb.

“Türkiyə hökuməti Fransanın müvafiq sorğusuna müsbət cavab verib”, - deyə Türkiyənin XİN-dən bildirilib.
Bu, Fransa hərbi təyyarələrini “İncirlik” hərbi bazasında yerləşdirməyə və Türkiyə hava məkanından istifadə edərək terrorçulara zərbə vurmağa imkan verəcək.

Ötən gün NATO-ya üzv ölkələr Suriya-Türkiyə sərhədində baş verən hadisədən sonra Türkiyənin hava məkanının təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə tədbirlərin görülməsi haqda qərar qəbul edib.

Bu bəyanatı NATO Xarici İşlər nazirlərinin Brüsseldə keçən toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq səsləndirib.
“İngiltərə bu səbəbdən Türkiyəyə təyyarə, Almaniya və Danimarka Aralıq dənizinə hərbi gəmilər göndərəcək. Eyni zamanda, Almaniya hökümətinin Suriyaya 2000 əsgər, 4-5 kəşviyyat təyyarəsinin göndərilməsi də nəzərdə tutulur. Biz, həmçinin, Almaniya və Fransanın ABŞ-ın Türkiyədə yerləşən hərbi bazası olan “İncirlik”-dən istifadə üçün rəsmi Ankaraya müraciət etmişik", - deyə baş katib əlavə edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb
"Tapmıram izini yanına gəlim" - Gilə Əliqızının şeirləri
“Barış pınarı”dırsa, oradan su deyil, qan axır” deyən prezidentə qarşı SƏRT TƏPKİ: "Heç utanmır?”
Nursultan Nazarbayev Bakıya gəldi
Rəqs sənətinin zirvələrini fəth edən ölməz sənətkar
Krediti olanlar MÜTLƏQ OXUSUN – Zamin probleminin HƏLLİ
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”