Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyadan Türkiyəyə qarşı iqtisadi sanksiyalar


Tarix:29-11-2015, 19:50 Kateqoriya:Dünya

Rusiyadan Türkiyəyə qarşı iqtisadi sanksiyalarRusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Karabakhmedia.az-ın məlumatına görə, Türkiyə ilə bağlı xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında fərman barədə Kremlin rəsmi saytı xəbər verib.

Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.

"Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında" fərman imzalayıb", - deyə Kremlin rəsmi saytı xəbər verilir.

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da gərginləşir. Ötən gün Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.
Bü gün Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib. Rusiyanın türklərə ölkə girişində yaratdığı çətinliklər, ölkədə çalışan türk pasportlu iş adamlarına qarşı polis yoxlamaları Türkiyəni də hərəkətə keçirib. XİN təcili elan yayaraq vətəndaşlara xəbərdarlıq edib: "Vətəndaşlarımızın adıçəkilən ölkəyə təcili və ciddi önəm kəsb etməyən səyahətlərini təxirə salmasında yarar var".

Rusiyada olan Türkiyə vətəndaşlarına hər hansı problem yaranacağı təqdirdə səfirlik və ya konsulluqlarla əlaqə saxlamaq tövsiyyə edilir.
Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib.
Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb.Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil