Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan tankları sərhədə göndərdi


Tarix:28-11-2015, 18:50 Kateqoriya:Dünya

Ərdoğan tankları sərhədə göndərdiRusiyaya məxsus Su-24 bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından və Rusiya zenit-raket komplekslərinin Suriyaya göndərməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhədə ağır hərbi texnika yeridib.

Karabakhmedia.az-ın məlumatına görə, Türkiyənin Tekirdağ şəhərində yerləşən hərbi hissədən 20 tank dəmiryolu vasitəsilə Gaziantep şəhərinə gətirilib.

MT-60 tankları sərhədə gətirilərkən güclü təhlükəsizlik tədbirləri həyata keçirilib. Bundan başqa, 3 gün bundan əvvəl Gaziantepə gətirilən 60 tankın yaxın günlərdə sərhədboyu müxtəlif bölgələrə göndəriləcəyi bildirilir.

Su-24 bombardmaçı təyyarənin vurulmasından sonra Türkiyə Suriya sərhədində hərbi fəallığını artırır. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını da artırıb.

Ərdoğan tankları sərhədə göndərdiBaş Qərargahdan verilən açıqlamada bildirilir ki, Suriya sərhədində uçuşlar həyata keçirən Türkiyə Hava Qüvvələrinə məxsus F16 qırıcılarının sayı 18 ədədə çatdırılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün quru və hava qoşun birliklərinə döyüşə hazırlıq əmri verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.

Bir neçə gün əvvəl də Türkiyə Suriya sərhədinə 20 tank göndərib. “Anadolu” agentliyi isə hərbi mənbələrinə istinadən məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri ölkənin qərb bölgəsindəki hərbi birləşmələrə məxsus 20 tankı Suriya ilə sərhədə göndərib.

“Ölkənin qərb regionlarında dislokasiya olunmuş 20 tank dəmiryolla ölkənin cənubundakı Qaziantep şəhərinə aparılıb. Həmin hərbi texnika buradan da hərbçilərin və polis qüvvələrin müşayiəti ilə Suriya sərhədinə yola salınıb” - deyə xəbərdə bildirilir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil