Qarabag Media
Haqqımızda Əlaqə

Bu ölkədə hicab və niqab qadağan ediləcək


Tarix:28-11-2015, 06:26 Kateqoriya:Dünya

Bu ölkədə hicab və niqab qadağan ediləcəkEstoniyada hicabın və niqabın geyinilməsi qadağan edilə bilər.

Karabakhmedia.az-ın məlumatına görə, ölkənin Ədliyyə Nazirliyi bu barədə qanun layihəsini müzakirə etmək üçün onu Estoniyanın digər nazirlik və idarələrinə göndəriblər.

Qanun layihəsində qadınların ictimai yerlərdə, ilk növbədə dövlət, təhsil və tibb müəssisələrində hicab və niqabın geyinilməsini qadağan edir.

Nazirliyin mətbuat xidməti bildirib ki, qanunun əsas məqsədi miqrantlar da daxil olmaqla eston cəmiyyətində və sosial mühitdə vahid - narahatlıq doğurmayan davranış formalaşdırmaqdır.
"Mütəxəssislərlə təhlil edəndən sonra ilk növbədə mürəkkəb problemlərin qarısını almaq üçün üzün örtülməsi üçün örtüklərin geyilməsinin məhdudlaşdırılması haqqında müzakirələrin aparılmasını vacib hesab edirəm", - deyə Estoniyanın ədliyyə naziri Urmas Reynsalu bildirib.

Qanun layihəsinin hazırlanması "İstanbul Konvensiyası" kimi də tanınan "Qadına qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında konvensiya" ilə bağlıdır.

Estoniya bu razılığı 2014-cü ildə imzalayıb. Konvensiyaya imzanı ölkənin Ədliyyə naziri Andres Anvelt atıb.
Ədliyyə Nazirliyi yeni layihəni şərh edərkən bildirib ki, "İstanbul Konvensiyası"nda bir sıra qanunlar var ki, onlar Estoniyada mövcud deyil və ya dəyişikliyə ehtiyacı var. Orada qeyd edilir ki, hicab və niqabın qadağan edilməsi heç də azadlığın məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir.

"İstanbul Konvensiyası" dünyada qadını hər növ zorakılıqdan qoruyan və eləcə də qadına qarşı zorakılığı və məişət zorakılığını məhkəmə qaydasında araşdıran və aradan qarldıran, məcburi öhdəlik yaradan ilk müfəssəl hüquqi sənəddir. Konvensiya həmçinin yerli səviyyədə icrasının beynəlxalq qaydada müşahidə olunması mexanizmini də nəzərdə tutur.

Konvensiya, səkkizi üzv dövlət olmaqla, on dövlət tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək. Bu günədək səkkiz ölkə sənədi ratifikasiya edib, 24-ü isə imzalayıb, amma hələ ratifikasiya etməyib. Azərbaycan Konvensiyanı nə imzalayıb, nə də ratifikasiya edib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"